Həkimlə narkotik tərkibli dərmana görə dava etdi Yanğın törətdi+Foto
Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Gəncədə poliklinikada insident baş verib.
“Qafqazinfo”nun məlumatına görə, təyin olunan dozadan artıq narkotik tərkibli dərman tələb edən vətəndaş qadın həkimlə mübahisə edib.
Daha sonra həmin şəxs üzərində gətirdiyi tezalışan mayedən istifadə edərək poliklinika şöbəsində yanğın törətməyə cəhd göstərib.
Gəncə Şəhər Birləşmiş Xəstəxanasından bildirilib ki, hadisə 7 iyul saat 12:50 radələrində Akademik Zülfüqar Məmmədov adına Xəstəxananın Poliklinika şöbəsində qeydə alınıb.
Məlumata görə, vətəndaş nevroloqla mübahisə etdikdən sonra yanğın törətməyə cəhd edib.
Hadisənin qarşısı vaxtında alınıb, xəsarət alan olmayıb.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Yunis Quliyev

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 07 İyul 2026 21:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















