Həmin binanın sakinlərinə kirayə pulu veriləcək Rəsmi
Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
Bakının Nizami rayonu, Əli Vəliyev küçəsində beşmərtəbəli yaşayış binasında baş verən partlayışda birinci girişin dörd və beşinci mərtəbələri tam qəzalı vəziyyətə düşüb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) “Qafqazinfo”ya bildirilib ki, partlayış nəticəsində qəzalı vəziyyətə düşən binada 15 mənzilin sakininə müvəqqəti kirayə pulu veriləcək.
“Həmin mərtəbələr sökülüb yenidən bərpa ediləcək. Yaxın müddətdə hökumət bununla bağlı müvafiq qərar qəbul edəcək. Layihə, smeta sənədləri hazırlanacaq, binanın bərpa işlərinə başlanılacaq. Binanın bərpası müddətində birinci girişdə yaşayan 15 mənzilin sakinlərinin müvəqqəti yaşayışı üçün kirayə haqları ödəniləcək”, - məlumatda qeyd olunub.
Baxış sayı:61
Bu xəbər 28 Avqust 2025 14:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















