Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Həbib bəy Səlimov Əsgəranda daşnakları darmadağın edən Azərbaycan generalı

Həbib bəy Səlimov Əsgəranda daşnakları darmadağın edən Azərbaycan generalı

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

107 il öncə təqvimin bu günündə Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarov 30 saylı əmr imzalayır. Həmin əmrlə Həbib bəy Səlimova general- mayor rütbəsi verilir.

Azərbaycan cumhuriyyətinin 38 yaşlı yeni generalı İrəvanda anadan olmuşdu. Məhkəmə iclasçısı vəzifəsində çalışan atası Yusif bəy onu həmin qədim Azərbaycan şəhərindəki gimnaziya və seminariyada oxutmuşdu.
Lakin həvəsi 19 yaşında hərbiyə yönəltmişdi.

1900-cü il avqustun 12-də hərbi xidmətə könüllü qoşulan Həbib bəy ilk olaraq 156-cı Yelizavetpol (Gəncə) süvari alayında xidmətə başlayır. Bir ildən bir qədər artıq çəkən xidmətdən sonra unter-zabit rütbəsi alır. O, 1902-ci ildə Tiflisdə fəaliyyət göstərən süvari məktəbini də uğurla başa vurduqdan sonra Üçüncü Qafqaz Atıcı Batalyonuna təyinat alır və “podporuçik” rütbəsi ilə zabit kimi xidmətini davam etdirir.

1908–1910-cu illərdə Beşinci Qafqaz Atıcı Batalyonunun tərkibində Naxçıvanın Culfa istiqamətində sərhəd xidməti keçir və hətta məxfi tapşırıqla Tehrana ezam edilir.

1912-ci ildə kapitan rütbəsinə layiq görülən Həbib bəy daha sonra Peterburqda Baş Qərargahın Nikolayev Hərbi Akademiyasında təhsil alaraq ali hərbi hazırlığını tamamlayır.

Peterburqda Baş Qərargahın Nikolay Hərbi Akademiyasını bitirib.

Azərbaycan Xalq Cümhuriyyəti elan olunanda o, polkovnik-leytenant idi. Vətənə dönərək milli istiqlal mübarizəsinin öncüllərindən oldu. Qafqaz İslam Ordusunun Komandanı Nuru paşa tərəfindən Əlahiddə Azərbaycan Korpusunun Qərargah Rəisi təyin edildi.

1918-ci ildə Azərbaycanda fəaliyyət göstərmiş Qafqaz İslam Ordusunun zabitlərindən olan türk podpolkovniki Rüştü bəy 1934-cü ildə “Hərbi məcmuə”nin 93-cü nömrəsində dərc olunan “Bakının böyük hərb yollarında” əsərində Həbib bəy haqqında yüksək fikirlər səsləndirib. Səlimovu peşəkar hərbçi və bacarıqlı sərkərdə kimi təqdim edən Rüştü bəy yazır:

 

"Cəsur və döyüş texnikasını gözəl bilən türk ordusunun yüksək rütbəli zabitləri tərəfindən layiqincə qiymətləndirilən polkovnik Həbib bəy rus ordusunda yetişmiş azərbaycanlı zabitlərdəndir. Döyüşlərdə cəbhə iki yerə ayrılırdı: şimal və cənub qruplarına. Cənub qrupunun komandiri polkovnik Həbib bəy Səlimov idi."

Bu qiymətləndirmə Həbib bəyin yalnız yerli hərbi mühitdə deyil, eyni zamanda Osmanlı zabitləri arasında da nüfuz qazandığını göstərir.

“Gəncə-Bakı dəmiryolu xətti ilə irəliləyən cənub qrupunun komandanı kimi H. Səlimovun göstərdiyi təşkilatçılıq qabiliyyəti və igidliyi Azərbaycan hökuməti tərəfindən layiqincə qiymətləndirildi və elə bolşevik-daşnak qoşunlarına qarşı döyüşlərin gedişində ona polkovnik rütbəsi verildi.

1918-ci il avqustun 1-də təxribatçı polkovnik P.İlyuşenko Lənkəranda qondarma “Muğan Respublikası”nı elan etmişdi. 1919-cu il iyul ayında briqada generalı Həbib bəy Səlimovun komandanlığı ilə Muğanda və Lənkəranda Azərbaycan milli hakimiyyətini tanımaq istəməyən molokan və rus-erməni silahlı qüvvələri onun gücü ilə darmadağın edildi. Düşməndən qənimət götürdüyü bir təyyarəni, 24 topu və 60 pulemyotu general Azərbaycan ordusunun istifadəsinə verdi. Muğan və Lənkəranı yenidən Azərbaycana birləşdirən Həbib bəy qısa müddətə bu bölgəyə vali təyin edildi”.

1918-ci il noyabrın 1-də Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti öz tərkibində Hərbi Nazirliyin formalaşdırılması barədə qərar qəbul etdi. Qərara əsasən, hərbi nazir vəzifəsi müvəqqəti olaraq Nazirlər Şurasının sədrinə tapşırıldı, nazir müavini postuna isə artilleriya generalı S.S. Mehmandarov təyin olundu. Qərardan dərhal sonra nazirliyin strukturunun qurulmasına başlanıldı və qısa müddət ərzində idarəetmə aparatı formalaşdırıldı. Noyabrın 15-də S. Mehmandarovun imzaladığı əmrə uyğun olaraq Ordunun Baş Qərargahı və Hərbi Nazirliyin Dəftərxanası təsis edildi.

Həmin əmrlə polkovnik Həbib bəy Səlimov Baş Qərargahın və eyni zamanda hərbi nazirin dəftərxanasının rəisi vəzifəsinə təyin edildi. Ona əlavə olaraq Nazirlər Şurasının təsdiqlədiyi ştata uyğun şəkildə Baş Qərargahın və Dəftərxananın təşkilini həyata keçirmək tapşırıldı.

Bu barədə arxiv sənədlərini araşdırmış Milli Arxiv İdarəsinin əməkdaşı Rafiq Səfərov vurğulayır ki, Hərbi nazir S.b. Mehmandarovun bu tapşırığı H.b. Səlimov tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib:

 

“Mövcud materiallara əsaslanaraq qeyd edirəm ki, Azərbaycan Respublikası Hərbi Nazirliyinin Baş Qərargahı H.b.Səlimovun iştirakı ilə yaradılmış bir neçə şöbələrdən, o cümlədən general-kvartirmeyster, növbətçi general, artileriya, intendant, mühəndislik, hərbi məhkəmə, hərbi təlim, topoqrafik və nəzarət şöbələrindən ibarət olmuşdur”.

Həbib bəyi Səlimovun Azərbaycan xalqına və dövlətinə misilsiz tarixi xidmətləri olduqca çoxdur. O, məmləkətimizin cənub bölgəsinin xilaskarıdır. Təsadüfi deyil ki, Mirzəbala Məhəmmədzadə “Muğan və Lənkəranın qurtuluşu” adlı məqaləsində Həbib bəyin cənub yürüşünü xüsusi şərh edir:

 

“1919-cu ilin avqustunda ingilis işğal qüvvətləri Azərbaycanı tərk edincə məmləkət tam mənası ilə ikinci dəfə istiqlalına qovuşmuşdu. Bu tarixdən etibarən öz işlərini öz qüvvətləri ilə həll edəcəkdi. Məmləkətin bütövlüyü ilə bağlı işlərin başında Muğan və Lənkəranda qalmağa davam edən ruslardı. Onlar döyüş görmüş, top və pulemyotlarla təchiz edilmiş qüvvətlərdi. Türk ordusu çəkildikdən sonra təşkil olunan ordumuz isə ilk səfərini edirdi. 1919-cu ilin sentyabrında ordumuz Bakıdan Lənkərana doğru hərəkət etdi. Yürüşün başında sonralar bolşeviklər tərəfindən şəhid edilən general Səlimoğlu Həbib bəy dayanırdı”.

Səlimoğlu Həbib bəyi Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan publisist Məhəmməd Əmin Rəsulzadə “istiqlal şəhidi” adlandırmışdı.

Genaral rütbəsi aldıqdan cəmi bir il sonra Həbib bəy Səlimov dogma xalqına və vətəninə daha bir misilsiz xidmət göstərəcəkdi.

Belə ki, 1920-ci il martın 22-də- Novruz bayramı ərəfəsində Qarabağda vəziyyət kəskin şəkildə gərginləşmişdi. Silahlı daşnak dəstələri Aran Qarabağdan yaylaqlara uzanan əsas yolu Əsgəran istiqamətində bağlamışdılar. Bu addımın arxasında dayanan məqsəd Qarabağın dağlıq hissəsini Azərbaycanın qalan ərazilərindən təcrid etmək idi. Ağır silahlarla təchiz olunmuş qüvvələrə İrəvandan gəlmiş daşnak generalı Dro (Drastamat Kanayan) rəhbərlik edirdi.

Yaranmış təhlükəni aradan qaldırmaq üçün Azərbaycan Xalq Cümhuriyyətinin Müdafiə Nazirliyi təcili hərbi plan hazırladı. Hərbi nazir Səməd bəy Mehmandarovun göstərişi ilə Əsgəran istiqamətinə böyük hərbi birləşmələr cəlb olundu. Martın 23-də sayları təxminən 20 min nəfərə çatan əsgər və zabit heyəti bölgəyə göndərildi. Üçüncü Gəncə, Beşinci Bakı, Birinci Cavanşir, Dördüncü Quba və Səkkizinci Ağdam alayları general Həbib bəy Səlimovun komandanlığı altında Yuxarı Qarabağa doğru hərəkətə başladılar. Azərbaycan ordusunun şəxsi heyəti hər qarış torpaq uğrunda əzmlə vuruşaraq strateji mövqeləri geri aldı, Şuşa qalasına və Xankəndinə daxil oldu. Düşmən ağır itkilərə məruz qaldı. Təxminən 4 min nəfərlik erməni süvari dəstəsinə rəhbərlik edən general Dəli Qazar döyüşlər zamanı məhv edildi. Əsgəran ətrafında mövqe tutmuş Dro Kanayanın piyada hissələri isə müqaviməti davam etdirə bilməyərək qaçmağa məcbur oldular.

29 mart 1920-ci ildə Qarabağ komandanı Həbib bəy Səlimov Azərbaycan milli hökumətinə qələbə raportları verirdi?

 

“Bu gün saat 13-də Xanabadın ucqarı bizim əsgərlər tərəfindən alındı. Bakı alayı sıldırım qayalara Daşbaşı yüksəkliyinə yanaşdı. Podpolkovnik Nəbibəyov ermənilərin təqib edilməsinə uymasaydı və mövqeləri dəyişməsəydi, alayın həmləsi daha uğurlu olardı. Sol cinahda ermənilər Əsgəranda ələ keçirdikləri iki pulemyotla əks həmləyə keçdilər. Onları Xanabaddan vurub çıxartmağa və qaçmağa məcbur etdik. Artilleriya əla atırdı, xüsusən podpolkovnik Bəhram bəy Nəbibəyovun batareyası. Ancaq təəssüf ki, batareya komandiri özünü cilovlaya bilmir və batareya ilə birlikdə döyüşə atılır. Qoşunların əhval-ruhiyyəsi əladır, düşmən çoxlu itgi verib, təkcə Xaraşurtda 60-dək erməni meyidi var”.

Heç 2 həftə çəkmədi ki, Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Bolşevik işğalından sonra milli istiqlal ideyalarına sədaqətinə, sovetlərə qarşı əks-inqilabi fəaliyyətinə, Muğanda “inqilabçı kəndliləri tərk silah etməsinə” və Gəncə üsyanına görə istintaqa çəkilmiş Həbib bəy Səlimovun “cinayət işi” ölüm hökmü ilə bağlanır:

 

“Qərara alındı: Sovet hökumətinə qarşı çıxan Həbib bəy Yusif oğlu Səlimov güllələnsin. Ondan alınan əmlak müsadirə olunsun və respublikanın gəlirinə keçirilsin. Cinayət işi və aktlar arxivə təhvil verilsin. Əslini imzaladı: XI Ordunun xüsusi şöbə rəisi Semyon Pankratov və böyük müstəntiq Qubin".

Sonda yenə Əsgəran savaşına qayıdaq.

Əgər Əsgəran savaşında zəfər qazanılmasaydı, bolşevik hakimiyyəti Qarabağın dağlıq hissəsini sonradan Ermənistana birləşdirməyəcəkdimi? Zəngəzurun aqibəti suala açıq cavabdır. Unutmaq olmaz ki, aprel işğalından dərhal sonra Qarabağ məsələsi yenidən gündəmə gəlmişdi!.. Lakin AXC-nin süqutuna günlər qalmış Həbib bəy Səlimovun komandanlığı ilə qazanılan zəfərin yaratdığı reallıq Qarabağı Azərbaycanın ayrılmaz parçasına çevirmişdi.

Taleh ŞAHSUVARLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 26 Fevral 2026 20:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see309

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see277

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see276

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see257

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see251

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see239

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see232

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see229

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see223

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see217

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see207

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see201

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see196

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see190

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see189

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see184

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see184

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see182

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see173

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri