Icma.az
close
up
RU
Həbsdə xərçəng xəstəliyinə tutulan Əvəz Zeynallı ilə bağlı qərar: “Məhkəməyə qatılan həkim də təsdiqlədi...”

Həbsdə xərçəng xəstəliyinə tutulan Əvəz Zeynallı ilə bağlı qərar: “Məhkəməyə qatılan həkim də təsdiqlədi...”

Icma.az, Bizimyol saytına istinadən bildirir.

Həbsdə olan jurnalist Əvəz Zeynallının xərçəng xəstəliyinə tutulması ilə əlaqədar cəzasının qalan hissəsindən azad edilməsi üçün vəkilləri Fəxrəddin Mehdiyev və Rəşad Əliyev məhkəməyə müraciət etmişdi. Aprelin 24-də Nizami Rayon Məhkəməsində vəkillərin ərizəsinə baxılıb.

Bizimyol.info xəbər verir ki, hakim Nigar Qədirlinin sədrliyilə keçirilən məhkəmə prosesində Əvəz Zeynallı özü iştirak etməyib. O, online qaydada məhkəmə prosesinə qatılıb, durumu barədə izahat verib.

Vəkil Fəxrəddin Mehdiyev bildirib ki, məhkəmə prosesində Əvəz Zeynallının yoğun bağırsaqda bəd xassəli şiş aşkarlanması və qaraciyərə metastaz verməsi haqda tibbi sənədləri hakimə təqdim ediblər. Məhkəmə prosesinə qatılan Əvəz Zeynallı özü də vəziyyəti barədə məlumat verib. Həmçinin Penitensiar Xidmətin Tibb Baş İdarəsinin həkimi də məhkəmədə Əvəz Zeynallının vəziyyəti haqda danışaraq, sənədlərdə yazılanları təsdiqləyib.

“Məhkəmənin nəzərinə çatdırdıq ki, Əvəz Zeynallının təxirə salınmaz və intensiv müalicəyə ehtiyacı var. Onu yalnız bu cür xilas etmək olar”, - deyə vəkil Fəxrəddin Mehdiyev bildirib. Lakin hakim Nigar Qədirli Əvəz Zeynallının xəstəliyinin təsdiqi üçün tibbi şəhədətləndirilməyə göndərilməsi barədə qərar çıxarıb. Qərara əsasən, o, xəstəliyi ilə bağlı tibbi komissiyadan keçiriləcək.

Vəkilləri hesab edir ki, komissiya da əvvəlki rəydə yazılanları təsdiqləyəcək. Çünki Əvəz Zeynallıya qoyulan diaqnoz mübahisə predmeti deyil və həkim də məhkəmə prosesində bunu bir daha təsdiqləyib: “Çox təəssüf ki, Əvəz Zeynallının ixtisaslaşmış müalicəyə ehtiyacı olduğu bir vaxtda komissiyadan keçməyə yenidən vaxt sərf olunacaq. Məhkəmə bildirdi ki, tibbi şəhadətnamə, ekspert rəyi lazımdır, Tibb Baş İdarəsi tərəfindən yenidən komissiya təşkil olunacaq. Bu da bir aya qədər çəkə bilər. Bu da müdafiə tərəfi olaraq, bizi narahat edir. Əvəz Zeynallı özü də dedi ki, mənim vəziyyətim göz qabağındadır, vaxt itkisi ağır nəticələrə gətirib çıxara bilər. Məsələ təcili həll olunmalıdır, proses sürətləndirilməlidir”.

Həyat yoldaşı Məlahət Zeynalova da vaxt itkisinə görə narahatdır. O bildirib ki, Əvəz Zeynallıda xərçəng xəstəliyi fevralın sonunda aşkarlanıb: “Artıq iki ay keçib, xəstəlik 4-cü mərhələdədir. Bizim əlimizdə olan iki ay əvvəl verilmiş rəydir. Xərçəng xəstəliyi elədir ki, ona ixtisaslaşmış müalicə lazımdır. Penitensiar Xidmətin Müalicə Müəssisəsi xərçəng xəstəliyinin müalicəsi üçün üçün ixtisaslaşmış yer deyil. Biz hər keçən gün vaxt itiririk. Bu da bizi çox narahat edir”.

Əvəz Zeynallının digər vəkili Rəşad Əliyev bildirib ki, onun hazırkı vəziyyəti onun cəzasının qalan hissəsindən azad edilməsinə əsas verir: “Məhkumların xəstəliyə görə cəza çəkməkdən azad edilmələri üçün əsas olan xəstəliklərin Siyahısı var. Beynəlxalq TNM klassifikasiyasına görə bütün bədxassəli şişlər də bu Siyahıya aiddir. Cinayət Məcəlləsinin 78.2-ci maddəsində də göstərilib ki, cəzanın çəkilməsinə mane olan ağır xəstəliyə düçar olmuş şəxs məhkəmənin qərarı ilə cəza çəkməkdən azad edilə bilər”.

Əvəz Zeynallı 2022-ci il sentyabrın 9-da həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsilə ittiham irəli sürülüb. “Xural TV” rəhbəri “Baku Steel Company” MMC-nin keçmiş rəhbəri Rasim Məmmədov haqqında materiallar yaymamaq üçün onun ailəsindən 20 min manat pul almaqda ittiham olunurdu. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib, daha sonra cəzası 2 ay azaldılıb. Lakin Əvəz Zeynallı ittihamı qəbul etmir, özünü təqsirli bilmir. O, Rasim Məmmədovun ailəsindən pul almadığını bildirir.

Aytən, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 24 Aprel 2025 17:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see178

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see155

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri