Icma.az
close
up
RU
Həmid Herisçi Təbrizdədir, onunla əlaqə saxlaya bilmədim Xanımı AÇIQLADI

Həmid Herisçi Təbrizdədir, onunla əlaqə saxlaya bilmədim Xanımı AÇIQLADI

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

Xəbər verdiyimiz kimi, Azərbaycanın tanınmış yazıçısı Həmid Herisçi hazırda Təbrizdədir və son saatlarda onunla əlaqə saxlamaq mümkün olmayıb. İranın müxtəlif şəhərlərinin intensiv hava zərbələrinə məruz qalması barədə yayılan məlumatlar fonunda bu fakt ciddi narahatlıq doğurur.

Tehran, İsfahan, Qum və digər iri şəhərlərlə yanaşı, Təbrizin də hücumlara məruz qaldığı bildirilir. Bu isə yazıçının təhlükəsizliyi ilə bağlı sualları daha da artırıb.

Məsələ ilə bağlı yazıçının həyat yoldaşı İlhamiyyə Rza Musavat.com-a açıqlamasında bildirib ki, səhər saatlarında onunla danışa bilib:

"Səhər Həmidlə danışdım. Dedi ki, narahat olma. Soruşdum ki, hava əlaqəsi pozulub, necə geri qayıdacaqsan? Cavab verdi ki, Tehrandan dönə bilərəm. Mən də dedim ki, nəbadə Tehrandan gəlmə, çünki hücum olarsa, ilk hədəflərdən biri məhz Tehran aeroportu ola bilər. O isə dedi ki, yaxşı, onda Tehrana getmərəm, lazım gələrsə Türkiyə üzərindən qayıdaram. Bildiyiniz kimi, Xarici İşlər Nazirliyi oradakı Azərbaycan vətəndaşlarının çıxışı üçün müəyyən imkanlar yaradıb. Quru sərhədlərimizin bir hissəsi - Culfa və Naxçıvan istiqaməti açıqdır. Naxçıvandan da dostlarımız zəng edib bildiriblər ki, gəlsin, onu gözləyirlər.

Ancaq bu danışıqdan sonra onunla əlaqə saxlaya bilmədim. Ola bilsin ki, İranda internet tamamilə kəsilib. Çünki dostları ilə də əlaqə yarada bilmirəm. Müharibə şəraitində internetin məhdudlaşdırılması və ya kəsilməsi təbiidir".

İlhamiyyə Rza Həmid Herisçinin İrana səfərinin məqsədinə də aydınlıq gətirib. Onun sözlərinə görə, səfər sırf ədəbi missiya daşıyıb: "Həmid Herisçi Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Komissiyasının sədr müavinidir. İrana getməkdə məqsədi oradakı ədəbi mühitdə canlanmanı stimullaşdırmaq, ədəbiyyatla bağlı materiallar toplamaq, şair və yazıçılarla görüşmək idi. Ötən həftə verilişimiz dayandıqdan sonra dedi ki, artıq vaxtım var, Təbrizə gedə bilərəm. İstəyirdi ki, Güney Azərbaycanda ədəbiyyatçılarla daha canlı və sistemli iş aparsın. Buna görə də yola düşdü.

Ən uzağı iki həftəyə qayıtmalı idi. Artıq dönüş vaxtı çatmışdı. Bir həftə, on gün idi ki, getmişdi. Düşünürdüm ki, gələn həftənin ortalarında geri dönəcək. Ümid edirəm ki, tezliklə yenidən əlaqə saxlaya biləcəyəm. Bildiyim qədər, Təbrizdə hələlik nisbətən sakitlikdir.

İnşallah, yaxşı xəbər çıxar. Allah təkcə Həmid Herisçini deyil, oradakı bütün həmvətənlərimizi qorusun - istər buradan gedənləri, istərsə də orada yaşayanları. Müharibə çox ağır bir hadisədir, Allah heç kimə göstərməsin. Ümid edirəm ki, bizimkilərə heç bir xətər dəyməz".

Xatırladaq ki, Həmid Herisçi çağdaş Azərbaycan ədəbiyyatında modernist və postmodernist istiqamətin tanınmış nümayəndələrindən biridir. O, yazıçı, publisist, teleaparıcı və ictimai fikir adamı kimi fəaliyyət göstərir. Eyni zamanda Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Komissiyasının sədr müavinidir və bu çərçivədə Güney Azərbaycanda ədəbi proseslərin izlənməsi və əlaqələrin qurulması ilə məşğul olur.

Həmid Herisçi əslən təbrizlidir. Onun atası Qafar Herisçi 1923-cü ildə Təbriz şəhərində anadan olub. Özünə "Kəndli" təxəllüsü götürüb. Azərbaycan Demokrat Firqəsinə üzv olub və "21 Azər" hərəkatında fədai kimi iştirak edib. 1946-cı ilin mart ayında milli-demokratik hərəkatda iştirak etdiyi üçün "21 Azər" medalı ilə təltif olunub.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:132
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 28 Fevral 2026 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri