Icma.az
close
up
RU
Hava dəyişimlərinin insan psixologiyasına təsiri

Hava dəyişimlərinin insan psixologiyasına təsiri

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

“Araşdırmalar göstərir ki, insanların əhvali-ruhiyyəsi yağışlı və tutqun havalara nisbətdə günəşli havalarda daha yaxşı olur. Bu hal kəskin şəkil aldıqda buna mövsümi depressiya deyirik. Mövsümi depressiya daha çox payız və qış fəsillərində artır. Bunu həm də sosial fəaliyyətin məhdudlanması ilə əlaqələndirə bilərik. İsti havalarda daha çox gəzir, daha çox dostlarımızla görüşə bilirik, sosial fəaliyyətimiz artır təbii ki, bu da əhvalımıza təsir göstərir”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoruYeganə Əsgərova bildirib. Psixoloqun sözlərinə görə, mövsümi depressiyanın əlamətləri aşağıdakılardır.
- Hətta ən asan işləri görmək üçün belə enerjini toplaya bilməmək;
- Əvvəlkinə nisbətən daha çox yatma;
- Əvvəlkinə nisbətən daha çox yemə;
- Kilo artımı;
- Halsızlıq;
- Sosiallaşmama;
- Mənfi düşüncələrə qapılma;
- Həyatdan zövq ala bilməmə.
Bu simptomları yaşayan insanlar mövsümi depressiyada ola bilərlər. Bu hal hər payız və ya qış təkrarlanırsa buna xroniki hal almış mövsümi depressiya deyirik.
Mövsümi depressiyanı necə aradan qaldıra bilərəm?
“Həmin mövsümün gətirdiyi məhdudiyyət aradan qalxdıqdan sonra mövsümi depressiya da aradan qalxır. Lakin yenə də əhval pozuntusunu aradan qaldırmaq, həyat keyfiyyətimizi artırmaq üçün bir sıra tədbirlər görməliyik. Bu proses insanın özünü necə daha yaxşı hiss edəcəyinə fokuslanaraq həll edilə bilər. Məsələn, yaz-yay aylarında hər gün işığa çıxan biri üçün payız-qış aylarında evdə vaxt keçirmək sıxıcı olar. Bu vəziyyətdə fototerapiya adlanan işıq terapiyası tətbiqi depressiyanın müalicəsində istifadə edilən həllərdən biridir. Digəri isə insanı bir az ictimailəşməyə təşviq etməkdir. Lakin mövsümi prosesləri dəyişmək mümkün deyil. Bu səbəbdən insanın düşüncə tərzini dəyişdirməyə çalışmaq və insanı onun üçün yaxşı ola biləcək müxtəlif onlayn fəaliyyətlərə yönəltmək lazımdır. Beləliklə, diqqəti problem üzərində cəmləmək əvəzinə, diqqəti fərqli bir məqama çəkərək insanların yaşadığı çarəsizlik hissini aradan qaldıra bilərik”, - deyə psixoloq Yeganə Əsgərova söhbətə yekun vurub.
Afət Tahirqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 27 İyun 2026 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri