Icma.az
close
up
RU
Hekayəti müsyö Jordan və dərviş Məstəli şah komediyası Türkiyədə səhnələşdiriləcək

Hekayəti müsyö Jordan və dərviş Məstəli şah komediyası Türkiyədə səhnələşdiriləcək

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Ankara, 3 sentyabr, AZƏRTAC

Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və dəstəyi ilə İğdır şəhərində yaradılmış “Bir millət - iki dövlət” Azərbaycan-Türkiyə Gənclər Teatrının səhnələşdirdiyi ilk əsər böyük Azərbaycan dramaturqu Mirzə Fətəli Axundzadənin "Hekayəti-müsyö Jordan və dərviş Məstəli şah" komediyası olacaq.

AZƏRTAC xəbər verir ki, hazırda İğdır Mədəniyyət Sarayında əsərin səhnələşdirilməsi məqsədilə məşqlər davam edir.

Qeyd edək ki, 1850-ci ildə Azərbaycan dilində yazılmış bu komediyanın əsas qayəsi savadsızlığın, cəhalətin tənqid edilməsi, elmin insan həyatını dəyişərək onu inkişaf etdirməsi, Qərb və Şərq ziddiyyətləri, satira və yumordur.

“Bir millət – iki dövlət” Azərbaycan-Türkiyə Gənclər Teatrına rəhbərliyi rejissor, Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsinin Teatr və mədəniyyətşünaslıq üzrə baş müəllimi, Azərbaycanın Əməkdar artisti Tofiq Seyidov həyata keçirir.

Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə yaradılan bu teatr öz repertuarında hər iki ölkənin qardaşlığı, ortaq dəyərlərimiz, tariximiz, habelə Azərbaycan və Türkiyəli müəlliflərin bu istiqamətdə əsərlərinə geniş yer verəcəkdir.

Gələcəkdə teatr milli mədəniyyətimizi təbliğ edərək Türkiyənin həm İğdır, həm də digər bölgələrində mədəni proqramlarda iştirakı nəzərdə tutulur.

Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi iki ölkə arasında mədəni əlaqələrin genişləndirilməsi, milli mədəniyyətimizin təbliği, Türkiyədə “Bir millət – iki dövlət” şüarının müəllifi, Azərbaycan xalqının Ümummilli Lideri, Türk dünyasının dahi şəxsiyyəti Heydər Əliyevin Azərbaycanın dövlətçiliyi, Azərbaycan-Türkiyə əlaqələrinin qardaşlıq səviyyəsinə yüksəldilməsi, Türk dünyası arasında həmrəyliyə nail olunmasında müstəsna rolunun geniş təbliğini həyat keçirmək məqsədilə belə mədəniyyət layihələri həyata keçirir.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:38
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Sentyabr 2025 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri