Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Həkimsiz və məntəqəsiz kəndlər: Kimin ümidinə qalıb?

Həkimsiz və məntəqəsiz kəndlər: Kimin ümidinə qalıb?

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

“Səhiyyə sahəsində kadr çatışmazlığı ilə əlaqədar yeni layihə hazırlanıb”.

Bunu səhiyyə naziri Teymur Musayev parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin 2026-cı il dövlət büdcəsi layihəsinin müzakirəsinə həsr edilmiş birgə iclasında deyib.

O qeyd edib ki, bu təkliflər Tibb Univeristeti və Səhiyyə Nazirliyinin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna (ADHTİ) yönəlib:

"Bu təhsil müəssisələrində ailə həkimlərinin hazırlığı ilə bağlı təkliflər hazırlanıb. Qeyd olunanlar məsələnin akademik tərəfidir. Sonradan onların sosial təminatı, rayonlara getmələri məsələsi də cəlbedici olmalıdır. Bununla bağlı da addımlar atılacaq".

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev isə bildirib ki, Azərbaycandakı 2500-ə yaxın tibb məntəqəsinin 43 faizi xidmətə yararsızdır.O həmçinin səhiyyə sahəsində kadr çatışmazlığının olduğunu da təsdiqləyib:

"Bilirsiniz ki, Bərdədə ilkin tibbi xidmətlə bağlı pilot layihəyə start verilib. Bu istiqamətdə səy göstəririk. Gələn ilin martında görülən işlərlə əlaqədar məlumat veriləcək".

Qeyd edək ki, hazırda bir sıra bölgələrdə, xüsusilə də kəndlərdə nə həkim məntəqəsi, nə də həkim var. Onu da vurğulayaq ki, ölkədə ən yüksək balla qəbul prosesi məhz Azərbaycan Tibb Universitetinə aparılır. Bu təhsil ocağından məzun olanlar isə əsasən Bakıda çalışmağa üstünlük verirlər. 

Maraqlıdır, gənc kadrlar niyə bölgələrdə çalışmaq istəmir?

Məsələ ilə bağlı Azərbaycan Həkimləri İctimai Birliyini üzvü, ADU-nun dosenti, cərrah Ədalət Rüstəm “Cebheinfo.az”-a bildirib ki, hazırda Bakıda həkim çoxluğu var:

“Bölgələrdə həkim çatışmazlığının ilk səbəbi maaş azlığıdır. İcbari tibbi sığortanın da bonusu çox aşağıdır və bu rəqəm 1,10-1,90 manat arasında dəyişir. Ona görə də həkimlərin bir çoxu Bakıda işləməyə çalışır. Bir qrup həkim isə dolanışıq üçün Almaniya, Fransa kimi ölkələrə üz tuturlar. Yəni maaşlar artırılmasa, kimsə 1 200  manata ailə saxlaya bilmir. 

Sovet dövründə həkimin maaşı 140 manat idi və bir ailənin dolanışığına kifayət edirdi. Mənim atam 70 manat maaşla 1970-80-ci illərdə 12 nəfərlik ailə saxlayırdı. Maaşla yanaşı təyinat sisteminin tətbiqi ilə bağlı söhbətlər edirlər, Maliyyə Nazirliyi hələ ki, vədlər verir. Çox güman ki, reallaşacaq. Çünki həkim qıtlığının həlli yolu maaşları artırmaq, əlavə stimul verməkdir. Onların bögələrdə kirayə haqqı, nəqliyyatla bağlı ödənişlər edilməlidir. Yəni bunun başqa variantı yoxdur. Bunları müvafiq qurumlar nəzərə almalıdır”. 

Onun sözlərinə görə, Bakıda həkimlər arasında işsizlərin sayı çoxdur:

“Bakıda həkimlərin bir qismi icbari sığortanın bonusu, bəzi xəstələrin “hörməti” ilə bağlı dolana bilirlər. Bonuslar 2 ay-5 ay ləngidilir. İndi də işləməyən şəxslər icbari tibbi sığortadan yararlana bilməyəcək. Onun əvəzinə işləməyən şəxslər pullu xidmətə keçəcək. Bu üsul vətəndaşlara yox, tibb işçilərinə sərfəlidir.

Azərbaycanda  3 universitetdə tibbi kadrlar hazırlanır. Azərbaycan Tibb Universiteti, Naxçıvan Dövlət Universitetinin tibb fakültəsi, 6 ildən sonra da Qarabağ Universitetinin məzunları olacaq. Azərbaycanın 10 milyonluq əhalisi üçün azdır. Təxminən 1 300 nəfər tibb təhsili alanın 300 nəfərini xaricilər təşkil edir. Azərbaycan Tibb Universitetinin 4 klinikası var. Həmin klinikalar Səhiyyə Nazirliyinə tabedir.

İcbari tibbi sığortadan istifadə edən xəstələr digər xəstəxanalara axışırlar. Ümumiyyətlə, prosesin gedişi müsbətə doğrudur. Bu gün müəllimlərə bölgələrdə tətbiq olunan güzəştlər həkimlərə də tətbiq edilməlidir”.   

Nigar Abdullayeva  
“Cebheinfo.az”

Açar sözlər: həkim kəndlər Ədalət Rüstəm

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:205
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 Noyabr 2025 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see321

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see293

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see270

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see266

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see251

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see246

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see246

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see237

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see222

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see215

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see203

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see197

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see194

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see191

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see190

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see183

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see178

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see177

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see176

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri