Icma.az
close
up
RU
“Heç bir dövlət sülh prosesində vasitəçi qismində iştirak etməyəcək” Deputat

“Heç bir dövlət sülh prosesində vasitəçi qismində iştirak etməyəcək” Deputat

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Ermənistan Azərbaycanın haqlı tələblərini yerinə yetirmədən, sülh müqaviləsi imzalana bilməz”.

Bu barədə 525.az-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib.

Deputat bildirib ki, Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddilarını çıxarmalı, eyni zamanda, ATƏT-in Minsk qrupunun onsuz da mövcud olmayan missiyasından rəsmi şəkildə imtina etməlidir.

ABŞ-nin sülh prosesdə hansı rolu oynaya biləcəyinə gəlincə, deputat bildirib ki, artıq uzun müddətdir ki, Azərbaycan ikitərəfli danışıqlara üstünlük verir və Ermənistan bunu bir qədər gec olsa da, qəbul edib:

“İkitərəfli danışıqların artıq ortada nəticələri var. Bu baxımdan istər Birləşmiş Ştatlar, istər digər ölkələr olsun, heç bir halda vasitəçi qismində iştirak etməyəcəklər. Məlumat yayılıb ki, Ağ Evdə Azərbaycan və Ermənistan liderləri qəbul ediləcəklər. Bu qəbul, görüş yalnız ABŞ-nin ev sahibliyi qismində ola biləcək. Yəni Birləşmiş Ştatlar bu məsələdə vasitəçi qismində iştirak etməyəcək. Bu, birmənalıdır. ABŞ Minsk qrupunun həmsədrlərindən biri idi. Digər həmsədrlər olmuş Rusiya və Fransa özlərinin nümayiş etdirdikləri qeyri-konstruktiv mövqeyə görə onsuz da kənarda qalıblar. Vaşinqton yaranmış vəziyyətdən istifadə edərək özünün prosesdə iştirakını diqqətə gətirib. Ötən ay Əbu-Dabidə Azərbaycan və Ermənistan liderləri arasında 5 saatlıq görüş oldu. ABŞ Dövlət Departamenti bu görüşün pozitiv keçdiyini, sülh sazişinin imzalanmasında Birləşmiş Ştatların maraqlı olduğunu açıqladı. Sülhlə bağlı təklif də ilk olaraq beynəlxalq hüququn beş baza prinsipi əsasında bizim tərəfimizdən irəli sürülüb. Bakının tələbləri yerinə yetiriləcəyi təqdirdə, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanacaq. Mən bunun yalnız Ermənistandakı parlament seçkilərindən sonra mümkün olacağını proqnozlaşdırıram. Çünki ona qədər Ermənistan konstitusiya dəyişikliyinə getməyəcək, ən yaxşı halda seçkilərlə eyni gündə referendum keçirilməsi mümkündür. İstənilən halda, proses yaxınlaşmaq üzrədir”.

Deputat hesab etmir ki, Ermənistan Bakının iki tələbilə bağlı öhdəlik götürməklə saziş imzalansın: “İrəvandan belə təkif olmuşdu ki, əvvəl sülh sazişi imzalansın, sonra digər məsələləri həll edəcək. Bu, birmənalı şəkildə ola bilməz. Ən azından ona görə ki, ərazi iddiaları olan bir ölkə ilə necə sülh müqaviləsi imzalana bilər, bu, nonsesdir”.

A.Əlizadə onu da vurğulayıb ki, Ermənistanda əvvəlki administrasiyalara rəhbərlik edənlər – Köçəryan, Sarkisyan Rusiyanın marionet qüvvələri idi, indi də Moskva yeni qüvvələr üzə çıxarmağa çalışır: “Onlardan biri də Samvel Karapetyan idi, hazırda Ermənistanda türmədədir. Ara Abramyanı üzə çıxarıblar, kilsəni hərəkətə gətiriblər. Təəssüf ki, şimal qonşumuz bu prosesdə dinc dayanmır, sülh sazişinin imzalanmasına mane olmağa çalışır. Amma əvvəlki gücündə deyil. İndi Ermənistan hökuməti anlayır ki, nə Rusiya, nə Fransa, nə ABŞ bölgədə ona hər hansı formada dəstək ola biləcək. Öz qondarma dövlətini bu arealda qoruyub saxlamaq istəyirsə, kommunikasiyaların açılmasının tərəfdarıdırsa, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmalıdır”.

Pərvanə Sultanova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://525.az
archiveBu xəbər 05 Avqust 2025 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri