Heç kim deyə bilməz ki, maaşımdan çox xərcləmişəm Kolumbiya Prezidentindən Trampa CAVAB
Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Kolumbiya Prezidenti Qustavo Petro ABŞ Prezidenti Donald Trampın ona qarşı irəli sürdüyü narkotik qaçaqmalçılığı ittihamlarını rədd edib və ABŞ-nin Kolumbiyaya hərbi müdaxilə edərək onu həbs etməsi halında ictimai qəzəbin yüksələcəyini bildirərək sərt sözlərlə hədələyib.
Redaktor.az xəbər verir ki, Petro bu açıqlamaları X sosial media saytında yayıb.
Prezident bildirib:
“Mən narkotik satıcısı deyiləm. Yeganə aktivim ailə evimdir və onu hələ də maaşımla ödəyirəm. Bank çıxarışlarım dərc olunub. Heç kim deyə bilməz ki, maaşımdan çox xərcləmişəm. Mən acgöz deyiləm”.
O, həmçinin vurğulayıb ki, Kolumbiya dövlətinin narkotik qaçaqmalçılığı ilə mübarizə apardığını və “tarixin ən böyük kokain müsadirəsini” əmr etdiyini açıqlayıb. Petro orduda heç kimin ABŞ-nin bayrağını Kolumbiya bayrağının yerinə qoymamasını tələb edib və vəziyyət gərginləşərsə, “yenidən silahlanmağa” hazır olduğunu qeyd edib.
Prezident bildirib ki, xalqına güvənir və Kolumbiyalıların onu qanunsuz zorakılıqdan qoruyacağına inanır. O, həmçinin təhlükəsizlik qüvvələrinə “işğalçılara atəş açmaq” əmri verildiyini açıqlayıb.
Petro qeyd edib ki, əgər həbs olunarsa, Kolumbiyalıların əksəriyyətinin ona olan sevgisi və hörməti səbəbindən ictimai qəzəb də “baş qaldıracaq”.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 05 Yanvar 2026 15:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















