Icma.az
close
up
RU
Hekayə və esse üzrə respublika müsabiqəsinə yekun vuruldu FOTOLAR

Hekayə və esse üzrə respublika müsabiqəsinə yekun vuruldu FOTOLAR

Adelet.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dekabrın 16-da dahi Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 530 illiyi münasibətilə Xəzər Universitetinin “Ədəbiyyat səyyahları” (klv.az) saytının fəlsəfi - irfani mövzuda hekayə və esse üzrə elan etdiyi respublika müsabiqəsinə yekun vurulub. Qaliblərinin mükafatlandırma mərasiminə Universitetin müəllim - tələbə heyəti, müsabiqəyə sponsorluq edən NAB Holdinqin və Mövlanə Ədəbi - Fəlsəfi Araşdırmalar İnstitutunun (MƏFAİ) əməkdaşları, habelə Füzuli poeziyasının pərəstişkarları qatılıb. 

Xəzər Universitetinin Mərmər Salonunda keçirilən tədbirdə Humanitar, Təhsil və Sosial elmlər, Təbiət elmləri və Mühəndislik  fakültələrinin 100-ə yaxın tələbəsinin böyük şairin “Can vermə ğəmu-eşqə ki, eşq afəti candır” misrası ilə başlayan qəzəlini xorla “Şur” muğamı üstə oxumaları Füzuli poeziyasına sonsuz sevginin ifadəsi olub. 
Bədii hissə Xəzər Universitetinin orkestri və tələbələrdən ibarət xor kollektivinin çıxışı ilə başlayıb. Onların ifasında C.Cahangirovun  “Füzuli” kantatası, “Leyli-Məcnun” operasından parçalar, o cümlədən “Arazbarı”, həmçinin universitetin tələbəsi Elvin Əliyevin ifasında M.Füzulinin  sözlərinə yazılmış “Vətənimdir” romansı alqışlarla qarşılanıb.

Humanitar, Təhsil və Sosial elmlər fakültəsinin III kurs tələbəsi Minəxanım Qasımova Füzulinin  “Şəfayi-vəsl qədrin hicr ilə bimar olandan sor”, Təbiət elmləri və Mühəndislik  fakültəsinin I kurs tələbəsi Aytac Miriyeva “Ey mələksima ki, səndən özgə heyrandır sana” qəzəlini özünəməxsus tərzdə səsləndiriblər.

Tədbirdə çıxış edən Xəzər Universitetinin qurucusu, Direktorlar və Qəyyumlar Şurasının sədri, “Ədəbiyyat səyyahları” saytının təsisçisi Hamlet İsaxanlı Füzulinin Azərbaycan və dünya ədəbiyyatındakı rolundan danışaraq, onun poetik dünyasının dərin fəlsəfi və irfani anlamlarla zəngin olduğunu bildirib. Qeyd edib ki, Füzuli yaradıcılığı yalnız ədəbi mətnlər deyil, həm də insanın varlığı, eşq və mənəvi axtarışları haqqında dərin fəlsəfi suallara cavab axtarışı kimi dəyərləndirilməlidir.
Dillər və Ədəbiyyat Departamentinin müəllimi, “Ədəbiyyat səyyahları” saytının baş redaktoru Qardaşxan Əzizxanlı Füzuli irsində eşq və kamillik axtarışı mövzusuna toxunub. O, Füzulinin “Leyli və Məcnun” əsərindəki irfani eşq anlayışının İslam fəlsəfəsindəki kamillik konsepsiyası ilə bağlı olduğunu vurğulayıb. Bildirib ki, Füzulinin eşqi yalnız romantik sevgi deyil, ilahi həqiqətə çatmaq yolunda mənəvi yüksəlişi ifadə edir.

Tədbir iştirakçılarına NAB Holdinqin prezidenti Şahram Mohaqqeq Orominin salamını çatdıran holdinqin nümayəndəsi filologiya üzrə fəlsəfə doktoru Rüstəm Lazımov çıxış edərək, Füzulinin irfan dünyagörüşünün İbn Ərəbi, Şəhabəddin Sührəvərdi və digər Şərq mütəfəkkirləri ilə ideya yaxınlıqlarına diqqət çəkib. O, qeyd edib ki, Füzulinin yaradıcılığı Şərq irfan ənənəsinin Azərbaycan ədəbiyyatındakı ən parlaq təzahürlərindən biridir.

Sonra hekayə və esse üzrə respublika müsabiqəsinin qaliblərinin adları açıqlanıb. Esse üzrə Əli Ağazadə, Fatmaxanım Heydərli və Təhminə Verdiyeva, hekayə üzrə Nurlana İşıq (Məmmədova), Səma Quliyeva, Gülnaz Allahverdiyeva qalib elan olunublar.  Xəzər Universitetinin rektoru professor İradə Xəlilova, Dillər və ədəbiyyatlar departamentinin müdiri dosent Dilbər Zeynalova, Mövlanə Ədəbi – Fəlsəfi Araşdırmalar İnstitutunun (MƏFAİ) direktoru filologiya elmləri doktoru Nəzakət Məmmədli, “Ədəbiyyat səyyahları” saytının məsul redaktoru dosent Ülvi Babasoy qaliblərə pul mükafatları və  diplomlar təqdim ediblər.

Tədbirdə Memarlıq və dizayn departamentinin tələbələrinin əl işlərindən ibarət “Füzuli-530” adlı sərgi nümayiş etdirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://adalet.az
archiveBu xəbər 17 Dekabr 2024 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see250

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see206

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see183

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see146

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see145

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see144

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see136

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see136

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see135

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see135

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see131

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see127

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see127

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see126

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see126

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see125

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see124

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see124

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see124

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri