Icma.az
close
up
RU
Həmin gecə bizim evdə bir başqa təlaş olardı Ülviyyə Fərhad YAZIR...

Həmin gecə bizim evdə bir başqa təlaş olardı Ülviyyə Fərhad YAZIR...

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün gecədən başlayaraq bizim 2 gözlü evimizdə bir başqa təlaş olardı. Anam sıra ilə qardaşımla məni çimizdirər, atama ötürərdi. O da qurulayıb geyindirər, dırnaqlarımızı tutar, saçlarımızı səliqəli darayardı. Qardaşımın saçına bir qədər çox düzəliş edərdi, günortadan məhəlləmizdə ən etibar etdiyi bərbərinə aparıb səliqəli qırxdırardı, çimdikdən sonra da ona daraqla yön verərdi, sanki gecəboyu dağılmayacaqmış kimi... 
 

Qonaq otağındakı pianonun qarşısına qoz ağacından hazırlanmış, laklı 2 stul qoyulardı. Anam ağ köynək, qara ətək və şalvarı səliqəli ütüləyib hər birimizin geyimini ayrıca həmin stullardan asardı. Mənim geyimlərim olan stula 1 cüt bant da qoyardı. 


Atam çantamızı yığardı. Yeni qələm, karandaş, pozan - hər birindən 2 ədəd ayırıb çantamıza yerləşdirərdi. Anamın tətil boyu bizdən yaşca böyük uşaqları olan qonşulardan topladığı kitabları yüngülvari təmir edərdi (yapışdırmaq, tikmək kimi) və üzlük çəkərdi ki, səliqəli qalsın, çünki tədris ilinin sonunda sahiblərinə geri verməliydik. Dəftərlərimizə isə öncə ağ vərəq, sonra şəffaf üzlük çəkərdi ki, anam geyimləri hazır etdikdən sonra üzərini yazsın: "Xətai r-nu, 48 saylı orta məktəbin 2 a (3-4-5....) sinif şagirdi Quliyeva Ülviyyənin (Quliyev Yusifin) riyaziyyat dəftəri və s". 
Bu gecə bizim evdə hərəmizdə bir ayrı təlaş olardı... 
Atam qardaşımın ayaqqabısını qara mazla fırçalayardı. Mənə isə niyəsə hər zaman ağ tufli alardılar. Hər il yeni ayaqqabı geyinməzdik biz, bəzən ötən ilki tufli və ayaqqabımızı geyinərdik. Anam onları o qədər səliqəli mühafizə edərdi ki, yenidən seçilməzdi.
Biz isə qardaşımla həm kədərlənərdik ki, tətil bitir, həm də sevinərdik ki, məktəbə gedib, sevimli yoldaşlarımızı görəcəyik. Hələ həmin il hansımıza yeni məktəb çantası alınardısa, o, daha sevincli olardı. Çanta da ilə birini götürməmişik biz, səliqəli saxlayıb cırılanadək daşımışıq.
 

Bu arada aramızda bir yaş fərq olmasına baxmayaraq (mən böyüyəm) qardaşımla eyni sinifdə oxuyub, bir partanı bölüşmüşük. Ona görə parta süfrəmiz 1 dənə olardı, anam onu da yuyub, kraxmallayıb, ütüləyib, ayrıca selofana qoyardı. 


Bu işlər bitdikdən sonra sabah sinifdə yazacağımız inşaya hazırlaşardıq:
"Mən yay tətilini necə keçirdim". 
Və axşam saat 9-da biz yerimizə girərdik. O andan etibarən ikimizin təlaşı şirin yuxuyla əvəzlənərdi. Amma anamla atamın işi bitməzdi. Atam açıb çantaları kontrol edərdi, anam səhər gecikməyək deyə ağ rəngli, kənarları mavi güllü boşqaba yağ, pendir kəsib qoyardı, şəkəri rəfdən götürüb masanın ortasına qoyardı,  2 dənə də altı dəmirli stəkanı çaydanın yanına qoyub mətbəxdən çıxardı. 
Məncə həmin gecə atamla anam da bizim qədər həyəcanlı olurdular...
Səhər saat 6:30-da atam oyanıb əvvəlcə çayı dəmləyər (başqa dəmi içmədiyi üçün, hər zaman çayı özü dəmləyərdi), sonra bizi oyadıb əl-üzümüzü yuyar və axşamdan anamın hazırladığı süfrədə oturdardı. Anam da o zamana qədər oyanmış olurdu. Bizə yağ və pendirdən loxmalar düzərdi.
Yedikdən sonra geyindirib, saçlarımızı darayardılar. Atam qardaşımın axşamdan dağılmış saçına yenidən sığal çəkərdi, anamsa mənim saçıma 2 hörük edib uclarını ağ bantlarımla bərkidərdi.
 

Nəhayət 7:30-da evdən çıxardıq. Bizi dərsə atam aparar, anam gətirərdi. Köhnə binamızın vaxtı ötmüş lifti işləmədiyindən 6 mərtəbəni ayaqla düşərdik. Çantalarımız atamda olduğundan qardaşımla mən qabaqda qaçaraq düşüb, atamla gizlənqaç oynayardıq.


Binamızın qarşısında geniş avtomobil dayanacağı vardı, ətrafdakı binaların sakinləri də maşınlarını orada saxlayırdılar deyə, həmin dayanacaq ərazisi demək olar ki, dolu olardı və bizə ən əlverişli gizlənmə yeri idi. Aşağı tez düşüb, dayanacaq gözətçisi babanı (adını heç vaxt bilmədik onun) salamlayıb, hərəmiz bir maşının arxasında gizlənərdik.
Atam düşən kimi bizi çox asanlıqla tapar, maşınların rəngi ilə çağırıb - "Ülviyyə ağ maşının arxasındadı, Yusif qara maşının yanındakı boz maşının arxasında, çıxın gəlin, gecikərsiz" tələsdirərdi.  Hər dəfə təəccüb edərdik ki, atam bizi necə belə asanlıqla tapır axı. Uşaq şüuruyla atama həmin babanın kömək etdiyini anlamırdıq. 
Binanın yaxınlığında çörək bişirilən sex vardı. Hər səhər bulka da bişirilərdi. Atam hərəmizə bir dənə isti sadə ürək bulka (başqası olmurdu) alıb çantamıza qoyardı. 
Sonra inşada yazacaqlarımızı təkrarlaya-təkrarlaya məktəbin yolunu tutardıq...
Nəql etdiklərim 90-cı illərin sonlarını əhatə edirdi. Artıq bizim özümüz məktəbə uşaq yola salmağa hazırlaşırıq. Amma nə məktəblər sentyabrın 1-i başlamır, nə evlərdə həmin məsum təlaşlar var.
 

Artıq bizim o təmirsiz 2 göz evimiz də yoxdur. Həmin qapıdan indi tamam yad simalar çıxır, nə salamlamağa həmin baba var, nə də o binada yaşayan şagirdlər səhərləri geniş avtomobil dayanacağında gizlənqaç oynamırlar. 


Və ən betəri isə bütün bu yoxluqların sırasına doğmalarımız da qoşulub. Artıq biz yaş aldıqca, yaşlılarımız dönməz səfərə çıxıblar. Bizə qalan isə həmin vaxtlarda qiymətini bilmədiyimiz xatirələrdir.
Zamanında adi gün kimi görünən anları indi qayıtmaz yola çıxanların həsrəti ilə köks ötürərək xatırlayacağımızı bilsəydik, böyüməyə bu qədər can atmazdıq bəlkə də. Həmin günləri çıraqla axtaracağımızı bilsəydik, anamızın düzdüyü yağ-pendir loxmalarını yarıyuxulu, istəksizcə tələsərək deyil, daha aramla, ləzzətini alaraq yeyib, zamanı yavaşladardıq bəlkə də...
Ülviyyə Fərhad, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://bizim.media
archiveBu xəbər 01 Sentyabr 2025 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see317

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see311

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see309

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see294

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see293

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see285

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see275

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see275

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see273

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see259

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see243

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see233

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see232

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see229

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see228

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see226

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see218

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see195

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri