Icma.az
close
up
RU
“Həm ayrıyıq, həm də ayrı deyilik…” Həsrətdən, nisgildən yaranan MÖHTƏŞƏM ƏSƏR / VİDEO

“Həm ayrıyıq, həm də ayrı deyilik…” Həsrətdən, nisgildən yaranan MÖHTƏŞƏM ƏSƏR / VİDEO

Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Cəlal Qurbanov: “O tay, bu tay Azərbaycan” əsəri həsrətdən və böyük bir ümiddən yaranıb

Tanınmış bəstəkar, şair Cəlal Qurbanovun “O tay, bu tay Azərbaycan” əsəri Cənubda trendə çevrilib.

Hurriyyet.az xəbər verir ki, bəstəkar Elçin Cəfərovun şairin sözlərinə bəstələdiyi musiqi və müğənni Mirələm Mirələmovun möhtəşəm ifasıyla bu mahnı böyük izləyici kütləsi qazanıb.

“Cənub dərdi, cənub həsrəti əsrlərdir Azərbaycan xalqının ürəyində dərin sağalmaz yaraya çevrilib. Uzun zaman keçməsinə baxmayaraq, bu həsrət, bu ayrılıq mətin xalqımızın, Cənublu qardaşlarımızın iradəsini, əzmini qıra bilmədi. Hər vəchlə öz dilini, dinini, milli adət və ənənələrini, milli dəyərlərini, mədəniyyətini, ədəbiyyatını qoruyub saxladı”, - deyən C.Qurbanov bildirir ki, bu əsər həsrətdən, nisgildən və böyük ümiddən yaranıb:

““O tay, bu tay Azərbaycan” əsəri də bu həsrətdən, bu nisgildən və böyük bir ümiddən yaranıb. Cənubi Azərbaycanda yaşayan qiraətçi qardaş və bacılarımız mütəmadi olaraq bu şeiri səsləndirir, sosial şəbəkələrdə yayımlayırdılar. İnanın ki, hər dəfə bunu görəndə ürəyimi kədər qarışıq qürur hissi bürüyürdü. Həm ayrıyıq, həm də ayrı deyilik... Ruhlarımızı ayıra bilməyiblər... Ürəyimizi, qəlbimizi, düşüncələrimizi ayıra bilməyiblər... Xalqımız doğrudan da böyük xalqdır...

Yaxın günlərdə Elçin Cəfərovun bu şerimin sözlərinə bəstələdiyi musiqiylə və Mirələm Mirələmovun möhtəşəm ifasıyla bu sözlərə yeni bir can gəldi. Xalq artistlərimiz Natiq Şirinova və dəyərli sənətkarımız Rasim Balayevə bu layihədə iştiraklarına görə ürəkdən təşəkkür edirəm.

44 günlük vətən müharibəsində zəfərə imza atmış Azərbaycan xalqı dünyaya sübut etdi ki, xalqımın qeyrətli oğul və qızları vətən torpaqlarını düşməndən azad etməyi, öz torpağına sahib çıxmağı bacaran bir müzəffər xalqdır. Bizim bu zəfərimiz cənublu bacı və qardaşlarımız üçün bir mayakdır. O gün uzaqda deyildir. Allah xalqımızı qorusun, hürriyyətimizi və dövlətçiliyimizi əbədi etsin!”

Qeyd edək ki, mahnını sözləri aşağıdakı kimidir:

Tarix boyu bir olmuşuq,

Bir anadan doğulmuşuq.

Qurban verib hürr olmuşuq,

Xəzər, Araz, Kür olmuşuq.

Bir bədənik, həm də bir can,

O tay, bu tay Azərbaycan!

Hurriyyet.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 18 Yanvar 2025 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri