Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

Bu meyvələrin qabığını yemək olarmı?

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Hansı ixtisas sahiblərinə daha çox tələbat var?

Hansı ixtisas sahiblərinə daha çox tələbat var?

Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qəbul imtahanları bitdi. Qarşıda abituriyentləri daha maraqlı, eyni zamanda, həlledici bir mərhələ gözləyir. Bu, ixtisas seçimi mərhələsidir. Bu gün seçilən ixtisas gələcək üçün, iş tapmaq baxımından olduqca vacibdir. Hazırda əmək bazarında kimlərə, hansı ixtisasın sahiblərinə daha çox tələbat var?

BAKU.WS trend-ə istinadən xəbər verir ki, mövzu ilə bağlı danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bütövlükdə təhsil sistemi ilə, xüsusən də ali təhsillə əmək bazarı arasında əlaqənin gücləndirilməsinə ciddi ehtiyac olduğunu bildirib:

"Son illərin təhlilləri göstərir ki, ali təhsilli məzunların əmək bazarına daxil olması və iş tapması bəzən çətinliklərlə müşayiət olunur. Bunun qarşısını almaq üçün bir tərəfdən ixtisaslar əmək bazarının tələblərinə uyğun yenilənməli, digər tərəfdən isə abituriyentlər ixtisas seçərkən dörd il sonranın çağırışlarını da nəzərə almalıdır. Texnologiya sürətlə inkişaf edir və süni intellekt, robot texnologiyaları, informasiya texnologiyaları sahəsində ixtisaslara tələbat durmadan artır. Bu ixtisaslar həm bu günün, həm də yaxın gələcəyin əsas istiqamətləridir".

Deputatın sözlərinə görə, ənənəvi olaraq iqtisadiyyat, hüquq, xüsusilə maliyyə ixtisasları da populyarlığını qoruyur.

"Çünki həm makro, həm mikro səviyyədə maliyyə üzrə ixtisaslaşmış kadrlara ehtiyac var. Eyni zamanda, mühəndislik və şəhərsalma ixtisasları da strateji əhəmiyyət daşıyır. Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq işləri və şəhərlərin yenidən planlaşdırılması bu sahələrə böyük ehtiyac yaradır. Nəticə etibarilə, abituriyentlər seçim edərkən yalnız bu günün deyil, dörd il sonra məzun olduqları vaxtın əmək bazarını da düşünməlidirlər", - deyə Vüqar Bayramov əlavə edib.

Abituriyentlərin ixtisas seçiminə ən çox hansı amillər təsir edir?

Bu barədə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin rəhbəri Kamran Əsədov bildirib ki, Azərbaycanda abituriyentlərin ixtisas seçiminə təsir edən əsas faktorlar uzun illərdir ki, strukturlaşmış və məqsədyönlü yanaşmadan uzaq, fərdi, emosional və informasiyasız qərarlar əsasında formalaşır:

"İxtisas seçimi, əslində, təkcə təhsil deyil, həm də əmək bazarının və iqtisadi inkişafın istiqamətləndirilməsi alətidir. Bu prosesin sağlam aparılması həm insan kapitalının səmərəli istifadəsi, həm də gələcək işsizliyin qarşısının alınması üçün strateji əhəmiyyət daşıyır. Lakin təəssüf ki, Azərbaycan təhsil sistemi bu mərhələni planlı şəkildə idarə edə bilmir və abituriyentlərin əksəriyyəti seçim zamanı düzgün istiqamət ala bilmir.

Statistik göstəricilər bu prosesin nə qədər plansız getdiyini təsdiqləyir. Dövlət İmtahan Mərkəzinin məlumatına əsasən, 2023-cü ildə ixtisas seçimi edən abituriyentlərin 42%-i bal uyğunluğuna görə qərar verib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2024-cü ilə olan göstəricilərinə əsasən, universitet məzunlarının 36%-i ixtisası üzrə iş tapa bilmir. Bu, deməyə əsas verir ki, qəbul zamanı verilən qərarlar əmək bazarının tələbi ilə uzlaşmır. Məzunların 21%-i isə ya işləmir, ya da qeyri-rəsmi sektorda çalışır. Təhsilə çəkilən resurslar nəticədə real iqtisadi dövriyyəyə çevrilmir və dövlət üçün itkiyə səbəb olur".

Onun sözlərinə görə, Azərbaycan Respublikasının "Təhsil haqqında" Qanununun 5.0.7-ci maddəsində göstərilir ki, təhsilin məqsədi cəmiyyətin və əmək bazarının tələblərinə uyğun insan kapitalı formalaşdırmaqdır.

"Lakin təhsil sistemində bu prinsip reallıqda özünü göstərmir. Nə orta məktəbdə peşə yönümlü təlimlər var, nə də Elm və Təhsil Nazirliyi tərəfindən əmək bazarının ehtiyaclarına dair illik proqnoz və yönləndirmə mexanizmləri hazırlanır. Abituriyentlər hansı ixtisasların gələcəkdə iş imkanı verdiyini, hansılarının riskli olduğunu bilmədən seçim edirlər. Müsbət cəhət ondan ibarətdir ki, bəzi sahələrdə (məsələn, İKT, maliyyə, səhiyyə) həm əmək bazarında tələbat, həm də abituriyent marağı üst-üstə düşür. Bu, daha çox sosial şəbəkələrin və şəxsi müşahidələrin təsiri ilə baş verir. Amma bu sahədə dövlətin rolu passivdir. Heç bir ictimai marifləndirmə kampaniyası aparılmır. DİM tərəfindən hazırlanan "İxtisas seçimi bələdçisi" cəmi statistik rəqəmlərdən ibarətdir və analitik deyil. Elm və Təhsil Nazirliyi isə əmək bazarına dair orta və uzunmüddətli proqnozlar təqdim etmir, regionlar üzrə peşə tələbatı xəritəsi hazırlamır. Bu səbəbdən tələbə seçimləri milli insan resursunun inkişafı baxımından idarə olunmur", - K.Əsədov əlavə edib.

O vurğulayıb ki, dünya təcrübəsində ixtisas seçimi uzunmüddətli və mərhələli şəkildə hazırlanır:

"Almaniyada şagirdlərə 9-cu sinifdən etibarən "Berufswahlpass" (peşə seçim pasportu) verilir, buraya onların maraqları, bacarıqları və təcrübə nəticələri daxil edilir. Finlandiyada məktəblərdə "opinto-ohjaaja" adlanan təhsil məsləhətçiləri fəaliyyət göstərir və onlar şagirdlərin fərdi karyera planlamasında iştirak edirlər. ABŞ-də isə "college counselor" sistemi vasitəsilə şagirdlərə peşə seçimində psixoloji və informativ dəstək verilir. Bu modellərdə dövlət yalnız qaydaları tənzimləmir, həm də yönəldici və məlumatlandırıcı mexanizmlər yaradır.

Azərbaycanda isə bu sahədə sistemli yanaşma yoxdur. Heç bir orta məktəbdə rəsmi peşə yönümlü məsləhət xidməti fəaliyyət göstərmir. Tələbələr və valideynlər yalnız sosial medianın təsiri, qohum-tanışın məsləhəti və ya "deyilənə görə, bu sahə yaxşıdır" fikri ilə hərəkət edirlər. Bu isə həm ailələrin maddi və emosional itkilərinə, həm də insan kapitalının deqradasiyasına səbəb olur.

Elm və Təhsil Nazirliyi bu istiqamətdə marifləndirmə işləri aparmır, mütəmadi təhlillər paylaşmır, proqnozlar açıqlamır, universitetləri tələbə yönümlü hesabat verməyə təşviq etmir. Nazirlik planlı iş görmür, dəyişikliklər texniki səviyyədə qalır".

Kamran Əsədov bildirib ki, ixtisas seçiminə təsir edən əsas amillər – topladığı bal, ailə və cəmiyyət təzyiqi, universitet nüfuzu, təhsil haqqı və gəlir perspektivi – əslində, abituriyentlərin real maraq və bacarıqları ilə üst-üstə düşmür.

"Bu disbalans aradan qalxmasa, hər il universitetlərdən minlərlə işsiz məzun çıxacaq. Bu isə təkcə fərdi yox, milli problemə çevriləcək. Bu vəziyyəti dəyişmək üçün təhsil sistemində karyera planlamasına əsaslanan strukturlaşmış mexanizmlər qurulmalı, peşə yönümlü dərslər və təcrübə proqramları məktəb dövründən tətbiq olunmalı, əmək bazarı proqnozları təhsil planlamasında əsas meyar kimi istifadə edilməlidir. Əgər bu dəyişikliklər edilməzsə, ölkə diplomlu, lakin peşəsiz və işsiz gənclərlə dolacaq. Elm və Təhsil Nazirliyi bu sahədə artıq müşahidəçi yox, yönləndirici olmalıdır. Əks halda təhsil sistemimiz gələcəyi yox, keçmişi təkrarlayan bir mexanizm olaraq qalacaq", - deyə o fikirlərini tamamlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://baku.ws
archiveBu xəbər 19 İyul 2025 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see686

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see487

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see281

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see279

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see265

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see262

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see255

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

09 Sentyabr 2026 15:12see250

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see249

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see248

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see246

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

09 Sentyabr 2026 15:28see236

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see232

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see227

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see227

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see223

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see222

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see215

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

09 Sentyabr 2026 16:33see214

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri