Zakir Nuriyev: Fintexlərin əlavə fəaliyyət istiqamətləri qanunvericilik əsasında genişləndirilməlidir
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" Azərbaycan Respublikası Qanununun təkmilləşdirilməsi, yeni əlavə və dəyişikliklərin müəyyən edilməsi zamanı daxili bazarda ödəniş xidmətləri haqqında Avropa Direktivinə təklif edilən üçüncü nəsil dəyişikliklər də nəzərə alınmalıdır".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev Bakı Fintex Forumunda təşkil edilən "Dayanıqlı fintex ekosistemin qurulması" mövzusunda panel müzakirəsində çıxışı zamanı deyib.
O bildirib ki, nümunə olaraq, elektron pul təşkilatları tərəfindən pul vəsaitlərinin birdən çox sayda bankda saxlanılması tələbi qeyd edilə bilər:
"Bu yanaşma ödəniş xidməti istifadəçilərinin pul vəsaitlərinin təhlükəsizliyini daha da möhkəmləndirməklə, elektron pul təşkilatlarının dayanıqlılığının artırılmasına imkan verir".
Z.Nuriyev qeyd edib ki, maliyyə inklüzivliyinin inkişafı və açıq maliyyə yanaşmasının daha effektiv formada tətbiqi baxımından fintexlərin əlavə fəaliyyət istiqamətləri qanunvericilik əsasında genişləndirilməlidir:
"Bu, ekosistemdə innovasiyaların tətbiqini sürətləndirməklə yeni müştəri seqmentlərinin yaranmasına imkan verəcək. Bərabər rəqabət mühitinin qorunub saxlanılması və bu əsasda dayanıqlı inkişafın təmin edilməsi məqsədilə məlumatlardan istifadə olunması və bu alətin daha effektiv idarə olunması üçün qabaqcıl Avropa təcrübəsindən yararlanmalıyıq. Bu məqsədlə məlumatların saxlanılması, istifadəsi və ümumilikdə məlumatlarla işin təşkili üzrə qanunvericilik tələbləri müəyyən edilməlidir. Bu, həmçinin ekosistem iştirakçıları üçün bərabər imkanlar yaratmağa və məlumatın hər bir iştirakçı üçün bərabər şərtlər altında əlçatan olmasına imkan verəcəkdir".
Aygün Mirakif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 09 Oktyabr 2025 12:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















