Icma.az
close
up
RU
Həmin məkan, fərqli mühit

Həmin məkan, fərqli mühit

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

Bir müddət əvvəl “bizimkilər oynayanda” kimsə baxmır motivli məqalə yazmışdım.

Dünən yenə həmin məkana getmişdik. Dostlarla “Qarabağ”ın oyununa birgə baxmaq istəyirdik.

Oyundan 30-40 dəq. əvvəl getdiyimiz məkanda masalar “rezerv” olunmuşdu. Cəmi biri boş idi, bizə qismət oldu.

Yenə hansısa Türkiyə komandası oynayır?- soruşdum. Dedilər, yerlər “Qarabağ”ın oyununa görə “bron edilib”. Çox sevindim…

12 ildir təsnifat mərhələsindən nüfuz edərək avrokubokların müntəzəm qrup mərhələsinə düşən “Qarabağ”ın getdiyi yolu bu illərdə heç bir Türkiyə, hətta MDB təmsilçisinin klubu təkrarlamayıb!

Bu ecazkar faktı bilərək, futbol həvəskarlarının özümüzə deyil, hələ də başqalarına dəyər verməsi məyusedicidir.

“Qarabağ” nonses yaradıb, anti-reallıq təcəssümü göstərib. 12 il!

Türkiyə qardaş ölkədir, elə mən qarışıq, onları klub futbolunda da, milli səviyyəsində də dəstəkləyirik, azarkeşlik edirik. Ancaq bəzən öz incimiz meydana çıxanda, onu qoyub başqalarının oyununa baxmaq, azarkeşlik etmək, hardan baxsan, xoş olmayan hisslər yaradır.

Həmişə daha yaxşısını tələb etdik, həmişə də ən minimumla ən maksimumu bizə yaşatdı “Qarabağ”.

Böyükdür və biz dünənki kimi, yalnız Çempionlar Liqasının pley-off mərhələsində deyil, hər addımında izləməli, dəstəkləməliyik. Çünki “Qarabağ” bizi 12 ildir xilas edir, böyüdür, qürurlandırır. Bayrağımızı ucaldır və bu işi tam məsuliyyətilə, ən yüksək intizamla edir.

Uğurun deyil, dəyərin azarkeşi olaq!

ÖZ futbol İDENTİKLİYİMİZİ – “Qarabağ”ı daim dəstəkləməliyik. Təkcə uğurlu olanda yox, elə ən çox da büdrəyəndə.

Başımızı ucaldanın hər halıyla maraqlanmaq, onun yanında olmaq bizim ideoloji işimiz, mənəvi borcumuz olmalıdır.

Elçin Cəlilov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 20 Avqust 2025 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Oynaqlardakı ağrıya dəfnə yarpağı kömək edir? AÇIQLAMA

14 Avqust 2026 13:31see228

COVID 19 yenidən "dirildi" Bir həftədə 14 ölüm

13 Avqust 2026 23:06see181

Əraqçidən ABŞ yə XƏBƏRDALIQ Ehtiyatlı olun

13 Avqust 2026 23:33see177

Toya çatmaq üçün təyyarənin arxasınca qaçdılar Video

14 Avqust 2026 03:48see173

Mahirin komandası pley offda

14 Avqust 2026 02:18see173

Maşında ürəkbulanma niyə yaranır?

15 Avqust 2026 01:56see173

Trampın kürəkəni Qəzza ilə bağlı danışıqlar üçün İsrailə gedir

14 Avqust 2026 01:50see173

Gökhan Özen ikinci dəfə evləndi (Foto)

15 Avqust 2026 00:27see169

BİZİM TƏQVİM: 15 avqustda baş vermiş tarixi hadisələr

15 Avqust 2026 08:01see169

Dünya çempionunun yolu haradı?

13 Avqust 2026 19:27see169

236 milyon illik fosil alimləri təəccübləndirdi: Məməlilərin doğuş tarixi dəyişə bilər

14 Avqust 2026 03:36see163

Hansı xəstəliklərdə kişilərin cinsi orqanı kiçilir?

14 Avqust 2026 02:04see161

Avtomobillərin ev şəraitində şarj edilməsi nə qədər xərc tələb edir?

13 Avqust 2026 17:42see160

Sərxoş halda avtobus sürən azərbaycanlı Polşada həbs edildi Fotolar

14 Avqust 2026 02:44see159

4 aya 20 kilo arıqlayan türk aktrisadan çimərlik Fotoları

14 Avqust 2026 03:03see155

Cəlal Hüseynov oynadı, komandası qalib gəldi

15 Avqust 2026 01:46see155

“Komo” “Çelsi”nin hücumçusunu hədəfə alıb

15 Avqust 2026 03:06see153

İndoneziya sahillərində 7,5 bal gücündə zəlzələ olub, sunami gözlənilir

15 Avqust 2026 03:36see151

Avropada Məhşər: Dəhşətli meşə yanğınları VİDEO

15 Avqust 2026 03:41see146

Markinyos dünyanın ən çox titul qazanan ikinci oyunçusu olub

14 Avqust 2026 03:15see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri