Icma.az
close
up
RU
Həm Rusiya, həm də Azərbaycanda müəyyən qara qüvvələr var ki,..

Həm Rusiya, həm də Azərbaycanda müəyyən qara qüvvələr var ki,..

Icma.az, Newscenter.az saytına istinadən bildirir.


Vadim Əbdürrəhmanov: "İki ölkə arasında münasibətlərin pozulmasını istəyirlər"
Əvvəli 25.08.2025-ci il tarixində
Rusiya Federasiyasının Xantı-Mansiysk Muxtar Vilayətində-Yuqrada fəaliyyət göstərən Azərbaycan Xalqları Assambleyasının sədri Vadim Əbdürrəhmanovun Newscenter.az-a müsahibəsi
-Vadim bəy, Diasporla İş üzrə Dövlət Komitəsində keçirdiyiniz görüşdən gözləntiləriniz nədir? Sizinlə əməkdaşlıq edəcəklərmi?
-Açığı o səmimiyyəti görmədim. Düzdür, sözlərində səmimiyyət hiss olunsa da, lakin gözlərində bunu hiss etmədim. Hər halda gələcək göstərəcək. Bəlkə də mən səhv edirəm. Təki mən səhv edim.
-Qeyd etdiyiniz kimi uzun illər deputat köməkçisi işləmisiniz. Bu illər ərzində orada yaşayan azərbaycanlılara hansısa formada dəstəyiniz olubmu?
-Əlbəttə. Eyni zamanda mən onu da deyirdim ki, mənim üçün bütün millətlər eyni səviyyədə olmalıdır və hər kəsə əlimdən gəldiyi qədər köməklik göstərməliyəm. Mən tək azərbaycanlılar deyil, ümumilikdə müraciət edən hər bir şəxsə köməklik etməyə çalışırdım. Həm siyasi partiya nümayəndəsi, həm də deputat köməkçisi olduğum üçün ancaq Rusiya vətəndaşı olanlara köməklik edə bilərdim. Ancaq buna baxmayaraq Rusiya vətəndaşı olmayan, ora müvəqqəti gələn azərbaycanlılar da kömək üçün müraciət edirdi. Belə insanlar mənə müraciət edəndə onları əvvəlcə diaspor təşkilatlarına yönləndirirdim. Ancaq diaspor təşkilatları onlara köməklik göstərməyəndə mən məcbur olub hansısa formada öz dəstəyimi verirdim. Belə demək mümkünsə bunun üçün qanunu da pozmalı olurdum. Başqa çarə yoxdur. Çünki qanunvericilik Rusiya vətəndaşlığı olmayan şəxslərə köməklik göztərilməsinə icazə vermir. Lakin mən azərbaycanlılarımız üçün Rusiyanın bəzi qanunlarını pozaraq onlara dəstək olmuşam.
-Azərbaycanlıların ictimai-siyasi proseslərə iştirakı, seçkili orqanlarda iştiraka meyilliliyi nə dərəcədədir?
-Həddən artıq zəif. Adi qaydada oturub söhbət edəndə dünyada baş verən proseslərdən elə danışırlar ki, adam məətəl qalır. Ancaq vəziyyət işə gəlib çatanda bunun əksini görürük. Belə demək mümkünsə savadsızlıq var. Yerli idarəetmə orqanı. Yaxud prokurorluqdan, polisdən gələn adi bir məktubu oxuyub başa düşmürlər ki, bundan nə istəyirlər. Gəlib məndən soruşurlar ki, bunu oxu, mənə izah elə. Bizim azərbaycanlılar o gündədir. Sanki 17-18-ci əsrdədirlər. Baxmayaraq ki, bir çoxunun ali təhsili belə var, lakin savadsızlıq hökm sürür. Oradakı azərbaycanlıların demək olar ki, 95 faizi heç bir ictimai işə qoşulmur. Adi toplantılar, Azərbaycanla bağlı keçirilən tədbirlərə getmirlər. Hətta övladının məktəbdə keçirilən valideyn iclasına getməyə maraqlı olmurlar. Ancaq bazara qaçırlar. Onun üçün pul, alver əsasdır. Övladı da orta məktəbi bitirən kimi özüylə bərabər bazara aparır, alverə cəlb edir. Bu belə olmalı deyil. Övladlarımızı oxutdurmalı, onlara ali təhsil verməliyik. Eyni zamanda seçkilərdə iştiraka maraqlı görünmürlər. Yalnız büdcə təşkilatlarında işləyənlər məcburi qaydada seçkilərə gedirlər. Bir növ hər şeyə səhlənkarıq, özümüzü məsuliyətsiz, eyni zamanda kobud aparırıq. Harda yaşamasından asılı olmayaraq qaydalara riayət edən heç kimə heç nə edilmir. Əgər sənin keçmişin kriminal ünsürlərə bağlıdırsa, təbii ki, o zaman cavab verməlisən. Həm Rusiya, həm də Azərbaycanda müəyyən qara qüvvələr var ki, iki ölkə arasında münasibətlərin pozulmasını istəyirlər. Baş vermiş hansısa xırda bir məsələni media vasitəsilə şişirdib ondan ajiotaj yaradırlar. Belə olmalı deyil.
-Azərbaycanlıların ictimai-siyasi proseslərdə passiv olması soydaşlarımızla işin düzgün aparılmamasından irəli gəlmirmi?
-Əlbəttə, sizinlə razıyam. Digər tərəfdən bu həm də televiziyaların cəmiyyətə təqdim etdiyi verilişlər, filmlərlə bağlıdır. Filmlərdə yalnız yüngül həyat tərzi, eyş-işrət, narkotik, alkoqullu içkilər təbliğ olunur. Ona baxan gənc də istər-istəməz yaxşı yaşamaq üçün pul dalınca qaçır. Həmçinin, özünü həmin filmlərdə mənfi obraz olan qəhrəmanlara bənzətməyə çalışır. Digər tərəfdən dediyiniz kimi azərbaycanlılarla düzgün işləməmək də bu məsələdə mühüm rol oynayır. Diaspor rəhbərləri adətən kriminal işlərlə, narkotiklə məşğul olan şəxslərin müdafiəsi ilə məşğul olur. Belə şəxslərin işi çətinə düşəndə diaspor rəhbərləri pul yığıb həmin şəxsi cəza çəkməkdən xilas edirlər. Azərbaycan diaspor təşkilatları Rusiyanın müəyyən qurumlarını da korrupsiyaya öyrədiblər. Lazım olanda polis rəisi, məhkəmə, prokurora pul verib həmin cinayətkarı cəzadan azad edirlər. Ancaq hansısa bir kasıbın işi polisə düşəndə onun dalınca heç kim getmir. Azərbaycan diaspor təşkilatları Rusiyanın müəyyən qurumlarını da korrupsiyaya öyrədiblər. Lazım olanda polis rəisi, məhkəmə, prokurora pul verib həmin cinayətkarı cəzadan azad edirlər.
-Vadim bəy, istər-istəməz Rusiya sizin üçün qərib ölkədir. Heç Azərbaycan yadınız düşürmü və bu zaman təsəllini nə ilə tapırsınız?
-Biz evdə bir qayda olaraq Azərbaycan dilində danışırıq. O toy olmur ki, orada Azərbaycan bayrağı dalğalanmasın, himnimiz səslənməsin və şəhdlərimiz yad edilməsin. Azərbaycanda baş verən bütün xəbərləri izləyirik. Təbii ki, vətənimiz üçün darıxırıq və Azərbaycana tez-tez gəlmək istəyirik.
-Maraqlıdır 44 günlük tarixi Zəfərimizi necə qarşıladınız?
-Məlumat üçün qeyd edim ki, mən Azərbaycanda hərbi xidmətdə olmuşam və Birinci Qarabağ Müharibəsinin iştirakçısı olmuşam. 1996-cı ildə Rusiyaya getmişəm. İkinci Qarabağ Müharibəsində isə bacım uşaqları müharibədə iştirak edib, Şuşaya qədər gediblər. Tarixi zəfərimiz bizdə böyük sevinc, qürur yaşatdı. O hissləri sözlə ifadə etmək mümkün deyil. İkinci Qarabağ Müharibəsinə qədər biz Rusiyada başıaşağı, qəddimiz əzilmiş vəziyyətdə gəzirdik. Birinci Qarabağ Müharibəsindən sonra çoxlarından soruşanda azərbaycanlı deməyə utanırdı. Çünki müharibədə uduzmuşduq, torpaqlarımız işğal edilmişdi. Ancaq İkinci Qarabağ Müharibəsindən sonra biz fəxrlə, qürurla azərbaycanlıyıq deyə bilirik. İndi ermənilər erməni olduqlarını deməyə utanırlar. Onlardan soruşanda haralısan, ya gürcüstanlı, ya da Stavropoldan olduğunu deyirlər. Hətta bir çoxları Sumqayıtdan olduğunu açıq şəkildə ifadə edir. Məlumat üçün onu da qeyd edim ki, İkinci Qarabağ Müharibəsi zamanı Azərbaycana yardım da göndərmişik. Ancaq o yardımların gəlib çatıb-çatmadığını dəqiq deyə bilmərəm.
-Azərbaycanda olduğunuz müddətdə azad edilmiş ərazilərə getdinizmi?
-Xeyr, gedə bilmədim. Düzü, çox istədim gedim, ancaq vaxt baxımından bu arzumu reallaşdırmaq mümkün olmadı. İnşallah, növbəti dəfə gələndə gedəcəm.
Süleyman İsmayılbəyli
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:256
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 01 Sentyabr 2025 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see572

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see420

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see296

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see295

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see289

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see268

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see235

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see231

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see219

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see215

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see213

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see212

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see210

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see208

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see202

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see199

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see199

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see189

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see187

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri