Icma.az
close
up
RU
Həm regionu güclü edəcək, həm qardaşları bir birinə yaxın edəcək Türk Dövlətləri Təşkilatı

Həm regionu güclü edəcək, həm qardaşları bir birinə yaxın edəcək Türk Dövlətləri Təşkilatı

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Oktyabrın 7-də Azərbaycanın Qəbələ şəhərində Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşü keçiriləcək.

Zirvə görüşü ilə bağlı Redaktor.az-a açıqlama verən Milli Məclisin deputatı Aydın Mirzəzadə qeyd etdi ki, türk dövlətləri dünya siyasətində ciddi rol oynamağa başlayıblar:

"Eyni tarixə, dilə, mədəniyyətə, dinə malik olan, bir-biri ilə qardaşlıq münasibəti bəsləyən beş dövlət bu gün vaxtaşırı həm region, həm dünya məsələlərini müzakirə edib, çox səmərəli təkliflərlə çıxış edirlər. İlk növbədə, yerləşdikləri regionda sülhün və təhlükəsizliyin olması üçün çalışırlar və bu, öz nəticəsini verir. Azərbaycanın apardığı rasional, beynəlxalq hüquq normalarına uyğun siyasəti ağrılı Dağlıq Qarabağ problemini həll etməyə imkan verdi. Türk dövlətlərinin Orta Dəhliz layihəsinin həyata keçirilməsi sülhün, əməkdaşlığın təmin edilməsinə, ümumi maraqların həyata keçirilməsinə səbəb olur".

Millət vəkilinin sözlərinə görə, müzakirələr, əlbəttə, həm regionu daha da güclü edəcək, həm qardaşlarını bir-birinə daha da yaxın edəcək:

"Sammitin müzakirəli, həmçinin maraqlı keçəcəyinə heç bir şübhə yoxdur. Dünya mətbuatının diqqəti yenidən Azərbaycanda sammitdə olacaq və türk dövlətləri dünyaya eyni kökdən olan xalqların necə əmin-amanlıq şəraitində, sülh şəraitində, qardaşlıq şəraitində birgə yaşayış variantlarını axtardıqlarını nümayiş etdirəcəklər".

Deputat Hikmət Babaoğlu isə bildirdi ki, bu gün regional və qlobal sülh ən arzu olunan, çox aktual bir məsələdir:

"Mənə elə gəlir ki, Qəbələdə keçirilən zirvə toplantısında məhz gündəmin bu şəkildə təyin olunması hazırda Türk Dövlətləri Təşkilatının beynəlxalq münasibətlərə çevik və adekvat reaksiya verməsinin nəticəsidir.  Azərbaycan Prezidentinin dediyi kimi Türk Dövlətləri Təşkilatı bir ailədir və ailənin təhlükəsizliyi hər bir ailə üzvünün ən mühüm, ən strateji vəzifəsidir. Əlbəttə ki, təhlükəsizliklə bərabər biz iqtisadi təhlükəsizliyə də, rifaha da, ortaq dəyərlərin daha da dərinləşməsinə diqqət etməliyik ki, nəticə etibarilə bunlar həm də təhlükəsizliyin ayrı-ayrı komponentləridir".

Millət vəkilinin fikrincə, Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının zirvə toplantısı mühüm bir tarixi hadisə kimi yadda qalacaq:

"Xüsusən də bu gün alınan qərarlar bizim gözümüzün önündə regional təşkilat olan Türk Dövlətləri Təşkilatının gələcəyin böyük bir beynəlxalq təşkilatı olmasına qədər gətirə biləcək qərarlardır".

Aytəkin TOFİQQIZI

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusunda dərc olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 06 Oktyabr 2025 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see192

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see189

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see172

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see163

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see161

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see158

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see155

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see153

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see151

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see143

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see143

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see140

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see139

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see135

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see134

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see133

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see132

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see129

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see126

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri