Icma.az
close
up
RU
Hansı universitetdə yay imtahanları yaxşı təşkil olunub?

Hansı universitetdə yay imtahanları yaxşı təşkil olunub?

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dünəndən etibarən ali təhsil ocaqlarında 2024/2025-cü tədris ilinin yaz semestrinin yay imtahan sessiyası başlayıb.
Modern.az universitetlərlə əlaqə saxlayaraq, yay imtahan sessiyalarının təşkili ilə maraqlanıb.
Azərbaycan Texniki Universitetindən (AzTU) bildirilib ki, bakalavriat və magistratura (əyani) səviyyələrində yay imtahan sessiyası iyulun 5-də yekunlaşacaq. 
Qiyabi təhsil alanlar üçün imtahan sessiyası isə 10-16 iyun tarixlərini əhatə edəcək.

İmtahanlar əyani təhsil alan I və II kurslar üçün test, yazılı-elektron, III kurslar üçün şifahi və test üsulu ilə keçirilir. Qiyabi təhsil alan I, II, III, IV kurslar üçün imtahanlar test üsulla təşkil edilib.

Magistratura səviyyəsində isə imtahanlar şifahi üsulla keçirilir.

Sessiya zamanı üzrlü səbəblərdən imtahanda iştirak etməyən tələbələrə iyulun 10-dan 15-dək həmin fənlərdən imtahan vermək üçün şərait yaradılacaq.

Qeyd edək ki, sessiyanın gedişinə nəzarət, həmçinin şəffaflığın təmin olunması məqsədilə AzTU-da Apelyasiya Komissiyası, İmtahan Qərargahı və "Qaynar xətt" fəaliyyət göstərir.
Bakı Dövlət Universitetində (BDU) 2024/2025-ci tədris ilinin yay imtahan sessiyası 5 həftə ərzində davam edəcək.

Bakalavriat səviyyəsi üzrə imtahanlar yazılı və şifahi olmaqla iki növbədə (saat 10:00 - 13:00 və saat 14:00 - 17:00), magistratura səviyyəsi üzrə saat 14:00-dan 17:00-dək keçiriləcək.

Bakalavriat səviyyəsində 701 qrup üzrə 16000-dən çox, magistratura səviyyəsində 215 ixtisaslaşma üzrə 1175 magistrant imtahan verəcək. Müxtəlif səbəblərdən imtahanda iştirak etməyən təhsilalanlara həmin fənlərdən imtahan vermək üçün 2025-cü il iyul ayının 3-dən 7-dək şərait yaradılacaq.

“Sessiyanın gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə İmtahan Qərargahı və Apelyasiya Komissiyası yaradılıb. Komissiya sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif, Elm və Təhsil Nazirliyinin "Qaynar xətt"i vasitəsilə daxil olmuş şikayətlərin araşdırılmasını təmin edəcək”, - BDU-dan bildirilib.
 

Azərbaycan Memarlıq və İnşaat Universitetindən (AzMİU) bildirilib ki, yay imtahan sessiyası iyulun 4-də yekunlaşacaq.

Dövlət imtahanları, buraxılış işləri və magistr dissertasiyalarının müdafiəsi isə 21 iyun–5 iyul tarixləri arasında keçiriləcək.

İmtahan sessiyası təsdiq olunmuş imtahan cədvəlinə əsasən magistratura səviyyəsində təhsil alan tələbələr üçün yazılı, şifahi və test üsulu ilə, bakalavr səviyyəsində təhsil alan tələbələr üçün isə yazılı, test və yaradıcılıqla bağlı fənlər üzrə fakültələrdə ənənəvi qaydada təşkil olunub.
İmtahanların təşkili, keçirilməsi və nəticələri ilə bağlı şəffaflığın təmin olunması üçün universitetdə bir neçə komissiya və qrup yaradılıb. Bunlara “İmtahan Qərargahı”, “İmtahanlara nəzarət qrupu” və “Münaqişə (apellyasiya) komissiyası” daxildir. Bu struktur vahidləri imtahanların obyektivliyinə nəzarət edəcək, tələbələrin imtahan nəticələri ilə bağlı müraciətlərini araşdıracaq və hər hansı neqativ halların operativ həllini təmin edəcəklər.

“İmtahan qərargahına və nəzarət qrupuna universitetin rəhbər heyətinin, fakültə və struktur bölmə rəhbərlərinin daxil olduğu təcrübəli mütəxəssislər cəlb olunub. Sessiya dövründə baş verə biləcək hər bir hal barədə dərhal reaksiya verilməsi və operativ araşdırma aparılması məqsədilə aidiyyəti şəxslər məlumatlandırılıb”, - universitetdən bildirilib.
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) də yay imtahan sessiyasına dünən start verilib.

İmtahan sessiyası prosesin effektiv təşkili və tələbələrin rahatlığının təmini məqsədilə, əsas tədris binasında (Sahil), xüsusi qabiliyyət tələb edən fənlər üzrə isə III tədris binasında təşkil edilir. İmtahanlar 09:00, 12:00 və 15:00-da olmaqla 3 növbədə təşkil edilir, yazılı və şifahi formalarda keçirilir.

Tələbələrin imtahan nəticələrinin qiymətləndirilməsində yarana biləcək şikayətlərin araşdırılması və düzgün qiymətləndirməni təmin etmək məqsədilə Apellyasiya Komissiyası və İmtahan Qərargahı yaradılıb. Tələbələr imtahanın bitməsindən növbəti 2 gün ərzində prosesin təşkili ilə bağlı müraciətlərini İmtahan Qərargahına, imtahan nəticələrindən narazı qaldıqda isə Apellyasiya Komissiyasına müraciət edə bilərlər.

ADPU-da yay sessiyası 4 iyulda yekinlaşacaq. Sessiyada 9344 bakalavr, 585 nəfər magistrant olmaqla ümumilikdə 10 min nəfərədək təhsilalanın iştirakı gözlənilir. Fənn kredit məbləğinin 25 %-ni ödəməklə təkrar imtahanlarının isə 7-9 iyul tarixlərində keçirilməsi nəzərdə tutulur.
 

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yaz semestri üzrə yay imtahan sessiyası 2 iyun - 4 iyul tarixlərini əhatə edəcək. İmtahan mərkəzinin direktoru Tahir Bədəlov test üsulu və elektron yazılı imtahanların obyektiv və şəffaf keçirlməsi üçün bütün zəruri işlərin görüldüyünü deyib. O, imtahan testləri və imtahan cədvəllərinin tələbələrin şəxsi kabinetlərinə göndərildiyini, imtahanqabağı məsləhət saatlarının keçirilmə qrafiklərinin tərtib edildiyini, fakültələr üzrə imtahan komissiyalarının, eləcə də İmtahan Qərargahının yaradıldığını bildirib. Eyni zamanda imtahan zallarına texniki baxışın keçirildiyini və avadanlıqların işlək vəziyyətdə olduğunu qeyd edib.
Bu sessiya dövründən başlayaraq test üsulu ilə keçirilən imtahanlardan apelyasiya ərizələri qəbul olunmayacaq.
İmtahan sessiyası dövründə ənənəvi olaraq UNEC rektorunun hər həftənin şənbə günü “Açıq qapı” günlərinin keçiriləcəyi də bildirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 İyun 2025 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see317

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see297

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see274

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see263

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see259

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see237

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see233

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see227

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see222

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see218

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see212

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see211

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see203

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see196

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see196

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see194

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see193

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see182

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see179

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri