“Hazırda ot örtüyünə ciddi və sistemli qulluq göstərilir” “İmişli” qazon bəlasından xilas oldu
Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“İmişli”nin ev oyunlarını keçirdiyi Quba Olimpiya İdman Kompleksinin ot örtüyündə bəzi çatışmazlıqların olduğunu xəbər vermişdik. Onu da bildirmişdik ki, Aran təmsilçisi həmin problemlərin aradan qaldırılması üçün Gənclər və İdman Nazirliyinə müraciət edib.
Maraqlıdı, bəs, dövlət qurumu klubun istəyinə müsbət cavab veribmi? İdman qurğusunda hansısa işlər görülübmü?
Bu sualla “pələnglər”in mətbuat xidmətinin rəhbəri Leyla Behbudluya müraciət etdik. Onun “Football-plus.az”a cavabı:
“Quba Olimpiya İdman Kompleksinin stadionunda ot örtüyünün keyfiyyətinin yüksəldilməsi istiqamətində Gənclər və İdman Nazirliyi tərəfindən müvafiq işlər həyata keçirilib. Belə ki, seyrək sahələrə yenidən toxum səpilib, müəyyən hissələr dərmanlanıb. Hazırda ot örtüyünə ciddi və sistemli qulluq göstərilir. Təbii ki, görülən bu tədbirlər qazonun tam dəyişdirilməsinə yoxl, mövcud ot örtüyünün daha yüksək keyfiyyətə çatdırılmasına yönəlib. Nazirlik bu məqsədlə bütün imkanlardan istifadə edir. Hesab edirik ki, komandamız mövsümün ikinci hissəsində daha keyfiyyətli və oyun üçün əlverişli ot örtüyündə çıxış edəcək”.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 07 Yanvar 2026 10:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















