Icma.az
close
up
RU
Həbib hoqqabazlıq etdi, təyyarədən qovuldu

Həbib hoqqabazlıq etdi, təyyarədən qovuldu

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dağıstanlı MMA döyüşçücü Həbib Nurməhəmmədov Amerikada böyük qalmaqalın səbəbkarı olub. 

“GiveMeSport”un yaydığı xəbərə görə, o, təyyarə bələdçisi ilə münaqişəyə girib. Həbib təyyarənin qəza çıxışının yanında oturubmuş. Stüardessa uçuşöncəsi təlimat zamanı ondan qəza halında başqa sərnişinlərə necə kömək edə biləcəyini soruşub. Nurməhəmmədov ondan nə istənildiyini dərhal anlamayıb, bu məqam onunla ekipaj üzvü arasında mübahisə doğurub. Dağıstanlı həmçinin stüardessanın başqa yerdə əyləşmək xahişini də qəbul etməyib, bunu ədalətsizlik sayıb. Belədə onu təyyarədən çıxmağa, başqa reyslə uçmağa məcbur ediblər.
Həbib də başverənlərlə bağlı danışıb:

“Mənə sualla üz tutan xanım lap əvvəldən çox kobud idi. Hərçənd mən ingiliscə normal danışıram, hər şeyi anlayıram. Bununla belə, məni yerimdən qaldırmaq üçün israr etdi. Qadının bunun üçün hansı əsasının – irqi, milli və ya başqa nəsə - olduğunu dəqiq bilmirəm. Qısa sürən söhbətdən sonra o, mühafizə xidmətini çağırdı və məni təyyarədən çıxardılar. Saatyarım sonra başqa təyyarəyə əyləşib təyinat yerinə yollandım. Sakitliyi qorumaq, təxribata getməmək üçün əlimdən gələni etdim. Düşünürəm ki, adamlara münasibətdə daha xeyirxah olmaq lazımdı”.


Amerikanın uçuşu həyata keçirən “Frontier Airlines” aviaşirkəti isə qalmaqala belə reaksiya verib:

“İnsidentdən məlumatlıyıq, təhqiqat aparırıq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 21 Yanvar 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see487

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see438

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see338

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see288

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see279

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see275

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see270

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see263

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see245

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see237

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see229

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see223

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see221

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see217

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see212

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see208

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see207

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see195

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see187

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri