Icma.az
close
up
RU
Həkim niyə payızda daha çox yatmaq istədiyimizi izah etdi

Həkim niyə payızda daha çox yatmaq istədiyimizi izah etdi

Icma.az, Saglamolun portalına istinadən məlumat yayır.

Payızda ruh düşkünlüyünə səbəb olan əsas amil D vitaminin yaranmasının azalmasıdır.

Bu barədə Rusiyalı həkim-endokrinoloq Svetlana Şokur danışıb.

“Payızda gündüz saatları qısalır və yağışlı havalar başlayır. Buludların arasından parlayan günəş çox vaxt D vitaminin yaranması üçün lazımi miqdarda günəş işığı vermir”, - deyə endokrinoloq izah edib.

Həkimin sözlərinə görə, payızda qanda melatoninin konsentrasiyası artır və buna görə də biz daha çox yatmaq istəyirik.

“Melatoninin yaranması üçün triptofan amin turşusu istifadə edilir. Triptofan həm də xoşbəxtlik hormonu kimi tanınan serotoninin yaranmasında iştirak edir. Beləliklə, triptofan ya serotonin, ya da melatonin yaranması üçün istifadə olunur. Nəticə etibarilə, payızda daha çox melatonin yaranırsa, deməli serotonin daha az olur. Bu səbəbdən əhvali-ruhiyyəmiz pisləşə bilər. Payızda tərkibində triptofan olan qidaları qəbul etmək vacibdir: hinduşka, pendir, çərəz (məsələn, qoz, fındıq, badam) və s. Payızda, həmçinin digər bir sevinc hormonu olan dofaminin səviyyəsinin aşağı düşməsi də mümkündür, buna görə də onun sintezini artıran qidalar qəbul edə bilərsiniz”, - deyə o qeyd edib.

S.Şokur vurğulayıb ki, yay aylarında orqanizmi gələcək il üçün vitaminlərlə zənginləşdirmək mümkün deyil: onlar orqanizmə daxil olur, öz funksiyalarını yerinə yetirir, sonra isə parçalanır və bədəndən xaric olurlar.

“Payızda daha çox stresli vəziyyətlər yarana bilər: işdə yükün artması, dərs ilinin başlanması və s. Sinir sistemini dəstəkləmək üçün maqnezium faydalı olacaq. Davamlı olaraq əhvali-ruhiyyənin aşağı olması, qıcolma, əzələlərin səyirməsi zamanı maqnezium çatışmazlığından şübhələnmək olar. Həmçinin payız dövründə xroniki və yoluxucu virus xəstəliklərin kəskinləşməsi mümkündür. Belə bir vaxtda qida rasionunuza vitaminlər - antioksidantlar əlavə etmək vacibdir. Onlardan ən məşhuru sitrus meyvələri, kələm turşusu, bibər, qarağat və digər qidaların tərkibində olan C vitaminidir. Digər bir antioksidant E vitaminidir ki, onu bitki yağlarından, qoz-fındıqdan, qaraciyərdən almaq olar”, - deyə mütəxəssis əlavə edib.

Həkim vitamin və bioloji aktiv qida əlavələrini nəzarətsiz qəbul etməməyi məsləhət görüb. Müxtəlif maddələr bir-birinin təsirini gücləndirə və ya zəiflədə bilər, əlavə təsir riskini artırır. Bu səbəbdən sağlamlığa ziyan dəyə və allergik reaksiya yarana bilər.

“Qəhvə və alkoqoldan sui-istifadə, bədəni əlavə olaraq yükləyən və orqanizmi tədricən tükəndirən enerji içkilərinin də olduğu kimi orqanizmə fayda verməyəcək. Zamanla "süni" gumrahlıq həddindən artıq yorğunluqla əvəz oluna bilər. Əgər söhbət şirniyyatdan gedirsə, təbii ki, şəkəri yüksək olan qidalar insanı gumrahlaşdırır. Qlükoza hazır yanacaqdır, belə qidalanma rejimi zamanı metabolik sindrom, damar xəstəlikləri və endokrin patologiyalar, o cümlədən ikinci tip şəkərli diabet inkişaf edə bilər”, - deyə Svetlana Şokur söhbətini yekunlaşdırıb.oxu.az

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri