Icma.az
close
up
RU
Həmin müəllimlə bağlı qalmaqal böyüyür 17 il...

Həmin müəllimlə bağlı qalmaqal böyüyür 17 il...

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

Almaniyada bir müəllimin psixoloji problemləri əsas gətirərək 17 il ərzində məktəbə getmədən tam əməkhaqqı alması ölkədə geniş müzakirələrə səbəb olub. Uzun illər xəstəlik arayışları təqdim edən müəllimin fəaliyyəti ilə bağlı həm inzibati, həm də cinayət araşdırması başladılıb.

Musavat.com xəbər verir ki, hadisə Şimali Reyn-Vestfaliya əyalətinin Vezel şəhərində yerləşən peşə məktəblərindən birində baş verib. Bildirilir ki, müəllim 2009-cu ildən etibarən psixoloji sağlamlıq problemlərini əsas gətirərək davamlı xəstəlik məzuniyyətində olub. Bu müddətdə o, bir gün belə dərs keçməsə də, dövlət qulluqçusu statusu sayəsində tam maaş almağa davam edib.

Bu il aparılan rəsmi tibbi qiymətləndirmə zamanı müəllimin yaxın altı ay ərzində işə qayıtmasının gözlənilmədiyi müəyyən edilib. Bundan sonra Düsseldorf Regional İdarəsi onun təqaüdə göndərilməsi barədə qərar qəbul edib. pizza mizza

Lakin müəllim bu qərarla razılaşmayaraq Düsseldorf İnzibati Məhkəməsinə müraciət edib. Məhkəmə prosesi davam etdiyi müddətdə ona təqaüd məbləğində ödəniş ediləcək, tam maaşla təqaüd arasındakı fərq isə məhkəmənin yekun qərarınadək saxlanılacaq.

Müəllim barəsində ayrıca cinayət işi də açılıb. Duisburq Prokurorluğu onun sağlamlıq vəziyyəti barədə yanlış məlumat verməklə dövlət vəsaitini qanunsuz əldə edib-etmədiyini araşdırır.

İddialara görə, o, xəstəlik məzuniyyətində olduğu dövrdə alternativ tibb sahəsində fəaliyyət göstərib. Mart ayında hüquq-mühafizə orqanları müəllimin evində axtarış apararaq müxtəlif sənədlər və elektron daşıyıcıları götürüblər. Hazırda həmin materiallar ekspertiza olunur.

Qalmaqalla bağlı yalnız müəllim deyil, regional idarənin bir əməkdaşı da intizam araşdırmasına cəlb edilib. Onun müəllimin uzunmüddətli əmək qabiliyyətsizliyi ilə bağlı vaxtında lazımi yoxlamaların aparılmasını təmin etmədiyi iddia olunur.

Hadisə Almaniyada dövlət qulluqçularının uzunmüddətli xəstəlik məzuniyyətinə nəzarət mexanizmlərinin yetərli olub-olmaması ilə bağlı yeni müzakirələrə səbəb olub. Şimali Reyn-Vestfaliyanın təhsil naziri Doroteya Feller baş verənləri "bağışlanmaz" və "miqyası təsəvvürəgəlməz" hadisə kimi qiymətləndirib.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:196
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 26 İyul 2026 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see451

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see337

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see301

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see290

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see283

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see280

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see278

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see234

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see230

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see226

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see222

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see222

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see221

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see217

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see213

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see203

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see200

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see190

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri