Icma.az
close
up
RU
Həlak olmuş Milli Qəhrəmanlara ayrılan təqaüd: onu kimlər almalıdır? Rəsmi CAVAB

Həlak olmuş Milli Qəhrəmanlara ayrılan təqaüd: onu kimlər almalıdır? Rəsmi CAVAB

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Prezident İlham Əliyev bir neçə gün öncə “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı-Qroznı reysini yerinə yetirərkən həlak olmuş ekipaj üzvlərinə “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi ilə bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, Bakı-Qroznı reysilə uçan təyyarə Aktau şəhərində qəzaya uğrayarkən xidməti vəzifələrini layiqincə yerinə yetirən, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərən ekipaj üzvləri – kapitan İqor İvanoviç Kşnyakin, pilot Aleksandr Georgiyeviç Kalyaninov, bələdçi Hökumə Cəlil qızı Əliyeva ölümlərindən sonra bu fəxri ada layiq görülüb.
Dövlət başçısının bu sərəncamından sonra Azərbaycanın Milli Qəhrəmanlarının sayı 222 nəfərə çatıb. 
Hazırda Azərbaycanın 222 Milli Qəhrəmanından 15 nəfəri sağdır.
Qeyd edək ki, "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmiş hər bir şəxs üçün ayda 1800 manat məbləğində Prezident təqaüdü təsis olunub. Qanuna görə, həmin təqaüd həyatda olan Milli Qəhrəmanların özlərinə, həlak olublarsa ailə üzvlərinə verilir.
Bəs həlak olmuş Milli Qəhrəmanların təqaüdü onların ailə üzvləri arasında necə bölüşdürülür? Məsələn, təqaüd Milli Qəhrəmanının xanımı və ya ərinə, övladları varsa onlara verilməlidir, yoxsa valideynlərinə?
Çünki araşdırmalar göstərir ki, bir sıra hallarda həmin vəsaiti alan tərəfdə müxtəlif söz-söhbətlər, mübahisələr yaşanır. 

Modern.az saytı bu suallara aydınlıq gətirilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna müraciət edib. 
Qurumdan bildirilib ki, dövlət başçının imzaladığı müvafiq fərmanla Milli Qəhrəmanlar ümün təsis edilmiş Prezident təqaüdü bu fəxri ada layiq görülmüş şəxsin özünə təyin olunur.
"Azərbaycanın Milli Qəhrəmanı" adı şəxsə ölümündən sonra verildikdə və ya həmin ad verilmiş şəxs sonradan vəfat etdikdə Prezident təqaüdü həmin şəxslərin ailə üzvlərinə (təqaüd məbləği onların sayına bərabər məbləğdə bölünməklə) ödənilir.

Milli Qəhrəmanın ailə üzvləri dedikdə aşağıdakı şəxslər nəzərdə tutulur:
- Milli Qəhrəmanın dul arvadı (əri);
- Valideynləri;
- ⁠18 yaşına çatmamış (peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində təhsil alanlara isə həmin təhsil müəssisələrini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək) övladları, yaxud 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları;
- Uşaq evlərində tərbiyə olunan qardaş və bacıları;
- Birinci növbədən digər qohumları olmayan baba və nənələri.
"Azərbaycanın Milli Qəhrəmanı" adı verilmiş hər bir şəxsə Prezident təqaüdü Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına verilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:141
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 Yanvar 2025 10:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see243

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see228

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see212

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see197

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see175

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see175

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see152

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see137

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see137

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri