Gədəbəydə DABAQ BƏLASI May ayından yayılmağa başlayan xəstəlik təhlükəli HƏDDƏ ÇATDI FOTO
Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.
Gədəbəydə dabaq xəstəliyi may ayından yayılıb.
Bu barədə Bizim.Media-ya rayonun Çobankənd kəndinin sakinləri məlumat verib.
Bildiriblər ki, avqust ayında xəstəliyin yayılması bir qədər səngisə də, sentyabrdan etibarən yenidən mal-qara dabağa yoluxmağa başlayıb. Kənd sakinlərinin sözlərinə görə, kənddə sağlam heyvan tapmaq olduqca çətin məsələdir. Hər 3 danadan 2-si dabağa yoluxub.
Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) sorğu göndərilib.
Qeyd edək ki, dabaq xəstəliyi ilə əlaqədar əksər bölgələrdə heyvan bazarları bağlanıb.
Naibə Məmmədova, Bizim.Media
Baxış sayı:94
Bu xəbər 22 Oktyabr 2025 20:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















