Icma.az
close
up
RU
Həmin insanların iş yeri məsələsi də əvvəlcədən düşünülüb ŞƏRH EDİLDİ

Həmin insanların iş yeri məsələsi də əvvəlcədən düşünülüb ŞƏRH EDİLDİ

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Böyük Qayıdış artıq baş verib. Böyük Qayıdışa hazırlıq on illər bundan əvvəl başlamışdı". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.O bildirib ki, həmin dövrdə torpaqlarımızın işğaldan azad olunacağı təqdirdə hansı işlərin ilk növbədə görüləcəyi, ardıcıl olaraq hansı məsələlərin həll ediləcəyi ilə bağlı xüsusi bir dövlət proqramı hazırlanmışdı: "Ona görə də Vətən müharibəsindən sonra dərhal və ilk növbədə işğaldan azad olunan ərazilərin vəziyyəti ilə bağlı geniş bir təftiş aparıldı. Məlum oldu ki, Ermənistan böyük dağıntı işi aparıb, mənzil fondu və sosial infrastruktur tamamilə məhv edilib, kommunikasiyalar zədələnib, təbiətə böyük ziyan vurulub. Eyni zamanda, geri çəkildikcə ərazilər minalanıb. Müharibədən sonra Azərbaycana qarşı mina terroru həyata keçirilir. Ərazilər minalardan təmizlənir, kommunikasiyalar bərpa edilir və ardıcıl surətdə artıq dağıdılmış ərazilərdə yeni yaşayış binaları və sosial obyektlər inşa olunur. Artıq 12 yaşayış məntəqəsinə qayıdış başlayıb. Bu il onların bir neçəsinin istifadəyə verilməsi gözlənilir. Hazırda 10.000-dən çox insan işğaldan azad olunan ərazilərdə məskunlaşıb. Təkcə məskunlaşma deyil, həmin insanların iş yeri məsələsi də əvvəlcədən düşünülüb. Arzu edənlər üçün kənd təsərrüfatı ilə məşğul olmaq üçün şərait yaradılır. Eyni zamanda, həmin ərazilərdə mədən sənayesinin inkişafı, sənaye parklarının tikintisi, istirahət zonalarının yaradılması da qayıdış planında nəzərdə tutulan məsələlər sırasındadır".Onun sözlərinə görə, ən vacib məsələlərdən biri də təhsil ocaqlarının yaradılmasıdır: "Bütün yaşayış məntəqələrində məktəblər və uşaq bağçaları fəaliyyət göstərərir. Xankəndidə Qarabağ Universitetinin yaradılması və fakültələrin işğaldan azad olunan rayon mərkəzlərində yerləşdirilməsi planı gələcək perspektivlər sırasındadır. Cəbrayıl, Füzuli və Zəngilanda hava limanlarının açılması, Laçında isə inşasının başa çatması göstərir ki, hava nəqliyyatının inkişaf etdirilməsi, həmin regionla əlaqələrin intensivləşməsi, turist axınının təşkili və eyni zamanda təsərrüfat fəaliyyəti üçün lazımi şəraitin genişləndirilməsinə böyük diqqət yetirilir. İllər keçdikcə biz işğaldan azad olunan ərazilərdə həm Azərbaycan, həm də dünya üçün nümunəvi olan yaşayış məntəqələri, sosial obyektlər və xidmət sahələri görəcəyik. Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin milli maraqlarımıza və dövlətimizin mənafelərinə uyğun həyata keçirdiyi düşünülmüş daxili və xarici siyasətin nəticəsində baş verir".

Müəllif: Banuçiçək Hüseynli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:183
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 03 Aprel 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see460

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see345

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see291

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see287

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see258

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see243

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see240

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see236

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see230

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see230

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see223

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see221

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see220

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see218

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see211

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see202

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see199

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see186

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see185

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri