Icma.az
close
up
RU
Sülh müqaviləsinin bağlanmasını əngəlləyən maneələr aradan qaldırılmalıdır

Sülh müqaviləsinin bağlanmasını əngəlləyən maneələr aradan qaldırılmalıdır

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Müharibələr və silahlı münaqişələrin tarixi əyani şəkildə nümayiş etdirir ki, post-münaqişə dövründə sülh müqavilələrinin bağlanması beynəlxalq təhlükəsizliyin bərqərar olunması üçün əsas hüquqi amildir.

İkinci Qarabağ müharibəsinin Azərbaycanın Zəfəri ilə nəticələnməsinə və Azərbaycanın qalib tərəf olmasına rəğmən, ölkəmiz beynəlxalq hüququn beş fundamental prinsipinə əsaslanan sülh müqaviləsinin bağlanması təklifini irəli sürmüşdür. Ancaq belə bir irimiqyaslı beynəlxalq-hüquqi aktın imzalanması prosesi ciddi maneələrlə rastlaşmışdır. Məsələ burasındadır ki, Ermənistanın müstəqillik haqqında bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var və bu sənədə istinadlar həmçinin Ermənistan konstitusiyasının preambulasında da öz əksini tapıb. Bu cür beynəlxalq hüquqa zidd yanaşma aradan qaldırılmadan heç bir sülh müqaviləsinin bağlanması mümkün deyil.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəti mövqeyi ondan ibarətdir ki,  yalnız Ermənistan konstitusiyasında və digər normativ hüquqi sənədlərdə dəyişikliklər edildiyi halda sülhə nail oluna bilər. Məhz dövlətimizin əsaslı və birmənalı mövqeyi nəticəsidə Ermənistanın baş naziri etiraf etməyə məcbur olub ki, “əgər Ermənistanın dövlət siyasəti müstəqillik bəyannaməsinə, Qarabağın Ermənistana birləşdirilməsinə əsaslanırsa, bizdə müharibə olacaq və heç vaxt sülh olmayacaq”. Xatırlamaq istərdim  ki, bunu Nikol Paşinyan 1 fevral 2024-cü ildə  ölkənin İctimai radiosuna müsahibəsində deyib.

Bir necə gün öncə Ermənistan rəhbərliyi müraciətlə çıxış edərək, ölkə konstitusiyasının dəyişdirilməsi üçün referendum keçirilməsinin vacibliyini bildirib və qeyd edib ki, konstitusiyanın qəbul edilməsi ilə bağlı keçirilən referendumlar legitimlik baxımından cəmiyyət tərəfindən ciddi sual altına qoyulub. Yeni konstitusia referendumunun 2026-cı il parlament seçkilərindən sonra keçirilməsi nəzərdə tutulur.

Erməniztanın əsas qanununda Azərbaycan tərəfinin təkidlə tələb etdiyi dəyişikliklər baş verərsə, sülh müqaviləsinin bağlanmasına ən ciddi maneələrdən biri aradan qaldırılmış ola bilər. Azərbaycan Respublikası Prezidentinin dediyi kimi, Ermənistanın “konstitusiyasının dəyişdirilməsi bizim istəyimiz deyil, sadəcə obyektiv şərtdir”.

Azərbaycan tərəfinin israr etdiyi digər mühüm tələb ATƏT-in Minsk qrupunun ləğv edilməsidir. Bu məsələnin konsensusla həll olunması prosedurunu nəzərə alaraq, Ermənistanın da buna razılığı olmalıdır. Ümumiyyətlə tarixə qovuşan münaqişənin həlli üçün yaradılan və otuz ilə yaxın bir müddətdə fəaliyyət qabiliyyətsizliyini nümayiş etdirən bir qurumun mövcudluğuna ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpasından sonra heç bir ehtiyac yoxdur. Təəssüf ki, Ermənistan ATƏT-in Minsk qrupunun ləğv edilməsi ilə bağlı ATƏT-ə müraciət etməkdən hələ də boyun qaçırır.

Azərbaycan tərəfinin beynəlxalq hüquqa və mövcüd geosiyasi reallıqlara əsaslanan mövqeyi birmənalı olaraq nümayiş etdirir ki, dövlətimiz Cənubi Qafqaz regionunda davamlı sülhün və beynəlxalq təhlükəsizliyin bərqərar olunması üçün ardıcıl fəaliyyətini davam etdirir, və şübhəsiz ki, dövlətimizin səyləri öz müsbət nəticələrini yaxın zamanlarda verəcək.

Nizami Səfərov,
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 22 Fevral 2025 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see257

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see236

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see148

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see146

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see139

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri