Icma.az
close
up
RU
Həbs edilən başçı kimlərin pulunu xaricə daşıyıb? Balakən əməliyyatında sensasion Gürcüstan detalı

Həbs edilən başçı kimlərin pulunu xaricə daşıyıb? Balakən əməliyyatında sensasion Gürcüstan detalı

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Proseslər sürətlə bir-birini əvəz edir. Təmizləmə əməliyyatı özünəməxsus aparılır. Ramiz Mehdiyevə elan olunan ağır maddələrin ardınca bir ucqar rayonun icra başçısı xüsusi əməliyyatla saxlanıldı. Dövlət Təhlükəsizlik Xidməti (DTX) Balakəndə əməliyyat keçirərək icra başçısı İslam Rzayevi qandallayaraq “içəri” atdı.

Sual oluna bilər: İslam Rzayev hara, Ramiz Mehdiyev hara? Nə əlaqə? Media dərhal bunların arasındakı ortaq bağın Rusiya amili olduğunu yazdı. Ekspertlər də bu xətti müdafiə etdi. İctimai rəy dərhal bu amilə isti yanaşdı və inandı. Balakən Azərbaycanın şimal-qərbində yerləşdiyi üçün burdan Rusiya ilə xəyali bağlantı qurulması asandır axı. Bir neçə ay öncə Qaxın icra başçısı da DTX tərəfindən həbs ediləndə ictimaiyyət onun Rusiya ilə əlaqəsindən şübhələnirdi.

Amma fikrimizcə, bu, aysberqin görünən tərəfidir. Alt qatlarda başqa amillərin dayandığını əsla istisna etmək olmaz.

Məsələ yalnız siyasi olmaya bilər. Balakən Gürcüstanla sərhəddə yerləşir. Mümkündür ki, bu rayon ərazisindən qanunsuz daşımalar, transferlər həyata keçirilib: Azərbaycandan çirkli pulların çıxarılıb, Avropaya, başqa istiqamətlərə daşınıb. Artıq belə rəylər var ki, İslam Rzayevin bu məsələdə özünə yaxın olan oliqarxlara, vəzifə sahiblərinə kömək edib. Bu da xüsusi xidmət orqanlarının diqqətindən yayınmayıb.

İslam Rzayevin uzun illər neft sektorunda, qaz təsərrüfatında yüksək vəzifələrdə çalışması, maliyyə sektorunda rəhbər postlarda işləməsi neft-qaz sənayesinin hazırkı və keçmiş oliqarxlaşmış nümayəndələri ilə yaxşı münasibətlərdə olduğunu deməyə əsas verir. Artıq bununla bağlı ortada iddialar dolaşır.

Ramiz Mehdiyev

Hadisələr irəlilədikcə, ortaya çox dəhşətli faktlar çıxır. Hələ rəsmi açıqlama, məlumat, statistika yoxdur, buna baxmayaraq anlaşılan odur ki, ölkənin iqtisadiyyatı bu soyğunçu dəstələr tərəfdən darmadağın edilir. Paralel idarəçilik, “kölgə iqtisadiyyatı” yaradıb, özləri üçün nəhəng maliyyə imperiyaları qurublar. Olduqca böyük kapitala, səlahiyyətə, çevrəyə sahib olan bu oliqarxik qrup dövlət üçün ciddi başağrısına çevrilib. Bu yerdə yada 2013-cü ilin dekabrında Türkiyədə yaşananlar düşür. O vaxt FETÖ ilk dəfə öz varlığını göstərdi. Əvvəlcə gücünü inzibati və hüquqi müstəvidə nümayiş etdirməyə çalışdı. Üzərindən 2 il 6 ay keçmiş ortaya hərbi güc qoydu. Çevriliş etməyə təşəbbüs göstərdi. Azərbaycan dövlətinin gücü, Prezident İlham Əliyevin iradəsi bu perspektivi istisna edir. Lakin ortada olan gerçəklik, son əməliyyatlar cəmiyyətdəki rahatsızlığı tətikləyir.

Son 20 ildə Azərbaycana gələn neft milyardları xeyli sayda insanın həyatını yaxşıya doğru dəyişdi. Ölkənin təbii sərvətlərindən milyonlar, milyardlar qazanan qruplar yarandı. Neft-qaz bumu nəticəsində əhalinin maddi rifah halı yaxşılaşdı, paraleldə qanunsuz mənimsəmələrin miqyası da ilbəil artdı. Yeni təbəqə yarandı, onlar hakimiyyət strukturunda möhkəmləndi. Zaman keçdikcə bu adamlar özlərini güc sahibi hesab etməyə başladı. Dövlətə əzələ nümayiş etdirmək kimi xam xəyallara düşdülər. Pul o qədər çoxdur, imkan o qədər genişdir, gözləri ayaqlarının altını seçmir.

Azərbaycanda bir neçə dəfə oxşar hadisələr yaşanıb. 1993, 1994, 1995, 2005-ci illərdə hakimiyyətdə təmsil olunan bir neçə qrup iqtidar olmaq təşəbbüsü göstərib. Onlar hakimiyyəti zorla devirib, konstitusion quruluşu dəyişdirib hakimiyyətə gəlmək istəyib. Amma hər dəfə dövlətin iradəsi qalib gəlib. Pərən-pərən düşüblər.

1993-95-ci illərdəki çevriliş cəhdləri sırf siyasi və hərbi fiqurların müşayiəti ilə gerçəkləşdirilirdi. 2005-ci ildəki təşəbbüsdə isə Azərbaycanda yenicə formalaşan oliqarxiya bu işi həyata keçirməyə təşəbbüs göstərdi. Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev ölkədə oliqarxiyanın ilk nümayəndələrindən sayılırdı. O qədər varlanmışdı, o qədər geniş səlahiyyətlərə sahiblənmişdi, nazir kabineti ona dar gəlməyə başlamışdı. Prezident olmaq eşqinə düşmüşdü.

Əli İnsanov

Sabiq səhiyyə naziri Əli İnsanov da vəzifədə olduğu dövrdə xeyli var-dövlət toplamışdı. Dövlət vəzifəsinin verdiyi imkanları özünün şəxsi gücü, nüfuzu bilib, yanlış xəyallara düşmüşdü. Sonu necə bitdi, hər kəs gördü. Fərhad Əliyev türmədən çıxandan sonra gözdən itdi. Ortada boy göstərmədi. Reallıqla barışıb, kənara çəkildi. Bununla həm də abrını qorudu. Əli İnsanov isə psixoloji və mənəvi müvazinətini hələ də toparlaya bilmir. Elə sarsılıb, balansı o dərəcədə itirib ki, ziddiyyətli bəyanatlar verir – bu yaşda özünü lağ-lağı, gülüş hədəfinə çevirir…

Belə klanlar, dəstələr milli təhlükəsizliyə, sabitliyə ciddi təhdid yaradır. Könüllərindən dövləti ələ keçirmək, konstitusiya quruluşunu dəyişdirmək keçir. Elə bilirsiniz, Ramiz Mehdiyev o boyda prosesi təkbaşına aparıb? Yalnız özü hazırlaşıb dövlət çevrilişinə? Əsla! Onun güc aldığı qüvvələr var. Ondan güc alan gizli qüvvələr mövcuddur ölkədə!

Ona görə də dövlət maliyyə axınlarına nəzarəti gücləndirməlidir. Evini kirayə verən, xaricdən telefon gətirən, taksi fəaliyyəti ilə məşğul olan, orta statistik maaş alan Azərbaycan vətəndaşını vergi atəşinə tutunca, milyardları mənimsəyən, hələ də bu dəhşətli əməlləri davam etdirən oliqarxların, onların oğul-uşaqlarının dövlətdən oğurladıqlarını tapıb, büdcəyə qaytarmaq daha vacib və sərfəlidir. Vətəndaşın qəpik-quruşundan bir şey olmaz, korrupsionerlərin qanunsuz mənimsədikləri milyardları aşkarlamaq dövlətə, millətə daha faydalıdır. Necə deyərlər, qaçanı qovmaq lazımdır.

Məmurların nəzarətindəki tender tələsini sındırmağım zamanı çoxdan çatıb. Dövləti soyurlar açıq-aşkar. Nazirin, komitə sədrinin, agentlik rəhbərinin, deputatın, icra başçısının oğlunun şirkəti yüz milyonlarla tenderin qalibi olur. Özü də hər il, hər hərracda! Bunun qarşısını almaq çoxmu çətindir?!

Bu adamlar üzdə mövcud hakimiyyəti, Azərbaycanın maraqlarını müdafiə etdiklərini deyirlər, arxa planda tamam başqa niyyətlər üçün çalışırlar.

Dövlət başlatdığı və getdikcə sürətləndirməkdə olduğu bu prosesi uğurla başa çatdırsa, ciddi nəticələr görmək olacaq. Əks təqdirdə, böhran dərinləşəcək, bu qüvvələr daha da güclənəcək.

Aydın Aslan
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 31 Oktyabr 2025 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see494

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see222

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see207

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see203

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see202

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see196

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see193

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see186

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see186

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see182

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see179

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see176

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see170

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see168

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see152

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see150

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see148

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see148

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see148

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri