Icma.az
close
up
RU
Hansı qruplarda ballar enəcək, hansılarda qalxacaq? 26 min abituriyent tələbə ola bilməyəcək

Hansı qruplarda ballar enəcək, hansılarda qalxacaq? 26 min abituriyent tələbə ola bilməyəcək

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, universitetlərə ixtisas seçimi başa çatıb. Yerləşdirmənin nəticələrinin yaxın günlərdə açıqlanması gözlənilir.

Bəs qruplar üzrə vəziyyət necədir?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən təhsil məsələləri üzrə ekspert Kamran Əsədov bildirib ki, Azərbaycan ali təhsil sistemində ixtisas seçiminin nəticələri, plan yerləri və balların dəyişməsi bir daha ölkədə təhsil siyasətinin proqnozlaşdırma və planlaşdırma baxımından tamamilə iflasa uğradığını göstərir.

Onun sözlərinə görə, rəqəmlərə diqqət etdikdə vəziyyətin nə qədər gərgin olduğu açıq görünür. Ekspert iddia edir ki, ümumilikdə təxminən 26 min abituriyent aili məktəbə qəbul ola bilməyəcək. Müsahibimiz onu da söyləyib ki, yalnız kodlaşdırmada səhv buraxdığına görə 5000-dən çox abituriyent ali məktəb qapılarında kəsiləcək.

K.Əsədov bildirib ki, ilkin ehtimallara əsasən ən gərgin vəziyyət III və IV qruplarda yaşanacaq. Həmsöhbətimiz əlavə edib ki, III ixtisas qrupu üzrə 24 414 nəfərdən cəmi 15 583 plan yeri mövcuddur və bu o deməkdir ki, təxminən 10 min nəfər burada təhsil haqqından məhrum olacaq:

“Xüsusən DT altqrupunda balların 30-50, bəzi ixtisaslarda isə 60 bala qədər artması gözlənilir. Bu qrupda 24 min abituriyentdən yalnız 14 min nəfərin qəbul olunacağı ehtimal olunur. Qalanları illərlə hazırlaşsalar da, dövlətin planlaşdırma siyasətindəki qüsurların qurbanı olacaq. TC altqrupunda da vəziyyət fərqli deyil – 20-50 bal artım müşahidə ediləcək. Xüsusən beynəlxalq münasibətlər kimi populyar ixtisaslarda balların ciddi şəkildə qalxacağı proqnozlaşdırılır”.

Kamran Əsədov:Rrəqəmlərə diqqət etdikdə vəziyyətin nə qədər gərgin olduğu açıq görünür

Müsahibimiz IV qrupda isə tibbi ixtisaslar üzrə vəziyyətin daha da kəskinləşdiyini nəzərə çatdırıb. Dediyinə görə, artıq ilkin ehtimallar göstərir ki, tibb üzrə keçid balı 625-ə yaxın olacaq:

“Ümumilikdə bu qrup üzrə 20-70 bal aralığında artım var. Bu o deməkdir ki, real marağın yüksək olduğu ixtisaslarda minlərlə abituriyent qəbul ola bilməyəcək”.

Əsədov I və II qruplarda vəziyyətin isə bir qədər fərqli olduğunu deyir. Onun sözlərinə görə, I qrupda RK altqrupunda yerlərin çox olması səbəbindən ballar 30-80 bal enəcək:

"Rİ altqrupunda da dövlət sifarişli yerlərin artırılması səbəbindən 20-40 bal enmə gözlənilir. Amma II qrupda əksinə, plan yerlərinin artsa da, dövlət sifarişli yerlərin azalması səbəbindən ballar qalxacaq. Burada aşağı ballarda 10-15, dövlət sifarişli yerlərdə isə 20-50 bal arası artım müşahidə ediləcək. Rus bölməsində isə 400+ balda enmə var".

Mina Mikayılova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 21 Avqust 2025 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see344

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see247

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see211

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see204

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see190

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see188

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see162

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see159

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see158

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see152

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see145

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see142

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see142

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see140

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see140

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see140

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see138

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see136

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see135

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri