Icma.az
close
up
RU
Həmin insanların iş yeri məsələsi də əvvəlcədən düşünülüb ŞƏRH EDİLDİ

Həmin insanların iş yeri məsələsi də əvvəlcədən düşünülüb ŞƏRH EDİLDİ

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Böyük Qayıdış artıq baş verib. Böyük Qayıdışa hazırlıq on illər bundan əvvəl başlamışdı". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

O bildirib ki, həmin dövrdə torpaqlarımızın işğaldan azad olunacağı təqdirdə hansı işlərin ilk növbədə görüləcəyi, ardıcıl olaraq hansı məsələlərin həll ediləcəyi ilə bağlı xüsusi bir dövlət proqramı hazırlanmışdı: "Ona görə də Vətən müharibəsindən sonra dərhal və ilk növbədə işğaldan azad olunan ərazilərin vəziyyəti ilə bağlı geniş bir təftiş aparıldı. Məlum oldu ki, Ermənistan böyük dağıntı işi aparıb, mənzil fondu və sosial infrastruktur tamamilə məhv edilib, kommunikasiyalar zədələnib, təbiətə böyük ziyan vurulub. Eyni zamanda, geri çəkildikcə ərazilər minalanıb. Müharibədən sonra Azərbaycana qarşı mina terroru həyata keçirilir. Ərazilər minalardan təmizlənir, kommunikasiyalar bərpa edilir və ardıcıl surətdə artıq dağıdılmış ərazilərdə yeni yaşayış binaları və sosial obyektlər inşa olunur. Artıq 12 yaşayış məntəqəsinə qayıdış başlayıb. Bu il onların bir neçəsinin istifadəyə verilməsi gözlənilir. Hazırda 10.000-dən çox insan işğaldan azad olunan ərazilərdə məskunlaşıb. Təkcə məskunlaşma deyil, həmin insanların iş yeri məsələsi də əvvəlcədən düşünülüb. Arzu edənlər üçün kənd təsərrüfatı ilə məşğul olmaq üçün şərait yaradılır. Eyni zamanda, həmin ərazilərdə mədən sənayesinin inkişafı, sənaye parklarının tikintisi, istirahət zonalarının yaradılması da qayıdış planında nəzərdə tutulan məsələlər sırasındadır".

Onun sözlərinə görə, ən vacib məsələlərdən biri də təhsil ocaqlarının yaradılmasıdır: "Bütün yaşayış məntəqələrində məktəblər və uşaq bağçaları fəaliyyət göstərərir. Xankəndidə Qarabağ Universitetinin yaradılması və fakültələrin işğaldan azad olunan rayon mərkəzlərində yerləşdirilməsi planı gələcək perspektivlər sırasındadır. Cəbrayıl, Füzuli və Zəngilanda hava limanlarının açılması, Laçında isə inşasının başa çatması göstərir ki, hava nəqliyyatının inkişaf etdirilməsi, həmin regionla əlaqələrin intensivləşməsi, turist axınının təşkili və eyni zamanda təsərrüfat fəaliyyəti üçün lazımi şəraitin genişləndirilməsinə böyük diqqət yetirilir. İllər keçdikcə biz işğaldan azad olunan ərazilərdə həm Azərbaycan, həm də dünya üçün nümunəvi olan yaşayış məntəqələri, sosial obyektlər və xidmət sahələri görəcəyik. Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin milli maraqlarımıza və dövlətimizin mənafelərinə uyğun həyata keçirdiyi düşünülmüş daxili və xarici siyasətin nəticəsində baş verir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:105
embedMənbə:https://sia.az
archiveBu xəbər 03 Aprel 2025 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see372

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see313

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see295

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see269

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see261

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see254

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see242

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see236

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see230

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see217

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see208

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see195

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see191

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see190

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see190

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see187

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see181

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see174

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see172

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri