Icma.az
close
up
RU
“Hədəf nə Şah İsmayıl, nə də Çaldırandır” “Zənn edirlər ki, məsələ düşündükləri kimidir”

“Hədəf nə Şah İsmayıl, nə də Çaldırandır” “Zənn edirlər ki, məsələ düşündükləri kimidir”

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

Tarixçi Əkbər Nəcəfin “Yeni Sabah”a müsahibəsi:

– Sizcə, son zamanlar tarix ətrafında qeyri-tarixçilərin müzakirələrində niyə görə daha çox Şah İsmayılın adı hallanır? Həm də belə iddiaların çoxunda mövcud siyasi konyunkturaya uyğun sətraltı məna və məzhəbçi yanaşmalar var. 

– Siyasətin Şah İsmayıla bir baxışı var, milli ideologiyanın bir baxışı və tarixin öz baxışı. Tarixin baxışı sabitdir və hər yerdə eynidir. Amma bəzi məsələlər siyasətin gündəminə gəldikdə müxtəlif şəkillərdə çalarlar qazana bilir. Bu da normaldır. Sabit milli ideologiya olmadığı üçün tarixi təməllər problemidir. Yəni məsələ tarixçilərin məsələsi deyil. Siyasətin və ideoloji fikirlərin tərəfdarı olan insanları gündəmə gətirir, hay-küy yaradır və zənn edirlər ki, məsələ onların düşündüyü kimidir. 

– Son məqamla bağlı, bəziləri, o cümlədən Fazil Mustafa hesab edir ki, Azərbaycan Rusiyaya birləşənə qədər, kobud desək, heçlik olub. Guya 19-cu əsrdə Axundovun və digərlərinin ortaya çıxardığı qərbmeyilli maarifçilik olmasaydı, nə mili iradə, nə də müasir dövlətçilik meydana çıxardı. Bu barədə düşüncəniz nədir?

– Fazil Mustafanın fikri yeni deyil, bütün kitablarında yer alır. Ümumiyyətlə, Fazil Mustafanın siyasi insan olaraq, öz ideologiyası var. Əslində, qeyd etdiyi məsələ milli kimliyin formalaşdığı tarixi dövr olan 19-cu əsrə gedib çıxır. Bu da Avropa mərkəzli bir düşüncədir. İnsan amilinin tarixdə ön plana çıxdığı dövr, elə müasir dövrdür. Bu, Hegelin tarix fəlsəfəsindən etibarən üzü bəri formalaşan bir anlayışdır. Elə zənn edirəm ki, Fazil Mustafa da bu anlayışı mərkəzə alaraq, Azərbaycan tarixçiliyinin milli tarix anlayışının ilk dəfə maarifçilər tərəfindən dilə gətirildiyi düşüncəsindədir. Bu mənada, onun bu baxışı rus işğalı ilə birlikdə Avropa düşüncəsinin Azərbaycana gəlməsi və Azərbaycanda insan mərkəzli bir tarixçilik anlayışının ön plana çıxmasından qaynaqlanır. Problem oradadır ki, Azərbaycan tarixinə dair fəlsəfi konsepsiya olmadığı üçün hər ideoloq, fikir adamı öz tarix anlayışını özü müəyyənləşdirir. Yəni Hegelimiz olmadığı üçün qalmışıq ortada!

– Yeri gəlmişkən, Şah İsmayılla bağlı Ərdoğan və Numan Qurtulmuşun birdən-birə fikirlər bölüşməsi, sizcə, nə ilə bağlıdır? Tutaq ki, Şah İsmayıl zalım və qaniçən olub, tarixin qaniçən və zalım hökmdarları təkcə Şah İsmayılla başlayıb-bitir? Məgər Osmanlı tarixində belə hökmdarlar yoxdur?

Ərdoğanın dediyi fikrin hədəfi nədir, buna diqqət yetirilməlidir. Onun hədəfi nə Şah İsmayıldır, nə Çaldıran, nə də biz. Bu, Suriyada gedən proseslərə görə İrana verilən mesajdır. Hər hansı tarixçinin buna münasibət bildirməsinin əhəmiyyəti yoxdur. Siyasətin bu gün gündəmə gətirdiyi hansısa fikrin hədəfi haradır, ora baxılmalıdır. 

Digər tərəfdən, Şah İsmayılın özü çox geniş bir mövzudur. Yaxın Şərqdəki siyasi gündəm dini-məzhəbi gündəmin xaricində olmadığı üçün, bu məsələlər uzun zaman aktuallığını qoruyacaq. Amma Şah İsmayılı öz dövrünə görə qiymətləndirmək lazımdır, bu günün baxışı, düşüncəsi və inanclarına görə deyil. Tarixçi tarixi bir şəxsi kontekstin xaricinə çıxarıb baxa bilməz.

Nazim Hacıyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:88
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 29 May 2025 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see252

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see147

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see147

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see141

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see139

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see136

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see136

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see134

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see132

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see132

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see132

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see129

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri