Hava limanında kişi qadını girov götürüb Qazaxıstanda
Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Qazaxıstanın Almatı Beynəlxalq Hava Limanında naməlum kişi qadını girov götürüb.
Ölkə.az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə daxili reyslər terminalında baş verib.
Aeroport əməkdaşlarının sözlərinə görə, həmin şəxs özünü sərnişin kimi təqdim edərək uçuşdan əvvəl yoxlama zonasına yaxınlaşıb.
Mühafizəçilər ondan sənədlərini göstərməsini istəyiblər və o, cavab olaraq mühafizəçilərdən birinin saçından tutub və bıçaqla hədələyib.
Qeyd olunur ki, orada olan şəxslərdən biri girovu özü ilə dəyişməyi xahiş edib. Yayındırıcı söhbətlərlə girova hücum edənin ayıq-sayıqlığını zəiflədərək onun əlindən bıçağı almaq mümkün olub. Daha sonra polis əməkdaşları yaxınlaşıb hücum edən şəxsi saxlayıblar.
Həmidə İbrahimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 07 Mart 2025 15:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















