Icma.az
close
up
RU
HƏMAS son kartını oynayır, İsrail isə onu ciddiyə almır (ŞƏRH)

HƏMAS son kartını oynayır, İsrail isə onu ciddiyə almır (ŞƏRH)

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

"Artıq bu məsələdə əsas rolu HƏMAS-ın hansı mövqe tutacağı deyil, beynəlxalq aləmin İsrailə təzyiqləri oynayır".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Kənan Rövşənoğlu HƏMAS-ın İsraillə münaqişənin hərtərəfli həllini nəzərdə tutan geniş paketli danışıqlara hazır olduğu barədə bəyanatını şərh edərkən deyib.

Kənan Rövşənoğlu bildirib ki, HƏMAS əslində daha əvvəldən kompleks danışıqların aparılması və Qəzza zolağında müharibənin dayandırılması üçün bütün şərtlərin masaya qoyulmasını təklif edib:

"İndi isə danışıqlar fakitki olaraq dayanıb. HƏMAS-ın əlində girovlar var, onların bir qismi hələ də sağdır. Lakin indi beynəlxalq aləm, hətta İsrailin qatı dəstəkçiləri olan dövlətlər belə ona Qəzzada mühairbəni dayandırmaq üçün təzyiqlər edir".


Ekspert qeyd edib ki, Benyamin Netanyahu hökuməti müharibəni indiki şərtlər daxilində dayandırmaq istəmir:

"Xüsusən də İsrail HƏMAS-ı ciddiyə almır. İsrail hakimiyyəti Qəzzanı tam nəzarətə götürmək, silahlı qruplara son qoymaq və mümkün olsa, Qəzza əhalisinin ən azı yarısını köçürmək istəyir. Ehtimal ki, Tramp administrasiyası bunun üçün Netanyahuya "yaşıl işıq" yandırıb. Lakin xarici təzyiqlər, habelə ölkə daxilində müxalifət və eləcə də girov yaxınları Netanyahuya təzyiq edərək razılaşmaya getməyi tələb edir".

Həmsöhbətimiz deyir ki, HƏMAS da bunu bildiyindən son kartından istifadə edir:

"Netanyahu hökuməti HƏMAS-ın fəaliyyətinə son qoyub, Qəzzanı tam ələ keçirmək istəyir. Ancaq dediyim kimi, daxildə və xaricdə ciddi təzyiqlə üz-üzədir. Fikrimcə, Netayahu növbəti dəfə daxili və xarici təzyiqləri neytrallaşdırıb, Qəzzada əməliyyata başlamağa çalışır. Güman ki, buna da nail olacaq".

Qeyd edək ki, "The National" qəzetində dərc olunan materiala görə, HƏMAS İsraillə münaqişənin hərtərəfli həlli və bütün israilli girovların azad edilməsi ilə bağlı geniş paketli danışıqlara daxil olmağa hazır olduğunu bəyan edib. HƏMAS Siyasi Bürosunun sədri Xəlil əl Hayya bildirib ki, qrup artıq qismən sazişlərlə kifayətlənmək niyyətində deyil və hüquqi olaraq möhkəm əsası olan, son nəticəyə qədər davam edəcək danışıqlar tələb edir. O əlavə edib ki, bu paketə müharibənin sona çatdırılması, bütün girovların buraxılması, məhbus mübadiləsi və Qəzzanın bərpası daxildir.

Rüfət Sultan


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 05 Avqust 2025 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see516

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see404

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see361

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see280

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see273

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see261

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see255

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see254

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see245

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see237

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see230

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see223

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see220

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see216

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see214

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see207

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see206

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see192

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see191

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri