Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Ronaldo dönəmi başa çatır

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

ML: 3 cü tur başlayır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Həkim açıqladı: Bu virusdan qorunun, yoxsa...

Həkim açıqladı: Bu virusdan qorunun, yoxsa...

Medicina saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Pediatr: “Uşaqlar arasında göyöskürək artır, çıxış yolu yalnız...”


Soyuq qış mövsümü bir qayda olaraq, bəzi infeksion xəstəliklərin özünü göstərməsi ilə müşayiət olunur. Səbəblər sırasında sözsüz ki, immunitet amili öndə gəlir.

İmmunitet adətən qidalanmada yanlışlar, hərəkətsizlik, qapalı məkanlarda çox olmaq (təmiz hava problemi), vitamin çatışmazlığı və digər səbəblərdən zəifləyir. Bu da mikrob və virusların orqanizmdə fəallaşmasına və fəsadlar törətməsinə zəmin yaradır.

Bəs necə qidalanaq, nələri diqqətə alaq ki, virus-mikroblara qarşı davamlı, infeksiyalardan uzaq olaq? Bundan ötrü immuniteti güclü etmək yetərlimi? Bu qış daha çox hansı viruslar bizə, xüsusən də uşaqlara “yol yoldaşı” olacaq? O sırada qızılca təhlükəsi təzədən qayıda bilərmi? Qış aylarının şaxtalı keçməsi yoluxmalara nə dərəcədə təsirli olacaq?

Mütəxəssislər qeyd edir ki, immunitet sistemini gücləndirmək və infeksiyalardan qorunmaq üçün balanslı və zəngin qidalanma vacibdir. Yəni immuniteti dəstəkləyən qidaların rasiona daxil edilməsini tövsiyə edirlər. Omega-3 yağ turşuları ilə zəngin olan balıq həftədə iki-üç dəfə istehlak edilməlidir. Qızartma əvəzinə sobada və ya buğda bişirmək məsləhətdir. Eləcə də E vitamini və bitki yağ turşuları ilə zəngin olan çiy qoz, fındıq və badam immuniteti gücləndirir, gündə bir ovuc (təxminən 30 qram) qəbul etmək kifayətdir.

Sitrus meyvələri də xüsusi vurğulanır. Portağal, naringi, limon və qreyfrut kimi meyvələr C vitamini ilə zəngindir və immuniteti dəstəkləyir. Tərkibindəki fitonsidlər (sarımsaq və soğan) sayəsində viruslara qarşı orqanizmi möhkəmləndirir. Kalsium, maqnezium, selen və vitaminlərlə zəngindir, immuniteti gücləndirir. Çox bişirmədən istehlak etmək tövsiyə olunur.

Eyni zamanda kefir və qatıq kimi probiotiklərlə zəngin qidalar bağırsaq florasını tənzimləyərək immuniteti dəstəkləyir. Həkimlər qış mövsümündə xüsusilə uşaqlar arasında bir sıra viruslardan qorunmağın yollarını açıqlayır. Qrip, respirator sinsitial viruslar (RSV) və soyuqdəymə hər il qış aylarında uşaqlar arasında tez-tez rast gəlinir. RSV uşaqlarda tənəffüs yolu infeksiyalarına səbəb ola bilər. Son illərdə bəzi bölgələrdə qızılca hallarının artması müşahidə olunur. Peyvəndləmə səviyyəsinin aşağı olduğu yerlərdə qızılca riski artır.

Qış aylarının soyuq və şaxtalı keçməsi virusların yayılmasına birbaşa təsir göstərməsə də, insanların qapalı məkanlarda daha çox vaxt keçirməsi infeksiyaların yayılma riskini artırır. Buna görə də qapalı məkanlarda gigiyena qaydalarına riayət etmək və müntəzəm havalandırma vacibdir.

Həkimlər tövsiyə edir ki, mütləq olaraq uşaqların və böyüklərin peyvənd təqviminə uyğun olaraq peyvənd olunması vacibdir. Xüsusilə qızılca və qrip əleyhinə peyvəndlər infeksiyalardan qorunmada əhəmiyyətlidir. Əllərin tez-tez yuyulması, maska istifadəsi və sosial məsafənin qorunması infeksiyaların yayılmasının qarşısını alır. Balanslı qidalanma, kifayət qədər yuxu və müntəzəm fiziki aktivlik immuniteti gücləndirir və infeksiyalara qarşı müqaviməti artırır.

İmmuniteti gücləndirmək və infeksiyalardan qorunmaq üçün kompleks yanaşma vacibdir. Düzgün qidalanma, gigiyena qaydalarına riayət etmək və peyvəndlərdən istifadə etmək sağlam qalmağınıza kömək edəcək.


Pediatr Vaqif Qarayev mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bildirib. O qeyd edib ki, son vaxtlar uşaqlar arasında göyöskürək artır: “Bir neçə ay əvvəl qızılca geniş yayılmışdı. Yoluxan yoluxdu, yoluxmayanların da bəzilərinə valideynlər qorxudan peyvənd vurdurdular.

Qızılca tam keçməsə də, epidemiyanı sönmüş hesab edək. Amma kifayət qədər peyvəndsiz uşaqlar var, yenə alovlana bilər. Göyöskürəkdən də xilas yolu peyvənddir. Mən uşağımın immunitetini gücləndirirəm ki, xəstəliklərə yoluxmasın" kimi nağıllarla valideynlər özlərini aldatmasınlar.

Bəzən adi burun tutulmasına da məişətdə qrip deyirik. Bu düzgün deyil. Qrip xüsusi viruslar tərəfindən törədilən, bəzən ölümcül fəsadları olan ağır xəstəlikdir. Rast gəlinən xəstəliklər bəzən daha yüngül gedişli ola bilir. Hər qızdırmaya, hər öskürəyə antibiotik verilməməlidir. Həkim təyinatı olmadan heç verilməməlidir. Yersiz istifadə olunan antibiotiklərin ciddi fəsadları olur. Apteklərdə hərarətsalıcı kimi antibiotik təklif edərlərsə, almasınlar".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 24 Dekabr 2024 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see408

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see285

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see258

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see208

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see206

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see204

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see203

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see195

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see193

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see193

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see193

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see192

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see190

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see189

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see189

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see186

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see186

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see186

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see186

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri