Icma.az
close
up
RU
Həbs edilən liseyin keçmiş direktorundan xəbər var

Həbs edilən liseyin keçmiş direktorundan xəbər var

Pravda.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Gəncə Apellyasiya Məhkəməsində Tovuz Peşə Liseyinin keçmiş direktoru Tanrıverdi Tanrıverdiyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Müşfiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
 

Məhkəmənin növbəti iclası fevralın 10-na təyin edilib.


İttihama görə, T.Tanrıverdiyev təhsil nazirinin müvafiq əmri ilə 6 iyun 2016-cı il tarixdə həmin liseydə direktor vəzifəsinə təyin olunub. O, qulluq mövqeyindən istifadə edərək Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinə məxsus 69.418 manat pulu talayıb, tamah və şəxsi niyyətlə rəsmi sənədlərə yalan məlumatlar daxil edib. Həmin hərəkətləri Təhsil Nazirliyinin yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin pul vəsaitinin aidiyyəti üzrə düzgün yönləndirməyib və təhsil sahəsində ödənişlərin qanuna müvafiq aparılması ilə əlaqədar fəaliyyətini pozmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunub. T.Tanrıverdiyev ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək dərs yüklərini ixtisas fənləri üzrə bölünməsinin direktor müavinin yazdığını, dərs saatlarının bölünməsi isə direktorun əmri ilə rəsmiləşdirildiyini bildirib. Pandemiya dövründə müəyyən müəllimlərin işsiz qalmaması üçün bir neçə müəllimə dərnək məşğələsi kimi 100-150 saat əlavə dərs saatının verilməsini tapşırıb.


Gəncə Apellyasiya Məhkəməsi apellyasiya şikayətini təmin etməyib, apellyasiya protestini isə qismən təmin edib. Hökmdən Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqinə dair müddəalar xaric edilib, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 5 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) hökmü cəzaya aid hissədə dəyişdirilib və o, 6 il müddətinə azadlıqdan məhrum olunub. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməklə məhkəmə iclas zalında həbsə alınıb. Ali Məhkəmənin qərarına əsasən, Gəncə Apellyasiya Məhkəməsinin çıxardığı qərar qismən ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.
 

Kamal Məmmədov 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://pravda.az
archiveBu xəbər 04 Fevral 2025 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nazirliyin qərarı narazılıq yaratdı: Lisey və gimnaziyalara qəbul niyə dayandırılıb?

28 May 2025 18:46see164

Koronovirus geri qayıdır? Hindistanda yenidən yayılıb…

28 May 2025 09:40see134

Polşada Çelsi və Betis klublarının azarkeşləri arasında dava düşdü

28 May 2025 14:22see130

Laçın hava limanı hansı üstünlükləri vəd edir? AÇIQLAMA

28 May 2025 13:32see127

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

29 May 2025 21:48see122

“Mançester Yunayted” ASEAN ulduzlarına məğlub OLDU

28 May 2025 20:04see117

Təhsil sisteminə etimad zədələndi

28 May 2025 13:19see117

Şəfa dan 5 transfer: Millimizə dəvət edildi, bu klubla anlaşdı

28 May 2025 14:25see116

Sertifikasiyada müəllimə əlavə vaxt verilir Bu hallarda...

29 May 2025 17:36see116

Tramp Harvarddan buna görə qisas alır: OĞLUNU...

28 May 2025 12:46see115

Zəngəzurda sürpriz ölkə peyda oldu İrəvandan dostlarına xəyanət

28 May 2025 14:10see115

Çaki öldü

29 May 2025 00:07see114

Dünyanın ən varlı ölkələri: Yalnız gəlir deyil, gələcək baxışı da ön plandadır (SİYAHI)

28 May 2025 13:29see114

İkardinin sevgilisi Türkiyədən təkliflər alıb

28 May 2025 13:18see114

BMT Baş katibi: Azərbaycan xalqına ən xoş arzularımı çatdırmaqdan məmnunam

28 May 2025 23:31see114

Azərbaycanlılar Rusiyanın bu bölgəsində işləyə bilməyəcək QADAĞA

28 May 2025 13:46see113

İtalyan mafiyası düşmənçilikdən əməkdaşlığa keçir..?

29 May 2025 00:25see113

Ukrayna Prezidenti ABŞ ı Rusiyaya qarşı yeni sanksiya tətbiqinə çağırıb

28 May 2025 12:17see113

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

29 May 2025 19:16see113

Ətirşahdan Qurban bayramına özəl MÖHTƏŞƏM KAMPANİYA!

28 May 2025 12:49see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri