Icma.az
close
up
RU
Trampın HƏMAS xəbərdarlığı ciddiyə alınmasa, bölgədə böyük fəlakət olacaq ŞƏRH

Trampın HƏMAS xəbərdarlığı ciddiyə alınmasa, bölgədə böyük fəlakət olacaq ŞƏRH

Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp HƏMAS-dan əlində olan bütün girovları buraxmağı tələb edərək təşkilatı hədələyib.

"Şalom HƏMAS" salam və əlvida deməkdir - seçim sizindir. Girovların hamısını indi buraxın, hələ ki, gec deyil, öldürdüyünüz insanların bütün cəsədlərini dərhal qaytarın, yoxsa sizin üçün yolun sonudur"-deyə, Amerika lideri bildirib.

Görünən odur ki, HƏMAS və İsrail arasında bağlanan bu müvəqqəti atəşkəs sona çatmaq üzrədir. Elə ötən günlərdə İsrail Qəzza zolağına bütün malların və materialların daxil olmasını dayandırdı və HƏMAS-ın mövcud atəşkəsin uzadılması ilə bağlı yeni təklifi qəbul etmədiyi təqdirdə “əlavə nəticələrlə” üzləşə biləcəyi barədə xəbərdarlıq etdi.

Maraqlıdır görəsən, Trampın sonuncu xəbərdarlığı atəşkəsin pozulacağına bir işarədir? Bəs, hələ yaşadığı müsibətlərdən özünə gələ bilməyən Qəzzanın taleyi necə olacaq? Turkustan.az olaraq suallarımızı politoloq Turan Rzayevə ünvanladıq. Ekspert açıqlamasında bildirdi ki, Qəzza zolağında İsraillə Həmas arasında imzalanan atəşkəs onsuz da kövrək bir sazişdir, hər an pozula bilər.

Digər tərəfdən etablı bir saziş idi. Yəni istər əsirlərin buraxılması, istər Həmasın mövqelərini tərk etməsi kimi məsələlər aramla baş verəcək bir proses idi. Bu prosses müəyyən bir vaxt tələb etdiyi üçün, həmin vaxt ərzində müxtəlif hadisələrin olması gözlənilən idi. Tramp Qəzza məsələsində alternativ bir variant təklif edir. Hazırda bu variantın nə dərəcədə qəbul ediləcəyi gündəmdədir. Çünki, İslam ölkələri buna o qədər isti baxmadıqlarını bildiriblər. Tramp Qəzzaya başqa bir prespektivdən baxır, xüsusi ilə də ərazini özünə birləşdirib bərpa etmək istəyir. Aydın məsələdir ki, Amerika Qəzzaya nəzarət etsə, gec-tez Qəzza İsrailə satılacaq. Bunu ərəb ölkələri də yaxşı bilir, ona görə bu qərara kəskin etiraz edirlər. Hər halda, Tramp təhdid edirsə, onu ciddiyə almaq lazımdır. Hazırda Həması müdafiə edəcək ölkələrin də sayı azdır. Əsasən də İran artıq bu mövzuda o qədər də həvəsli görünmür. Çünki, İsrail-İran gərginliyi də aktualdır və gərginlik müharibə etabına belə keçə bilər. Düşünürəm ki, atəşkəs sazişi pozularsa, burada itirən tərəf böyük ölçüdə Həmas olacaq. Onsuz da kifayət qədər zərbə alan, gücdən düşən, idarəetmə kadırlarında ciddi itkilərə məruz qalan Həmas bundan sonra da İsrail ilə daha effektiv bir mübarizə apara bilməz.

Aytən Yaşar/ Turkustan.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 06 Mart 2025 22:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see487

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see176

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see152

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see136

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see133

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see130

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see130

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see130

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see130

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri