Həm DÇ 2026 ya vəsiqə qazandılar, həm də “ən yaxşılar” siyahısında da birincidirlər
Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
Norveç milli komandası dünya çempionatının seçmə mərhələsində tarixi çıxışla diqqət çəkib və turnirə birbaşa vəsiqə əldə edib.
İdman.Biz xəbər verir ki, hücumçu Erliq Holand seçmə mərhələni 16 qolla ən yaxşı bombardir kimi tamamlayıb. Martin Odeqar isə 7 məhsuldar ötürmə ilə bütün komandaları geridə qoyaraq mərhələnin ən yaxşı asistentinə çevrilib.
Komandanın ümumi performansı ekspertlər tərəfindən “mükəmməl və balanslı futbol nümunəsi” kimi qiymətləndirilib.
Norveç yığmasının həm hücum xətti, həm də oyun strukturunda göstərdiyi dominant futbol komandanı DÇ-2026-nın potensial təhlükəli iştirakçılarından biri kimi göstərir. Mütəxəssislər hesab edir ki, norveçlilər qruplarda istənilən rəqib üçün ciddi problemlər yaradacaq.
Qeyd edək ki, Norveç 1998-ci ildən bəri ilk dəfə dünya çempionatına yüksəlməyi bacarıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 19 Noyabr 2025 13:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















