Həbs edilən tiktokerlərin sponsoru: Bu əməkdaşlıqda təşəbbüskar...
Icma.az bildirir, Teleqraf.com saytına əsaslanaraq.
"Biz kiməsə avtomobil hədiyyə etməmişik. Yarışda reklam edilən avtomobil nağd satılıb".
Bunu Teleqraf.com-a açıqlamasında “TikTok”da müxtəlif adlar altında əyləncə yarışları təşkil edərək, əxlaqsızlığı təbliğ edən şəxslərə avtomobil bağışlayan “Legend Motors”un avtosalonunun direktoru Rəşad Əliyev bildirib.
O, avtomobilin yarışı təşkil edənlərə müəyyən endirimlə satıldığını söyləyib.
Endirimin məbləğini, alqı-satqının kiminlə aparıldığını açıqlamaq istəməyən R.Əliyev bunların kommersiya sirri olduğunu deyib: "Endirimin müqabilində “Legend Motors”un reklam olunması razılaşdırılıb".
O ki qaldı əxlaqsızlığı təbliğ edən yarışda şirkətin reklamının marketinq baxımından nə dərəcədə doğru olmasına? R.Əliyev yarışı izləmədiklərini vurğulayıb: "Bu əməkdaşlıqda təşəbbüskar elə yarış təşkilatçılarının özləri olublar".
Məlum olub ki, şirkət yarışı təşkil edənlərə “ZEEKR X” avtomobilini satıb. Bu avtomobilin bazar qiyməti 35 500 dollardır.
Baxış sayı:105
Bu xəbər 24 Dekabr 2024 17:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















