Icma.az
close
up
RU
Hansı çay daha faydalıdır yaşıl yoxsa qara?

Hansı çay daha faydalıdır yaşıl yoxsa qara?

Hurriyyet portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yaşıl və qara çay əslində eyni çay kolundan yığılır. Fərq yalnız çay yarpaqlarının emalındadır.

Qara çay xüsusi şəraitdə qurudulur ki, nəticədə onun tərkibi bir qədər dəyişilir (fermentasiya olunur). Yaşıl çay xüsusi emala məruz qalmır.

Bir çox insanları maraqlandıran suallardan biri: hansı çay daha faydalıdır - yaşıl yoxsa qara? Bu sualın cavabını tapmaq üçün Saglamolun.az sizə hər iki çay haqqında bəzi maraqlı məlumatları təqdim edir.  

1. Yaşıl çayda kofein maddəsi qara çayla müqayisədə daha çoxdur. Kofein çox faydalı maddədir. Kofein beyində amiloid zülalın yaranmasının qarşısını alır. Bu zülal beyində toplanaraq beyinin fəaliyyətini pozur, ağıl zəifliyinin inkişafına səbəb olur.

Lakin kofeindən sui-istifadə ürəyə ziyan vura bilər.

2. Yaşıl çayın tərkibində fol turşusu qara çayla müqayisədə daha çoxdur. Fol turşusu (B9 vitamini) qanyaratma proseslərində iştirak edir. Həmçinin fol turşusu damarlarda trombların əmələ gəlməsinin qarşısını alır.

3. Qara çay katexin maddələri ilə daha zəngindir. Bu maddələr çaya xərçəng əleyhinə xüsusiyyətləri bəxş edir.

4. Qara çayda yaşıl çayla müqayisədə polişəkərlər daha çoxdur. Polişəkərlər qanda qlükozanın səviyyəsini tənzimləyir ki, nəticədə insan özünü daha uzun müddət ərzində tox hiss edir. Bu isə artıq çəki yığmamağa kömək edir.

Gördüyünüz kimi, həm yaşıl, həm də qara çayın çox faydalı və qiymətli xüsusiyyətləri var. Mütəxəssislər hər iki çayı içməyi tövsiyə edir.

Şərqdə belə bir maraqlı çay içmək adəti də var: hər iki çay ayrı-ayrılıqda dəmlənilir, sonra fincana hər çaydan süzülür və insan bu dadlı və faydalı qarışığı içir. \\Saglamolun.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:227
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 14 Avqust 2025 22:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see291

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see287

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see272

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see267

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see266

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see265

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see260

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see254

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see252

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see242

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see233

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see229

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see228

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see226

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see220

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see214

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see213

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see210

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see207

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri