Helsinkinin təşəbbüsü ilə onilliklər ərzində qurulmuş qarşılıqlı faydalı münasibətlər tamamilə dağıdılıb
Icma.az, Operativ MM portalına istinadən məlumat yayır.
"Rusiya ilə Finlandiya arasında qarşılıqlı faydalı əlaqələr Helsinkinin təşəbbüsü ilə tamamilə məhv edilib".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
"Keçən həftə Leninqrad vilayətində, Rusiya ilə Finlandiya sərhədini ziyarət etdim. Bu ərazilərin yerli hakimiyyət orqanlarının rəhbərliyi və sərhədçilərimizlə görüşdüm. Sərhəddə heç bir hərəkətlilik yoxdur, halbuki yaxın keçmişdə burada çoxlu insan olurdu. Helsinkinin təşəbbüsü ilə onilliklər ərzində qurulmuş normal, qarşılıqlı faydalı münasibətlər tamamilə dağıdılıb", – o bildirib.
Medvedyev vurğulayıb ki, bu vəziyyətdən Finlandiya vətəndaşlarının sadə insanları əziyyət çəkir:
"Onlar ikitərəfli ticarət-iqtisadi əlaqələrin inkişafından ciddi üstünlüklər əldə etmişdilər və buna görə də bu gün Finlandiya hakimiyyətinin açıq-aşkar onların maraqlarına zidd olan axmaq siyasətindən narazılıqlarını bildirirlər".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 08 Sentyabr 2025 15:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















