Icma.az
close
up
RU
Hansı ölkələrdə Ramazan bu gün, hansılarda sabah başlayır... SİYAHI

Hansı ölkələrdə Ramazan bu gün, hansılarda sabah başlayır... SİYAHI

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

İslam dinində vacib əməllərindən biri olan oruc ibadətinin icrasının həyata keçirildiyi müqəddəs Ramazan ayı başlayır.
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının fətvasına əsasən, bu il Azərbaycanda Ramazan ayının 1-i miladi təqvimlə sabaha - fevral ayının 19-na təsadüf edəcək.  Fevralın 18-i gecə niyyət edilir, fevralın 19-u isə ilk oruc günüdür. 
QMİ Ramazan ayının başlanma vaxtını Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının məlumatlarına əsaslanaraq elan edib.
Builki Ramazan təqviminə görə, Azərbaycanda Qədr gecələri 8, 10, 12 və 16 mart tarixlərindədir. Ramazan bayramı isə 20 marta təsadüf edəcək. 
Qeyd edək ki, İslam aləmində Ramazan ayının başlanması eyni günə təsadüf etmir. Əvvəllər olduğu kimi, bu il də müsəlman ölkələri Ramazan ayının başlanma vaxtını fərqli günlərə təyin ediblər.
İslam qanunlarına görə, ay təqviminin başlanğıcı və sonu təzə Ayın (Aypara-hilal) hərəkətləri ilə müəyyən edilir.

İslam fiqhində yeni ayın təyin olunması ilə bağlı iki əks fikir mövcuddur:
- vizual müşahidə metoduna üstünlük verənlər;
- qərarlarını elmi ölçmə və hesablamalara əsaslandıranlar.
Məhz buna görə, müsəlman ölkələrində Ramzanın başlanma tarixi baxımından fərqlər müşahidə olunur.

Qeyd edək ki, Azərbaycanla yanaşı, daha bir sıra ölkələrdə də Ramazan ayının başlanma vaxtı 19 fevrala təyin edilib.
Eyni zamanda, 18 fevralı tarixini Ramazanın ilk günü elan edən ölkələr də az deyil.
Modern.az saytı Ramazanın başlanmasını fərqli tarixlərə təyin edən ölkələrin adlarını dəqiqləşdirib.
Ramazana sabah - 19 fevralda başlayan ölkələr
İordaniyanın baş müftisi Əhməd əl-Həsənat Ayın görünməməsi səbəbindən Ramazan ayının 19 fevral - cümə axşamı günü başlayacağını elan edib.

Misirin baş müftisi Nazir Ayad da televiziya ilə yayımlanan açıqlamasında təzə Ayın görünmədiyini və buna görə də cümə axşamının (19 fevral) Ramazanın ilk günü olacağını bəyan edib

Türkiyə, Azərbaycan, İran, Oman və Suriyada da Ramazanın cümə axşamı günü – 19 fevralda başlayacağı rəsmən elan olunub.
Ramazana bu gün - 18 fevralda başlayan ölkələr
Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Yəmən, Fələstin, İraq, Bəhreyn, Küveyt və Livan isə 18 fevral tarixinin Ramazan ayının ilk günü olduğunu elan ediblər.
Səudiyyə Ərəbistanı Ali Məhkəməsinin yazılı açıqlamasında hilalın göründüyü və 18 fevralın Ramazan ayının ilk günü olduği bəyan edilib.

Qətər Vəqflər və İslam İşləri Nazirliyinin Hilal Görmə Komitəsi 18 fevralın Ramazan ayının ilk günü olduğunu açıqlayıb.

BƏƏ-nin Prezident Məhkəməsi Ramazan ayının hilalının göründüyünü və 18 fevralın Ramazan ayının ilk günü olduğunu bildirib.

Yəmən Vəqflər və İrşad Nazirliyi də bu günü – 18 fevralı Ramazan ayının ilk günü elan edib.

Qüds və Fələstinin baş müftisi Şeyx Məhəmməd Hüseyn də Ramazan ayının ilk gününün 18 fevrala düşdüyünü açıqlayıb.

İraqda Sünni Vəqfi və Kürdüstan Regional Hökumətinin Vəqflər Nazirliyi Ramazan ayının ilk gününün 18 fevral olduğunu elan edib.

Bəhreyndəki Hilal Görmə Təşkilatı Ayparanı heç kimin görmədiyini, lakin Səudiyyə Ərəbistanında görülmənin qanuni olaraq təsdiqləndiyini və buna görə də 18 fevralın Ramazan ayının ilk günü olmasına qərar verildiyini bildirib.

Küveytdə Hilal Görmə Təşkilatı təzə Ayın göründüyünü və buna görə də 18 fevralın Ramazanın ilk günü olduğunu açıqlayıb.
Livanın baş müftisi Şeyx Əbdüllətif Deryan da Aypara görünməsinin "bir çox ərəb və İslam ölkələrində" təsdiqləndiyini əsas gətirərərək, 18 fevralı Ramazan ayının ilk günü elan edib.
Ə.Qafarlı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 Fevral 2026 02:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see383

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see343

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see339

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see335

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see317

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see309

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see298

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see296

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see285

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see268

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see267

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see248

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see239

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see237

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see234

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see223

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see222

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see208

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see201

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri