“Hələ ki gözləmə mövqeyindəyik, amma narahat edən məqamlar çoxdu” “Xəmsə” “Kəpəz” haqda
Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ötən mövsüm yalnız “Səbail”i qabaqlamaqla elitada qalmağı təyin edən “Kəpəz”də rəhbərlik dəyişikliyi baş verdi. Gəncə klubu ötən mövsüm simasını müəyyənləşdirən əksər aparıcı futbolçuları ilə vidalaşıb, hələ də tutarlı, iddiaya dəlalət edən transfer yoxdu.
“Football-plus.az” komandanın əsas azarkeş qrupu “Xəmsə”nin rəhbərlərindən Müşfiq Məmmədovun bütün bunlarla bağlı fikrini öyrənib:
“Gedənləri yola salanlar da, gələnləri gətirən də yeni rəhbərlikdi. İndidən nəsə demək olmaz. Hadisələrin axarının necə olacağını görəcəyik. Rəhbərlik yeni təyin olunanda görüşmüşdük. Adil Şükürovla məşqlərdə görüşürük. Gözləyirik. Bunlar bizə vədlər verib. Hələ ki gözləmə mövqeyindəyik, amma narahat edən məqamlar çoxdu. Ən çox narahat edən məqam odu ki, çempionatın başlamasına bir ay qalıb, komanda formalaşmayıb. Sabah uğursuzluq olanda desələr ki, biz gecikdik, işə gec başladıq – bu bəhanələr qəbul olunmayacaq. Çünki hər şeyin limiti var. Ona görə də işlərini nə qədər tezləşdirsələr, o qədər rahat olar ki, sabah millətlə qarşı-qarşıya gəlməsinlər”.


