Icma.az
close
up
RU
Hansı universitetin tələbə yataqxanası var və qiymətlər necədir?

Hansı universitetin tələbə yataqxanası var və qiymətlər necədir?

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ali məktəblərə qəbul nəticələrinin açıqlanmasından sonra bölgələrdən Bakıya təhsil almağa gələcək tələbələr üçün növbəti məsələ qalacaq yer tapmaqdır.

Kirayə mənzillərin qiymətlərinin yüksək olması tələbələri daha münasib alternativlər axtarmağa vadar edir.

Bu baxımdan universitet yataqxanaları tələbələrin əsas seçimlərindən biri olaraq qalır. Yataqxanalarda yerlərin sayı, qiymətlər və tələbələrin yerləşdirilməsi qaydaları isə bu günlərdə onların ən çox maraqlandığı məsələlərdəndir.

“Cebheinfo.az” mövzunun aktuallığını nəzərə alaraq bəzi universitetlərin yataqxanaları, oradakı mövcud şəraiti və qiymətlərini araşdırıb.

Azərbaycan Texniki Universitetindən (AzTU) sorğumuza cavab olaraq bildirilib ki, yataqxana binalarında hazırda 114 məcburi köçkün ailəsi məskunlaşıb:

“Əvvəllər bu binalarda 124 məcburi köçkün ailəsi yaşayırdı, onlardan 10 ailə işğaldan azad edilmiş ərazilərə köçürülüb. Qalan 114 ailə isə hazırda yataqxana binalarında yaşayır.

Binaların ümumi vəziyyəti yaşayış standartlarına cavab vermir. Su, qaz və elektrik xətləri, habelə kanalizasiya sistemi məcburi köçkün ailələri tərəfindən fərdi qaydada dəyişdirilib.

Ərazidə vaxtilə fəaliyyət göstərmiş idman, sağlamlıq və ictimai iaşə obyektləri, eləcə də ətraf yollar və yaşıllıq sahələri tamamilə yararsız vəziyyətə düşüb. Köçürülmə prosesi tam yekunlaşdıqdan sonra yataqxananın ya əsaslı təmiri, ya da sökülərək yenidən tikilməsi ilə bağlı qərar veriləcək”.

Azərbaycan Dövlət Pedaqoji Universitetindən (ADPU) məlumat verilib ki, universitetin Bakıda 5 yataqxanası var:

“Lakin bu yataqxanalardan 4-də ümumilikdə 1 603 nəfərdən ibarət 443 məcburi köçkün ailəsi məskunlaşıb. ADPU-nun 5 nömrəli yataqxanası isə universitetdə təhsil alan qız tələbələrə xidmət göstərir.Bu yataqxanada 200 nəfərədək xanım tələbə yerləşə bilər. Yataqxanada aylıq ödəniş bir tələbə üçün 85 AZN təşkil edir. 

Burada tələbələr bütün kommunal, internet xidmətləri, istirahət otaqları ilə təmin olunurlar. Bütün otaqlar tam təmirlidir. Yataqxanaya, əsasən, sosial həssas qrupdan olan və əcnəbi xanım tələbələr qəbul olunur”.

Azərbaycan Tibb Universitetində (ATU) verilən məlumata görə, hazırda ATU-nun tabeliyində 4 yataqxana fəaliyyət göstərir, 3 saylı yataqxana isə əsaslı təmirə dayanıb: 

“Yataqxanaların ümumi tutumu 1 000 nəfərə yaxındır. 1 və 2 saylı yataqxanada Azərbaycan vətəndaşı olan qız tələbələrimiz, 6 saylı yataqxanada Azərbaycan vətəndaşı olan oğlan tələbələrimiz və 5 saylı yataqxanada isə əcnəbi tələbələrimiz yaşayırlar.

Azərbaycan Tibb Universiteti şəhid ailələri və qazilərin istər sosial müdafiəsi, istərsə də onların təhsil və səhiyyə ehtiyaclarına hər zaman xüsusi həssaslıqla yanaşır.

Universitetdə bu kateqoriyadan olan şəxslər üçün tətbiq olunan əsas güzəşt və dəstək tədbirlərinə yataqxana təminatı və güzəştləri də daxildir.
Belə ki, ATU-nun tələbə yataqxanalarında şəhid ailələrindən olan tələbələr ilk növbədə və tam ödənişsiz əsasda yerləşdirilir.

Qazilərin övladlarına və I qrup əlil valideyni olan tələbələrə də xüsusi güzəştlər tətbiq olunur. Ümumiyyətlə isə bu gün ATU-ya yataqxana təminatı ilə bağlı edilən heç bir müraciət cavabsız qalmır və kifayət qədər yer olduğu üçün hər kəs, o cümlədən də xarici tələbələr müvafiq ödənişlər əsasında bu imkanlardan yararlana bilir.

Ödəniş təknəfərlik otaqlar ayda 110 AZN, 2 nəfərlik otaqlar ayda 80 AZN, 3-4 nəfərlik otaqlar isə 60 AZN təşkil edir. Qiymətlərdə dəyişiklik nəzərdə tutulmur”.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən (ADNSU) qeyd edilib ki, təhsil müəssisəsinin yataqxanası müvəqqəti olaraq bağlanıb:

“Binada aparılan texniki baxış zamanı aşkarlanan infrastruktur problemlərinin aradan qaldırılması məqsədilə qəbul edilib.

Məqsəd tələbələrin təhlükəsizliyini və onların gələcəkdə müasir standartlara uyğun şəraitdə qalmasını təmin etməkdir. Təmir müddətində tələbələrin yaşayışla bağlı problemlərinə dəstək məqsədli komissiya yaradılıb”.

Bakı Dövlət Universitetinin (BDU) mətbuat katibi Kəmalə Namazova bildirilib ki, BDU-nun "Tələbə Evi" 220 nəfərlikdir:

"Orada hər bir şərait var. Çamaşırxana, internet, oxu zalı, idman sahəsi, tibb məntəqəsi, 24 saat təhlükəsizlik kameraları və s.

Əsasən şəhid, qazi övladları, valideynlərini itirmiş, sosial həssas qrupa aid olanların övladları qəbul edilir. Aylıq ödəniş bir nəfər üçün 75 manatdır"Azərbaycan Dövlət İqtisad Universitetindən bildirilib ki, universitetin 5 yataqxanası var:

"Yataqxanalarda məcburi köçkünlər məskunlaşdıqları üçün tələbələrin istifadəsinə verilə bilmir. Onlar köçürüldükdən sonra yataqxanalar yenilənərək tələbələrin istifadəsinə verilə biləcək.

Universitetin Zaqatala filialının yataqxanası var, müasir yataqxanadır. Yeni təmirdən çıxıb, 245 nəfərlikdir və  həmin yataqxana tələbələrin istifadəsinə verilir".

Gülər Həsənli
“Cebheinfo.az”

Açar sözlər: tələbə yataqxanası qiymət

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 Avqust 2026 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see321

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see321

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see306

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see271

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see266

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see264

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see263

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see255

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see245

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see245

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see236

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see228

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see227

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see225

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see222

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see221

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see221

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see220

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see217

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri