Həmin penalti ilə bağlı maraqlı iddia
Icma.az, Metbuat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Almaniya millisinin Paraqvaya qarşı keçirdiyi dünya çempionatı oyununda penaltilər seriyası zamanı maraqlı məqam yaşanıb.
Metbuat.az xəbər verir ki, Almaniya yığması altıncı penalti zərbəsini yerinə yetirəcək futbolçunu müəyyənləşdirməkdə çətinlik çəkib. İddialara görə, Leon Qoretska, Valdemar Anton, Nataniel Braun və Malik Tiav güclü psixoloji təzyiq səbəbindən penalti yerinə yetirməkdən imtina edərək məsuliyyəti üzərlərinə götürməyiblər. Nəticədə karyerası ərzində daha əvvəl heç vaxt penalti zərbəsi vurmayan Yonatan Ta topun başına keçib. Müdafiəçinin zərbəsi dəqiq olmayıb. Rəqib isə penaltini dəqiq yerinə yetirib və Paraqvay qalib gəlib.
Qeyd edək ki, dünya çempionatının 1/16 final mərhələsində Paraqvay və Almaniya milliləri arasında keçirilən görüşün əsas və əlavə vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Qalibi müəyyənləşdirmək üçün yerinə yetirilən penaltilər seriyasında daha dəqiq oynayan Cənubi Amerika təmsilçisi Almaniyanı 4:3 hesabı ilə məğlub edərək adını 1/8 finala yazdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 01 İyul 2026 09:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















