Icma.az
close
up
RU
Menu

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

Payızda bu 2 qida mütləq yeyilməlidir

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

Prezidentlə milyarderin qarşıdurması: savaş açıq müstəviyə keçib

Prezidentlə milyarderin qarşıdurması: savaş açıq müstəviyə keçib

Ayna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Siyasi çalxalanmanın başlanğıcı: Trampla Maskın qarşılıqlı ittihamları Amerikanı silkələyir

ABŞ Prezidenti Donald Tramp keçmiş müttəfiqi, milyarder İlon Maskın əsas büdcə qanun layihəsini tənqid etməsindən “çox təəccübləndiyini” və “məyus” olduğunu bildirib. Dünyanın ən varlı adamı, Trampın kampaniyasına 250 milyon dollardan çox pul xərcləyən İlon Mask da öz növbəsində Prezidentin “bu qədər nankorluğuna” qəzəblənib və seçkilərdə qzalib gəlməsini özü ilə əlaqələndirib, deyib ki, onsuz seçkilərdə qalib gəlməyəcəkdi.

Cümə axşamı Ağ Evdə jurnalistlərə Tramp deyib: "İlonla mənim əla münasibətimiz var idi. Bu münasibətimizi yenidən yaşayacağımızı bilmirəm".

Bu, bir sıra respublikaçılar kimi vergilərin və kəskin xərclərin azaldılması ilə bağlı tənqidinə görə Trampın Maska qarşı birbaşa tənqidi idi.

Cavabında Mask “X” sosial şəbəkə hesabında daha sərt açıqlamalar verərək Prezidenti “nankorluq”da ittiham edərək yazıb: “Mən olmasaydım, Tramp seçkiləri uduzardı”.

Məlumdur ki, Mask 129 gün işlədikdən sonra Hökumətin Səmərəliliyi Departamentindəki (DOGE) vəzifəsini tərk edib. O postundan qalmaqalla ayrılmamışdı.

Lakin son günlərdə Mask dəfələrlə Trampın Konqresdən keçməkdə olan büdcə qanun layihəsini tənqid edib, bunu “iyrənc təhrif” adlandırıb və “Bunun üçün səs verənlərə ayıb olsun: bunu səhv etdiyini bilirsən” yazıb.

Qanun layihəsi bütün demokratların və bir neçə respublikaçının etirazına baxmayaraq, əksər respublikaçıların dəstəyi ilə Nümayəndələr Palatasında qəbul edilib.

Cümə axşamı Almaniya kansleri Fridrix Merzlə keçirdiyi mətbuat konfransında Tramp qanun layihəsini bəyənmədiyi üçün Maskı yenidən tənqid edib: "Mən çox məyus oldum, çünki İlon bu qanun layihəsinin daxili hekayəsini bu otaqdakı demək olar ki, hər kəsdən daha yaxşı bilirdi. O mənim haqqımda hələ şəxsən pis heç nə deməyib, amma əminəm ki, bu, növbəti addımdır."

Tramp deyib ki, Mask elektrik avtomobilləri üçün vergi güzəştlərini ləğv etmək planlarına görə onun “gözəl qanun layihəsinə” qarşıdır. Elektrikli avtomobil istehsalçısı “Tesla”nın baş direktoru olan Mask yenidən “X”da bu iddiaya cavab verib: "Fərq etməz. Neft və qaza verilən subsidiyalara heç kim toxunmasa da (çox ədalətsiz!!), elektrik avtomobilləri və günəş enerjisi üçün subsidiyaların azaldılmasını qanun layihəsində saxlayın, amma hesabdan İYRƏNC DONUZ ƏTİNİ çıxarın". Mask bununla demək istəyir ki, bu, bəzi dar seçici qruplarının, iş adamlarının və ya siyasətçilərin özlərinin maraqları üçün siyasətçilər tərəfindən lobbiləşdirilən büdcə xərcləri deməkdir.

Ayrı bir paylaşımda Mask Trampın qanun layihəsinin məzmunundan yaxşı xəbərdar olduğu və buna görə də onun ictimai tənqidinin sürpriz olduğu iddiasını rədd edib: "Doğru deyil. Mənə bu qanun layihəsini heç vaxt göstərmədilər və o gecənin ortasında o qədər sürətlə keçdi ki, Konqresdə demək olar ki, heç kimin onu oxumağa belə vaxtı olmadı!".

Tramp isə özünün “Truth” sosial şəbəkəsində israr edir ki, məsələ hələ də elektrik avtomobilləri ilə bağlıdır: "İlon kənarda idi, mən ondan getməsini xahiş etdim. Hər kəsi artıq heç kimin istəmədiyi elektrik avtomobillərini almağa məcbur edən mandatını ləğv etdim və o bunu edəcəyimi bilirdi! . O sadəcə İTİRDİ!".

Prezident əlavə edib ki, büdcədən milyardlarla dollar qənaət etməyin ən yaxşı yolu Maskın bütün müqavilələrini və subsidiyalarını ləğv etməkdir.

Qeyd edək ki, dövlət xərclərini kökündən azaltmaq məqsədi ilə bu vəzifəyə təyin olunan Mask kütləvi ixtisarlar və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) kimi qurumların tamamilə ləğvi təşəbbüsü ilə çıxış edib. Onun DOGE-si xərcləri 2 trilyon dollara endirmək kimi ilk hədəfinə çatmasa da, 180 milyard dollar qənaət edib.

Beynəlxalq və yerli ekspertlər hesab edirlər ki, Tramp və Maks arasında münasibətlərin savaşa çevrilməsi və açıq müstəvidə qarşılıqlı ittihamlar ABŞ-da ciddi hadisələrin olacağının anonsudur. Analitiklər hesab edirlər ki, milyarderlə Prezident arasındakı davada kimin  qalib gələcəyi dəqiq deyil, amma Maskın əlində kifayət qədər məlumatlar, kompromatlar mövcuddur. Gözlənilir ki, milyarder bu məlumatlardan Trampa qarşı istifadə etsin. Bu isə Amerikada siyasi çalxalanmanın yaranmasına, Trampın hakimiyyətinə qarşı ciddi təhlükələrdən xəbər verir.  

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:253
embedMənbə:https://ayna.az
archiveBu xəbər 06 İyun 2025 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see322

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see313

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see305

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see303

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see295

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see293

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see292

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see263

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see244

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see239

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see238

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see235

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see229

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see227

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see225

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see206

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see205

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see197

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri