Həkimlər bir çox xəstələrə bahalı meyvələr təklif edir, məsələn... Deputat
Icma.az, Redaktor.az saytına istinadən bildirir.
"Bir çox xəstələrə həkimlər bahalı meyvələr təklif edir. Məsələn, avokado. Bahalıdır və istehlak səbətinə daxil deyil”.
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında “Yaşayış minimumu haqqında” qanuna təklif olunan dəyişikliyin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.
Onun sözlərinə görə, bəzi hallarda xəstələrin özünə gücləndirilmiş qida rasionu, o cümlədən qida əlavələri verilməlidir.
“Azərbaycanda minimum istehlak səbətinə qida əlavələri daxil deyil. Ona görə də həm xəstələr üçün, həm də təhsil və sosial müəssisələrdə qida əlavələri də verilməlidir. Onlar çox yeməməlidir, güclü qidalanmalıdır. Bu siyahıya Silahlı Qüvvələr və azadlıqdan məhrumetmə yerlərində cəzaçəkən şəxsləri də əlavə edək. Çünki onlar da dövlət tərəfindən qidalandırılır”, - deyə Q.Həsənquliyev bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 23 May 2025 13:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















