Icma.az
close
up
RU
​“HEÇ NƏ ƏVVƏLKİ KİMİ OLMAYACAQ” Kreml ruslara yeni müharibələr vəd edir

​“HEÇ NƏ ƏVVƏLKİ KİMİ OLMAYACAQ” Kreml ruslara yeni müharibələr vəd edir

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiyalılar Qərb sanksiyalarının ləğv olunacağını və ya müharibədən əvvəlki həyat tərzinə qayıdacaqlarını gözləməməlidirlər. 

“AzPolitika” xəbər verir ki, bunu Rusiya Prezident Administrasiyasının rəhbərinin müavini Maksim Oreşkin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPIEF) deyib.

"Biz hər şeyin əvvəlki vəziyyətinə qayıtmasını, Qərb sanksiyalarının ləğv olunacağını və ya bu kimi bir şey gözləməməliyik. Baş verən dəyişikliklər əsasən qlobaldır. 20 il əvvəlki dünya artıq mövcud deyil və heç vaxt geri qayıtmayacaq", - deyə Oreşkin bildirib.

Eyni zamanda, o, Qərb sanksiyalarının "heç bir konkret hadisə ilə əlaqəli olmadığını" iddia edib və yeni məhdudiyyətlərin tətbiqinə reaksiya vermək əvəzinə, onları qabaqlamağa çağırıb. "Biz bu sırf müdafiə modelindən uzaqlaşmalıyıq. Əslində, biz artıq əsasən bundan uzaqlaşmışıq", - deyə Oreşkin bildirib.

Kremlin nümayəndəsi həmçinin xəbərdarlıq edib ki, sanksiyalara cavab olaraq müdafiə və hücum arasındakı balans getdikcə hücuma doğru dəyişəcək.

Oreşkindən öncə çıxış edən Rusiya Xarici Kəşfiyyat Xidmətinin keçmiş polkovniki, "Rosneft"in baş direktorunun hazırkı müşaviri Andrey Bezrukov isə Rusiyanın "bir neçə onillik" müharibədə qalacağını və qlobal münaqişələrdə iştirak edəcəyini bildirib. "Bu, indi yaşadığımız çox qızğın müharibə, ya da digər bölgələrə yayılan sürünən bir müharibə ola bilər. Praktik olaraq müharibə aparan hesab edilə biləcək iki nəslimiz olacaq və biz bu müharibə ilə yaşamağı öyrənməliyik", - deyə Bezrukov SPIEF-də çıxış edərkən bildirib.

O, həmçinin Qərbin Rusiyaya qarşı guya apardığı və “viruslarla hamımızı məhv edə biləcək biomüharibəni" xatırladıb.

Bir sözlə, Kreml rusları Qərbin “dəhşətli planları” ilə qorxutmaqda davam edir və yeni müharibələrə hazır olmağa çağırır.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 04 İyun 2026 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see285

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see257

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see250

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see249

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see245

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see240

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see231

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see228

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see222

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see216

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see212

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see212

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see208

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see208

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see205

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see196

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see194

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see194

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see194

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri