Icma.az
close
up
RU
Heç bir qüvvə Azərbaycanın suverenliyini və yaratdığı yeni reallıqları təhdid edə bilməz

Heç bir qüvvə Azərbaycanın suverenliyini və yaratdığı yeni reallıqları təhdid edə bilməz

Missiya.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Suverenlik hər bir xalq və cəmiyyət üçün ənqiymətli mənəvi sərvətdir. Təsadüfi deyil ki, bəşərtarixi bu sərvətin əldə edilməsi uğrunda aparılanmübarizələrlə doludur. Azərbaycanın xalqı dazəngin suverenlik irsinə malikdir. Müxtəlif tarixinmərhələlərdə azadlığımızın itirilməsinəbaxmayaraq, xalqımız heç vaxt öz suverenliyiuğrunda mübarizədən geri çəkilməyib. 

Azərbaycan müasir tarixində də suverenliklə bağlı hadisələr çoxdur və bunlardan biri 2023-cü ilin antiterror tədbirləri nəticəsində bütün ərazilərimiz üzərində milli suverenliyimizin tam təmin olunmasıdır.

Məlum olduğu kimi Azərbaycanın tarixi torpağıolan Qarabağ bölgəsi hələ sovet dövlətinin mövcud olduğu ötən əsrin 80-ci illərinin sonlarından erməniseparatizminin girovuna çevrilmiş, bu ərazi üzərindərespublikamızın suverenliyi pozulmuşdu. 1991-ci ildə isə Azərbaycan ərazilərində ikinci erməni dövləti yaratmaq kimi mənfur plana uyğun olaraq, erməni separatçıları Qarabağda qondarma respublikanın yaradıldığını elan etmişdilər. Həmin dövrdən etibarən Qarabağ cinayətkar hərbi dəstələrin fəaliyyəti, narkoticarət silah alveri və digər qanunsuz fəaliyyətnövləri üçün münbit şəraiti olan nəzarətsiz zona idi. Qanunların, beynəlxalq hüquq normalarının işləmədiyi, separatçıların və müharibə canilərininidarə etdiyi bu ərazidən torpaqlarımızın işğal altında olduğu illərdə yalnız çirkin məqsədlər üçün istifadə edilirdi. Qədim yurd yerimiz olan Xankəndi şəhərini isə separatçılar terror və məkr yuvasına çevirmişdilər.  Ona görə ermənilər nə qədər çalışsalar da, nə qədər cəhdlər göstərsələr də işğalaltında saxladıqları dövrdə Qarabağı beynəlxalq səviyyədə nə erməni torpağı, nə nə sivil ünvan kimi tanıtdıra bildilər. 

Vətən müharibəsindən sonra isə üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq Qarabağdaseparatçıların mövcudluqlarını davam etdirmələri regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyinə çevrilmişdi. Belə ki, separatçılar hərbi təxribatlarla sülh prosesini sabotaj etməyə, kommunikasiyaların açılmasını əngəlləməyə, regionun problemlərinin həlli və inkişafı ilə bağlı bütün səyləri heçə endirməyə çalışırdılar. Buməqsədlə 44 günlük müharibədən ötən 3 il ərzində qondarma rejimin qeyri-qanuni dəstələri dəfələrlə Azərbaycan Ordusunun mövqelərinə və mülki vətəndaşarımıza qarşı çoxsaylı təxribatlar həyata keçirdilər. Həmçinin, ərazilərimizi minalayır, yeni hərbi obyektlər yaradır, Ermənistandan Qarabağa silah-sursat daşıyırdılar. 

Suveren dövlətin daxilində qondarma bir rejimin olması tamamilə qəbuledilməzdir. Beynəlxalq hüquqda separatçı rejimlərin mövcudluğunu tanımır. Bubaxımdan Vətən müharibəsində qalib gəlmişAzərbaycan dövləti də öz ərazisində millisuverenliyini pozan separatçı rejiminin olmasına heçvaxt yol verə bilməzdi. Bu qanunsuz fəaliyyətin yolverilməzliyi və qarşısının sərt şəkildə alınacağı ilə bağlı Azərbaycanın xəbərdarlıqları isə separatçı rejimin ünsürləri tərəfindən nəinki qulaqardına vurulurdu, hətta onlar respublikamızı təhdid edirdilər.

Hələ 2023-cü il aprelin 23-də Laçın rayonundaErmənistanla şərti sərhəddə sərhəd-buraxılış məntəqəsinin yaradılması bütün ərazilərimizüzərində milli suverenliyimizin təmin olunmasının ilkaddımlarından biri idi. Eyni zamanda bu, hakimiyyətin aliliyinin və nəzarət funksiyasının yerinə yetirilməsinin təmin edilməsi istiqamətində atılan mühüm addım idi. Buraxılış məntəqəsinin qurulması ilə Azərbaycan beynəlxalq ictimaiyyət tərəfindən tanınmış bütün sərhədləri boyunca suveren hakimiyyətini və nəzarətini, başqa cür desək, ərazi bütövlüyünü təmin etdi. 

Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, separatçılar tərəfindən törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək ərazilərimizdən çıxarılması məqsədilə 2023-cü il sentyabrın 19-20-də keçirilən lokal antiterror tədbirlərinin nəticəsində isə bütün ərazilərimizüzərində suverenliyimizin bərpa olunması prosesiuğurla başa çatdırıldı. Beləliklə, 2020-ci ilin Vətən müharibəsində torpaqlarımızı işğaldan azad edən cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə bu dəfə Qarabağ bölgəsində respublikamızın Konstitusiya quruluşu, hakimiyyətin aliliyi və nəzarət funksiyası şəkildə bərpa olundu.Bununla da Azərbaycan dövləti özünün bütün əraziləri üzərində milli suverenliyini tam təmin etdi. Ona görə bu hadisə Azərbaycanın dövlət suverenliyinin təşəkkülündə mühüm bir mərhələ hesab edilir.

Böyük qürurla qeyd etməliyik ki, bütün ərazilərimizüzərində milli suverenliyimizin tam təmin olunduğu20 sentyabr tarixi təqvimə Dövlət Suverenliyi Günü kimi həkk olunub. Cənab Prezident İlham Əliyevin«Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında» 19 sentyabr 2024-cü il tarixli sərəncamı ilə 2023-cü il sentyabrın 20-də Azərbaycanın bütün ərazisində qanunun aliliyinin təmin olunduğunu və dövlət suverenliyinin bərpa edildiyini nəzərə alaraq, sentyabrın 20-si respublikamızda Dövlət Suverenliyi Günü kimi qeyd edilir.

Cənab Prezidentin bu sərəncamı Azərbaycanın 1991-ci ildə müstəqilliyinin bərpası ilə başlayan hadisələrin kulminasiya nöqtəsi olan ərazi bütövlüyümüz uğrunda milli mübarizənin rəmzi yekununu əks etdirir. Bunun əlamətdar hadisəkimi təqvimdə rəsmi yer alması isə Azərbaycanxalqının öz milli haqqı uğrunda mübarizə aparmasını dünyaya bəyan edir, şərəfli tariximizi gələcək nəsillərimizə ötürür.

Artıq 5 ildir ki, Azərbaycan respublikamı cənab Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə yeni tarixi mərhələyə qədəm qoyub. Bu mərhələnin reallıqları torpaqlarımızın işğaldan azad edilməsi, milli suverenliyimizin tam təmin olunmasıdır. Ən əsası həm də odur ki, heç bir qüvvə, heç bir məkrli fəaliyyət Azərbaycanın suverenliyinə və yaratdığı yeni reallıqlara təhdid doğura bilməz. Dövlət Suverenliyi Günümüz mübarək olsun!

Xanlar Fətiyev

Milli Məclisin deputatı


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://missiya.az
archiveBu xəbər 20 Sentyabr 2025 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see661

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see282

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see260

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see247

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see223

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see218

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see204

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see189

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see188

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see174

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see168

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see160

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see159

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see155

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see151

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see147

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see146

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see145

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see144

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri