Icma.az
close
up
RU
Havadan elektrik enerjisi almaq mümkündürmü?

Havadan elektrik enerjisi almaq mümkündürmü?

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

“Yaşıl” gələcəyə keçid

Energetika veteranı, texnika elmləri namizədi Natiq Talıbovun ixtirası bu suala cavab verir

Energetika hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir. Azərbaycanın  enerji sisteminin səmərəliliyinin və generasiya gücünün artırılması, elektrik enerjisi istesalına şərti yanacaq sərfiyyatının aşağı salınması və beləliklə, təbii qaza qənaət etmək imkanının yaradılması mühüm vəzifə kimi qarşıya qoyulub. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə həyata keçirilən tədbirlər öz bəhrəsini verir. Bu yaxınlarda ölkəmizin energetika mərkəzi olan Mingəçevirdə daha bir böyük gücü olan enerji müəssisəsi – 8 okyabr elektrik stansiyası istifadəyə verilib. Bu stansiyada bir kilovat-saat elektrik enerjisinə şərti yanacaq sərfinin 210-215 qr/ kVt-saata endirilməsi nəzərdə tutulur.

“Ənənəvi istilik elektrik stansiyalarında yandırılan yanacağın istilik enerjisinin, təxminən, 60 faizi işlənmiş buxarın kondensantlaşdırılmasına sərf edilərək ətraf mühitə atılır. Bu, İES-in faydalı iş əmsalını kəskin şəkildə azaldır, qlobal istiləşməni artırır. Mənim ixtira etdiyim “Aşağı potensiallı istilik daşıyıcılarından istifadə etməklə elektrik enerjisinin alınması üsulu və qurğusunda isə belə itkilər yox dərəcəsindədir.” Bu sözlərin müəllifi veteran- energetik, texnika elmləri namizədi Natiq Talıbovdur. Müsahibimiz belə davam etdi.

– Hələ ali məktəbdə təhsil aldığım dövrdə sevimli müəllimlərimdən olan Ənvər Hüseynzadə deyərdi ki, gələcək nəsillər bizi yanacağın istilik enerjisinin 60 faizini ətraf mühitə atmaqda ittiham edəcəklər. Bu sözlər elə o vaxtdan hər zaman məni düşündürüb. Mənim patent aldığım ilk ixtirada təklif olunan yeni kondensator konstruksiyası həmin enerjini suyun şirinləşdirilməsinə yönəldirdi...

Natiq Talıbov bildirdi ki, araşdırmalarını sonralar da davam etdirib. Xüsusən də, 1993-cü ilin fevralında Əli Bayramlı DRS-də (indiki Şirvan İES) istehsalat-texniki şöbənin müdiri vəzifəsini könüllü tərk edərək doğulub boya-başa çatdığı Naxçıvana gedib, orada ulu öndər Heydər Əliyevin xeyir-duası ilə yeni istilik-elektrik stansiyasının quraşdırılmasına rəhbərlik etdiyi dövrdə həmin məsələ barədə daha dərindən düşünməyə başlayıb:

– Belə ki, blokada şəraitində olan muxtar respublikanın elektrik enerjisinə tələbatını ödəmək üçün 150 MVt gücə ehtiyac olduğu halda, bölgə “Araz” S S-dən alınan 11 MVt elektrik gücünün və İran İslam Respublikasından verilən bundan bir qədər artıq elektrik enerjisinin ümidinə qalmışdı. O vaxt Türkiyədən gətirilmiş hər biri 15,4 MVt gücündə 4 ədəd qaz turbini quraşdırılaraq işə salındı. Bu da muxtar respublikada gecələr elektrik enerjisi təchizatına müsbət təsir göstərdi. Bunlar barədə “Xalq qəzeti”nin 23 yanvar 2023-cü il tarixli 17-ci nömrəsində ətraflı söhbət açılmışdı.

Natiq Talıbov Naxçıvandan Bakıya qayıdıb “Azərenerji”də əmək fəlaiyyətini davam etdirməyə başladıqdan sonra istilik-elektrik stansiyalarında yanacağın enerjisinin itkisini aradan qaldırmaq ideyası ilə bağlı uzun müddət araşdırmalar aparıb. Yalnız 20 ildən sonra, 2018-ci ildə həmin ideyaya əsaslanan üsul və ixtirasını Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə təqdim edib. Agentlik “Aşağı potensiallı istilik daşıyıcılarından istifadə etməklə elektrik enerjisinin alınması üsulu və qurğusu” adlı ixtiranı 31 may 2023-cü ildə rəsmən qeydiyyata alıb və patentləşdirib.

Həmin ildə Azərbaycanın istilik energetikası sahəsində tanınan alimlərindən 5 nəfəri – ADNSU-nun enerji istehsalı texnologiyaları kafedrasının professoru, texnika elmləri doktoru, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, “Şöhrət” ordenli, Gürcüstan Milli nergetika Akademiyasının akademiki, M.Lomonosov adına qızıl medalın və ABŞ-ın “ lmin açarı” mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Kamal Abdullayev, AzTU-nun nəqliyyat texnikası və idarəetmə texnologiyaları kafedrasının professoru, texnika elmləri doktoru iyafət Kərimov, AzTU-nun enerji e ektivliyi və yaşıl enerji texnologiyaları kafedrasının professoru, texnika elmləri doktoru Misirxan Talıbov, Azərbaycan lmi-Tədqiqat və Layihə-Axtarış nergetika İnstitutunun enerjisistemin ekoloji problemləri şöbəsinin rəisi, texnika elmləri doktoru Rüfət Kəlbəliyev, Azərbaycan Respublikası lm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun baş direktoru, AMA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor, ekoloq İslam Mustafayev dövlətimizin başçısına ünvanladıqları müraciətdə Natiq Talıbovun ixtirasının əhəmiyyəti və üstünlüyü barədə ətraflı məlumat verib, ixtiranın istehsalata yolunun qısaldılmasına, ölkəmizdə onun iqtisadi səmərəsindən istifadə edilməsinə dövlət səviyyəsində kömək göstərilməsini xahiş ediblər. Məktubda deylir: “Diqqətinizə təqdim etdiyimiz yeni ixtiranın mövcud alternativ enerji istehsal edən qurğulardan əsas fərqi və üstünlükləri aşağıdakılardan ibarətdir”:

1.      Ənənəvi İES-də istifadə edilən yanacağın istilik enerjisinin, təxminən, 60 faizi işlənmiş buxarın kondensantlaşdırılmasına sərf edilərək açıq təbiətə atılır. Bu da İES-lərin faydalı iş əmsalını kəskin azaldır, qlobal istiləşməni sürətləndirir. Təklif edilən qurğuda (üsulda) aşağı potensiallı istilik daşıyıcılarından istifadə edilərək buxarlanma istiliyi atmosfer havasının enerjisi hesabına alındığı üçün qurğunun (üsulun) faydalı iş əmsalı vahidə yaxınlaşır. Onda 1 kilovat-saat elektrik enerjisinə sərf olunan şərti yanacağın miqdarı 123 qram kilovat-saat ola bilər. Bu qurğuda “istilik nasosu” effekti olduğu üçün, yəni tsiklə ətraf mühitdən enerji qatıldığı üçün şərti yanacaq sərfi daha az ola bilər. Azərbaycan üzrə hazırda 1 kilovat-saat elektrik enerjisinə şərti yanacağın sərfi, təxminən, 250 qramkilovat-saatdır.

2.      Bu üsulda (qurğuda) külli miqdarda soyuqluq enerjisi alındığından həmin enerjidən dəniz suyunun dondurulma üsulu ilə şirinləşdirilməsində və digər məqsədlər üçün istifadə etmək mümkündür.

3.      Bərpa olunan enerji qurğularından fərqi: günəş elektrik stansiyası günəşli günlərdən, külək elektrik qurğusu küləkdən tam asılı olduğu halda atmosfer havasının daimi mövcudluğu bu üsulla elektrik enerjisinin istehsalının fasiləsiz aparılmasına imkan yaradır. Atmosfer temperaturunun qış-yay, gecə-gündüz dəyişməsi isə qurğunun effektivliyinə qismən təsir göstərə bilər.

4.      Bu ixtira (üsul) ikiməqsədli xüsusiyyətə malikdir: yəni elektrik enerjisinin istehsalı və dəniz suyunun şirinləşdirilməsi üçün soyuqluq enerjisinin eyni qurğuda (eyni vaxtda) həyata keçirildiyindən hər iki məhsula kapital qoyuluşu, o cümlədən maya dəyəri kəskin şəkildə azalır”.

Məlum olduğu kimi, patent (ixtira) almaq üçün iddia sənədinin verilməsi, müəllif hüquqlarının qorunması, patentin tətbiqi üçün dövlət dəstəyi və başqa məsələlər ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti kimi 1997-ci il iyulun 25-də imzaladığı “Patent haqqında” Azərbaycan Respublikasının 312 İQ saylı Qanunu ilə tənzimlənir. Qanunun 3-cü maddəsində deyilir ki, ixtira, faydalı model və sənaye nümunələrinə hüquqlar dövlət tərəfindən qorunur və patentlə təsdiq edilir. Patent ixtira, faydalı model və sənaye nümunələrinə müəllifliyi və ilkinliyi təsdiq edir və onlardan istifadə etmək üçün müstəsna hüquq verir 4-cü maddədə isə ixtira, faydalı model və sənaye nümunələrinin mühafizəsi və onlardan istifadə sahəsində dövlətin vəzifələri müəyyənləşdirilir.

Tanınmış alimlərin ölkə rəhbərinə müraciəti Azərbaycan Respublikası Energetika Nazirliyinə yönəldilib və nazirlik müraciəti cavablandırmaqla yanaşı, həm də “Azərenerji”ASC-yə göndərib. Hər iki qurumdan müraciət müəlliflərinə və Natiq Talıbovun özünə cavab məktubu gəlib. Nazirliyin cavab məktubunda qeyd edilir ki, müraciətdə qaldırılımış məsələlər ixtiranın müəllifi ilə müzakirə edilib.

Natiq Talıbov deyir: “Nazirlikdə məni şöbə müdiri qəbul etdi. Mən ona ixtirama aid sxemi izah etmək istədim. Lakin o, istilik elektrik stansiyaları üzrə mütəxəssis olmadığını bildirib, bu məsələnin “Azərenerji” ASC-yə tapşırıldığı barədə mənə məlumat verdi”. “Azərenerji” isə cavab məktubunda “təklif edilən texnoloji proses haqqında məlumatların, tsiklin termodinamik hesabatlarının və digər mühəndis hesabatlarının araşdırılması üçün səhmdar cəmiyyətə təqdim edilməsini məqsədəuyğun hesab edib. N.Talıbov səhmdar cəmiyyətə dəvət olunub və orada texniki-istehsalat şöbəsinin böyük mühəndisi əminə Tağıyeva ilə görüşüb. Daha sonra isə onu “Azərenerji”nin vitse-prezidentinin köməkçisi qəbul edib. Natiq müəllimin məqsədi ixtiranın mahiyyətini vitse-prezidentə izah etmək idi... Hər halda, hər iki görüşün nəticəsi... nəticəsizlik olub.

Alimlərin ölkə rəhbərinə müraciətində ixtira müəllifinin vaxtilə əməkdaşlıq etdiyi Sankt-Peterburq “Xolod” İnstitutuna və Moskva nergetika İnstitutuna ezam edilməsi də xahiş olunurdu. Azərbaycanda istehsal edilməyən qurğu və avadanlıqların, soyuqluq agentlərinin qiymətlərinin və başqa xırda texniki məsələlərin dəqiqləşdirilməsinə ehtiyac olduğu üçün... Bu xahişə isə lm və Təhsil Nazirliyindən cavab gəlib, N. Talıbova ezamiyyət üçün vəsait ayrılmasının mümkünsüzlüyü bildirilib. Halbuki o bu nazirliyə heç vaxt müraciət etməyib. İxtiraçının fikrincə isə, “Patent haqqında” Qanunun 4.1.6. maddəsinə əsasən, ixtira, faydalı model və sənaye nümunələrinin mühafizəsi və onlardan istifadə sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsinə və təcrübə mübadiləsinə şərait yaradılması dövlətin vəzifələrindəndir.

Natiq Talıbov energetika nazirinin müavini lnur Soltanova və “Azərenerji” ASC-nin vitse-prezidenti iyəddin Quliyevə ötən ilin yanvarında ünvanladığı məktubda ixtiraya “Azərenerji” ASC-nin Texniki Şurasında baxılmasını, tapşırıq-layihə qrupunun yaradılmasını xahiş edib. İxtiraçı hesab edir ki, Texniki Şuranın üzvləri arasında onun təklif etdiyi üsul və qurğunun istehsalata tətbiqi haqqında obyektiv fikir söyləyə biləcək akademik Arif Həşimov, professor Kamal Abdullayev və başqaları kimi energetika məsələlərini mükəmməl bilən alimlər var.

Bundan başqa, Natiq Talıbov Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi üzrə ərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (C P29) keçirilməsi ərəfəsində Prezident Administrasiyasına, kologiya və Təbii Sərvətlər Nazirliyinə, C P29-un müəyyən edilmiş Prezidentinə də müraciət edərək həm öz ixtirasının əhəmiyyətini izah edib, həm də qlobal istiləşmə ilə bağlı rəy və təkliflərini bildirib.

İxtiraçı-alimin Azərbaycan lm Fondunun qrant müsabiqələrindən faydalanmaq cəhdləri də uğursuz olub. Xüsusən, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar 2023-cü il üzrə keçirilən Əsas Qrant Müsabiqəsinə təqdim etdiyi layihənin qəbul olunacağına böyük ümid bəsləyib. Lakin ümidi doğrulmayıb. 2024-cü il üzrə müsabiqəyə isə heç yaxın buraxılmayıb...

Beləliklə, ixtiranın praktikada yoxlanılmasına və tətbiqinə hələ də yol açılmayıb. Bununla belə, ixtiraçı-alim ümidini itirməyib. , az yanacaqla elektrik enerjisi alınması və dəniz suyunun şirinləşdirilməsi sahəsində böyük iqtisadi səmərə verə biləcək ixtiranın həyata vəsiqə qazanmasının Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bərpa olunan enerji mənbələrindən elektrik enerjisi alınması konsepsiyasına tam uyğun olduğu qənaətindədir. N.Talıbov daha da təkmilləşdirilmiş yeni  ixtirasını – “Aşağı potensiallı istilik daşıyıcılarından istifadə etməklə elektrik enerjisinin və soyuqluq enerjisinin alınması üsulu və qurğusu” adlı iddia sənədinni Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə təqdim edib. Bu ixtirada əsasən atmosfer havasının enerjisindən istifadə etməklə elektrik enerjisinin alınması ilə yanaşı, dəniz suyunun dondurulma üsulu ilə şirinləşdirilməsi məsələsi də öz həllini tapıb...

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:50
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 İyul 2025 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see256

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see226

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see223

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see213

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see204

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see194

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see174

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see157

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see154

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see152

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see150

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see149

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see147

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri