Icma.az
close
up
RU
“Hələ də Azərbaycana ağıl öyrədənlər var”

“Hələ də Azərbaycana ağıl öyrədənlər var”

Icma.az bildirir, Xalqcebhesi portalına istinadən.

“İsrailin Yaxın Şərqdə başlatdığı əməliyyatların dozu qaçaraq insani fəlakətə çevrilməsi prosesi bəzi cameələr tərəfindən Türkiyə - Azərbaycan münasibətlərinə tətbiq edilməyə başladı”.

Bunu xalqcəbhəsi.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Media və Kommunikasiya Departamentinin müdiri, jurnalist Əziz Əlibəyli söyləyib.

O əlavə edib ki, bu prosesin müəllifləri İran, Ermənistan, Fransa və Türkiyənin DEM Partiyası ilə CHP-də mənzillənmiş bəzi sol radikallar, anarxistlər idi: “Sonra nə baş verdi. İsrail dörd cəbhədə mübarizə apararaq böyük ölçüdə, əsasən Hizbullahın komandan kadrosunu tamamilə "o dünyalıq" etdi. Hizbullahı Fələstin davasının leqal tərəfi kimi qiymətləndirənlər bizə unutdurmağa çalışırlar ki, bu təşkilatın bir qardaşı da Azərbaycanla bağlı var. Hizbullahın Livanda yaratdığı dini dövlətin (əslində ayrıca bir dövlət də var, daha düzü, bu isə İranın peyk qurumu) analoqunu Azərbaycanda qurmaq üçün yaradılan Hüseyniyyun terror təşkilatıdır. Yəni orada haqlı olub, burada haqsız olması kimi bir məntiq yoxdur. Terrorçu elə terrorçudur. Az sonra İsraillə atəşkəsə gedilən gün dedik ki, İsrail artıq cəbhəni vahidləşdirir ki, İrana qarşı yekun zərbədə parçalanma olmasın. Bunun üçün də şərhlərdə toxunduq ki, İranın əsas ayaqları kəsilməlidir. Məsələn, Suriyada da belə bir əməliyyatlar olacaq. Azərbaycan vaxtında bu hərbi regional toqquşmanın hədəfinə gəlməmək üçün hətta İranla dənizdə və quruda birgə hərbi təlimlərə başladı, həmin günlərdə Bakıda NATO hərbçiləri də vardı”.

Ə.Əlibəyli qeyd edib ki, İsraillə bağlanan atəşkəs müqaviləsi işə düşən kimi İsrail dərhal Suriyada hərbi əməliyyata start verdi: “Livanın cənubunda İsrailə məğlub olan Hizbullah qaçıb Suriyaya girib. Dərhal da Əsəd ordusu ilə birləşərək, Türkiyənin orientasiyasında olan müxalif qruplara hücum etdi. Artıq Hələb və İdlib arasında yerləşən zona Yaxın Şərqdə yeni müharibənin meydanına çevrilməyə başladı. Dünəndən başlayan ağır döyüşlərdən sonra müxtəlif ordular Hizbullah və Əsəd ordularını məğlub edərək Hələbə çatırlar. Hazırda türk ordusu da alarma keçib, hər an əməliyyatlara başlamaq üzrədir. Çünki Hizbullahın hücuma keçdiyi anda Türkiyənin Fırat Qalxanı və Tel Rəfat zonasına YPG, PKK hücum etdi. İndi özünüz təsəvvür edin: belə ssenaridə hələ də Azərbaycana necə ağıl öyrədənlər var, anlamış deyiləm”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:195
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 28 Noyabr 2024 09:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see370

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see358

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see279

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see269

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see258

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see246

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see239

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see234

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see229

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see222

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see213

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see212

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see204

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see192

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see191

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see186

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see183

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see175

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see172

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri